Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1293

“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda Təlim proqramının açılışı olub

UNESCO-nun Dünya Mədəni və Təbii İrsinin Qorunmasına dair 1972-ci il Konvensiyası çərçivəsində “İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd gün davam edəcək Təlim proqramının açılışı olub.

Tədbirin açılışında çıxış edən Təlim proqramının rəhbəri, Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının idarə heyətinin sədri Vasif Eyvazzadə bildirib ki, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Memarlıq və İnşaat Universitetinin nümayəndələri irsin idarəedilməsi mövzusunda ilk dəfədir birgə təlim proqramında iştirak edir və bu amil irsin qurumsal bağlılıq çərçivəsindən ümumi və birgə fəaliyyəti üçün yaxşı zəmin yaradacaq. V.Eyvazzadə daha sonra UNESCO müvafiq konvensiyası, sahə üzrə idarəetmə orqanları, Dünya İrsi siyahısı, məşvərətçi təşkilatlar, Azərbaycanın bu proseslərdə rolu baradə təqdimatla çıxış edib.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli çıxışı zamanı təlim təşəbbüsünü yüksək qiymətləndirdiyini və ölkəmizdə bu sahə üzrə ekspertlərə böyük ehtiyac olduğunu, post-münaqişə dövründə işğaldan azad olunan ərazilərdə mədəni irsin inventarlaşması və bərpası ilə bağlı Nazirliyin qarşısında böyük vəzifələrin durduğunu qeyd edib. A.Cəfərli gələcəkdə bu təlimlərin digər konvensiyalara da şamil edilməsinin vacibliyini diqqətə çatdırıb.

V.Eyvazzadə digər konvensiyalarla bağlı təklifi dəstəklədiklərini və əslində UNESCO-nun Dünya irsi konvensiyası ilə yanaşı, Qeyri-maddi mədəni irsin qorunmasına dair 2003-cü il, Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunmasına dair 1954-cü il, Mədəniözünüifadə müxtəlifliyinin qorunması və inkişafına dair 2005-ci il və Mədəni mülkiyyətin qanunsuz dövriyyəsi ilə bağlı 1970-ci il konvensiyaları çərçivəsində də təlim modullarının artıq hazırlandığı və yaxın zamanda təşkil ediləcəyini diqqətə çatdırıb.

Tədbir “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Mədəni irs üzrə ekspert Elsevər Məmmədovun "İrs İdarəetməsinə giriş və İdarəetmənin effektivliyi və qiymətləndirilməsi" mövzusunda təlimi ilə davam edib. E.Məmmədov təlim prosesində mədəni irsin idarə olunmasının əhəmiyyəti, təmsil etdiyi qurumun və eləcə də dünya irsi siyahısında olan bəzi obyektlərin misalında idarəetmə ilə bağlı yanaşmalar/ssenarilər, idarəetmənin planlanması, icrası və monitorinqinə dair vacib bilgiləri iştirakçılarla bölüşüb.

Təlimin yekununda interaktiv metodlar istifadə edilməklə konkret nümunələr üzərindən sual-cavab sessiyası keçirilib.

Tədbir Mədəniyyət Nazirliyinin sifarişi, Dövlət Turizm Agentliyi, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin tərəfdaşlığı və Azərbaycan Yaradıcı Sənayelər Federasiyasının dəstəyi ilə 4 əsas mövzuya: “Milli/yerli kimliyi əks etdirən və cəmiyyətin iqtisadi inkişafına töhfə verən yerlər kimi mədəni irsdə ən yaxşı təcrübələr”, “Mədəni irs siyasəti və institutları. Konvensiyadan mövzular və qeydlər”, “Maddi və Qeyri-maddi İrs və Dayanıqlı İnkişaf”, “Mədəni irsin cəmiyyətin sosial-mədəni inkişafında rolu (ən yaxşı təcrübələr, çağırışlar və imkanlar)” həsr olunur və iştirakçıların bu sahədə səriştə və bacarıqların artırılması, həmçinin ölkəmizin beynəlxalq mədəniyyət və yaradıcılıq fəaliyyətlərinin səmərəli təşkilinə töhfə verəcəkdir.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib