Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
969

“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd gün davam edəcək Təlim proqramı uğurla davam edir

14 iyun tarixində UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd gün davam edəcək Təlim proqramının ikinci günü təşkil edilmişdir.

Tədbirin açılışında çıxış edən Təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə bildirib ki, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Memarlıq və İnşaat Universiteti, AMEA-nın müvafiq elmi tədqiqat institutlarının nümayəndələri irsin idarəedilməsi mövzusunda ilk dəfədir  birgə təlim proqramında iştirak edir və bu yanaşma ilə bilik və təcrübələrin mübadiləsi yalnız ölkəmizdə ən yaxşı idarəetmə praktikasına nail olmağa kömək edəcəkdir.

Təlimin ikinci günündə qonaq çıxışçı kimi iştirak edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxışı zamanı təlim təşəbbüsünü yüksək qiymətləndirdiyini bildirmiş və Dünya İrsi siyahısında yer almış İçərişəhər haqqında, onun yerləşmə planı, tarixi-memarlıq attributları, özünəməxsus zəngin üslubu, məkanda idarəetmə və mühafizə tədbirlərində birgə icma iştirakçılığı kimi aktual məsələləri konkret nümunələr üzərindən təlim iştirakçıları ilə bölüşdü. Ardından təlim iştirakçılarının suallarını cavablandırdı.

Açılış nitqlərinin ardından təlimin 2-ci gününün təlimçisi Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzinin İdarə heyəti sədrinin Mədəni irs məsələləri üzrə müşaviri, Mədəni irs üzrə ekspert Elşən Mustafayev Dünya irsi əraziləri, seçim meyarları, özünəməxsus atributları və tələblərə uyğunluqları, riskdə olan məkanlar və buna təsir edən irs idarəetməsində bütövlük və autentiklik kimi əsas prinsiplərin pozulması kimi amillər barədə vacib bilgiləri bölüşdü. O, həmçinin siyahıdan çıxarılma nümunələri, eləcə də irs məkanları üzrə tentativ siyahılar üçün vacib olan identifikasiya, tədqiqat işlərinin aparılması məsələləri, yerli müvafiq qurumlar ilə qurumlararası əməkdaşlıq platformalarının yaradılmasının vacibliyini də bildirdi. Təlim prosesində interaktiv metodları istifadə edilməklə konkret keyslər üzərində sual-cavab sessiyası təşkil edildi və suallar aidiyyəti üzrə cavablandırıldı.

Təlim proqramı Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə 4 əsas mövzuya: “Milli/yerli kimliyi əks etdirən və cəmiyyətin iqtisadi inkişafına töhfə verən yerlər kimi mədəni irsdə ən yaxşı təcrübələr”, “Mədəni irs siyasəti və institutları. Konvensiyadan mövzular və qeydlər”, “Maddi və Qeyri-maddi İrs və Dayanıqlı İnkişaf”, “Mədəni irsin cəmiyyətin sosial-mədəni inkişafında rolu (ən yaxşı təcrübələr, çağırışlar və imkanlar)” həsr olunur və iştirakçıların bu sahədə səriştə və bacarıqların artırılması, həmçinin ölkəmizin beynəlxalq mədəniyyət və yaradıcılıq fəaliyyətlərinin səmərəli təşkilinə töhfə verəcəkdir. Təlim proqramı 17 iyuna qədər davam edəcəkdir.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib