Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
365

“Mədəniyyət/Culture” jurnalının növbəti sayı işıq üzü görüb

“Mədəniyyət/Culture” jurnalının daha bir sayı oxucuların görüşünə gəlib. Hər zamankı kimi, jurnal maraqlı kontenti ilə diqqəti cəlb edir.

İlk səhifələrdə dəyərli millət vəkili Qənirə Paşayevanın jurnalımıza maraqlı müsahibəsi ilə qarşılaşırıq. Müsahibədə hörmətli millət vəkilimiz Türk dünyası arealında görülən işlər, Azərbaycanın əhəmiyyətli mövqeyi və mənəvi dəyərlər barədə dolğun cavablarla oxucunu maraqda saxlayır. Türk dünyası adına daha bir neçə material da bu sayımızın vacib bölümünü təşkil edir: Novruz mövzularına  və tədbirlərinə toxunulur ki, bariz nümunəsi  Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun builki tədbirini əhatələyir, daha sonra “Kitabi-Dədə Qorqud” eposumuzun özbək dilinə tərcüməsi faktını oxuculara çatdırır.

Azərbaycan Prezidentinin sərəncamlarına uyğun olaraq, hər zaman milli sərvətlərimiz sayılan  korifeylərimizin yubileyləri haqqında mütəmadi yazılarla çıxış edən jurnalımız bu dəfə də Xan qızı Xurşidbanu Natəvan - 190,  dahi bəstəkarımız Fikrət Əmirov - 100 yubileylərini, dahi şərqşünas, Nizami yaradıcılığının ən böyük tədqiqatçılarından, professor Rüstəm Əliyevi xatırlayır,  Azərbaycan kinematoqrafiyası və ədəbiyyatının görkəmli simalarından biri, bu yaxınlarda dünyasını dəyişən Rüstəm İbrahimbəyovu anırıq.

Bu ərəfədə  bölgələrimizdə - Ağdaşda  keçirilən ən duyğusal tədbirlərdən biri də artıq  bir ildir ki, həyatdan gedən gözəl şairimiz Fikrət  Qocanın anım mərasimi oldu və respublikamızın tanınmış simaları toplaşıb onu öz vətənində andılar. Bu barədə geniş reportaj jurnalımızın bu sayında sizə təqdim olunur, dəyərli oxucularımız.

“Elm” rubrikamızda oxucuların ixtiyarına verilən məqalələr də həmişəki kimi gənc və müqtədir araşdırmaçılarımızın üstün təfəkkürünün məhsulu olaraq Azərbaycan elminə xidmətdədir.

XƏBƏRLƏR

05.07.2022 16:45
Mədəniyyət Nazirliyi mədəniyyət siyasətinə dair beynəlxalq tədbirlərdə təmsil olunub
04.07.2022 17:57
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən son bir il ərzində aparılmış yoxlama və xidməti araşdırmaların nəticələri açıqlanıb
04.07.2022 12:26
Azərbaycanın əməkdar artisti Yakutiyanın Prezidenti tərəfindən Saxa Respublikasının 100 illiyi münasibəti ilə qızıl medalla təltif edilib
04.07.2022 11:27
“Nəşr məhsullarının satınalınması” müsabiqəsinin nəticələri müəyyən olunub
04.07.2022 10:29
“Şuşa mədəniyyətinin inciləri”: “Məclisi-fəramuşan” ədəbi məclisi
01.07.2022 18:06
Mədəniyyət naziri Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib
01.07.2022 17:30
Professor Çingiz Fərzəliyev “İllüstrasiya sənəti” nominasiyasının qalibi olub
01.07.2022 16:48
“Mədəni gənclik” layihəsinə yekun vuruldu
01.07.2022 12:26
Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib
30.06.2022 17:31
UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursu başa çatdı
30.06.2022 16:59
“Rəngli perimetr” adlı rəsm sərgisi keçirilib
30.06.2022 15:10
Gənc tarzənlər “Yeni adlar”da
30.06.2022 12:58
Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb
30.06.2022 11:09
“Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının tarixi irsinin qorunması və şəhərsalma inkişafı” müzakirə olunub
30.06.2022 10:31
“Şuşa İli”nə həsr olunan muğam festivalına yekun vuruldu
29.06.2022 17:24
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidzenin "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutub
29.06.2022 16:20
“Diplomatic World” jurnalında mədəniyyət naziri Anar Kərimov ilə müsahibə dərc edilib
29.06.2022 12:47
“4-cü Beynəlxalq Bakı Yay Caz günləri” keçiriləcək
29.06.2022 12:15
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir
29.06.2022 10:42
Braziliyanın “Choronas” musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış etdi
29.06.2022 10:28
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
28.06.2022 17:37
Azərbaycan kitabları “Kitab sənəti” müsabiqəsində qalib olub
28.06.2022 15:28
"Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursuna start verildi
28.06.2022 11:55
Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-da müzakirələrdə iştirak edib
28.06.2022 11:08
“Kommunikasiya meneceri” layihəsi regionlararası kommunikasiyanın daha effektiv qurulmasına əhəmiyyətli töhfə verəcək
28.06.2022 10:34
“Şuşa mədəniyyətinin inciləri”: Şuşa qalası
28.06.2022 10:14
Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub
28.06.2022 10:04
“44 gün – tarixi Zəfər” çoxcildliyinin birinci kitabının təqdimatı keçirildi
24.06.2022 18:15
“Şuşa söhbətləri” layihəsində “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş növbəti görüş keçirildi
23.06.2022 15:03
III “Azerbaijan Design Award” müsabiqəsi başa çatdı
23.06.2022 10:03
"Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir