Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
806

Anar Kərimov Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə həsr olunan beynəlxalq konfransda çıxış edib

Şuşa bəyannaməsinin bir illiyi münasibətilə Şuşada Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə həsr olunan beynəlxalq konfransa hər iki ölkənin rəsmi şəxsləri qatılıb.

Mədəniyyət naziri Anar Kərimov tədbirdə çıxış edərək, hər iki ölkənin nümayəndələrini salamlayıb. Bildirib ki, Şuşa bəyannaməsinin imzalanması nəinki iki qardaş ölkənin, eləcə də regionun tarixində ən mühüm məsələlərdən biridir.

A.Kərimov qeyd edib ki, əcdadlarımız,  millətimiz tarixən bu torpaqlara, coğrafiyaya, bölgəyə sahib çıxıblar, ad veriblər,  dövlətlər yaradıblar, bayraqlar ucaldıblar, mədəniyyət yaradıblar. Bir olan millətimiz həmişə qəhrəmanlar, dahi rəhbərlər yetişdirib.

44 günlük haqq savaşımızda zəfər qazanan xalqımızın şərəfli tarixinin mükəmməl mücəssəməsi kimi dəyərləndirən nazir, Şuşa bəyannaməsini iki böyük rəhbərin bölgənin inkişafına və tərəqqisinə yol açan sənət əsəri adlandırıb. Həmçinin  Şuşa bəyannaməsinin minilliklər ərzində olduğu kimi, gələcəkdə də bu bölgənin rifahının və mədəni inkişafının yalnız birgə səylərimiz nəticəsində nail olacağımıza xidmət edən böyük tarixi sənəd və  gələcəyimizi işıqlandıran mayak rolunu oynadığını da vurğulayıb.

İşğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəstəyi və himayəsi ilə böyük quruculuq işlərinin görüldüyünü, mədəniyyətinin canlanması prossesinin sürətlə getdiyini qeyd edən A. Kərimov bu xeyirxah missiyanın həyata keçirilməsində ilk növbədə qardaş Türkiyənin dəstəyindən danışıb.  Azad edilmiş ərazilərimizdə mədəni irsimizin bərpasında, mədəniyyətimizin bu torpaqlarda yenidən bərqərar olmasında Türkiyənin əvəzsiz yardımından bəhs edib. 

Mədəniyyət naziri Türkiyə və Azərbaycan arasında dostluq və qardaşlıq prinsiplərinə əsaslanan və hər zaman xüsusi dövlət qayğısı ilə əhatə olunan əməkdaşlığın müvəffəqiyyətlə davam etdiriləcəyini, bölgədə qarşılıqlı hörmət, əmin-amanlığın tarix boyu olduğu kimi, bundan sonra da əvəzedilməz töhfə verəcəyini dilə gətirib.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib