Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3035

Nazir müavini Sevda Məmmədəliyeva Gürcüstana səfər edib

Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti 3-5 iyun tarixlərində Gürcüstanda səfərdə olub.

Səfərin ilk günü nümayəndə heyəti Tbilisinin mərkəzində Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib, büstün önünə gül dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.

Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi Dövlət İncəsənət Akademiyasında (TDİA) keçirilən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbirdə iştirak edib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

Öncə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin ölməz əsərlərinə həsr olunan miniatürlərdən ibarət sərgiyə baxış keçirilib. Tədbir çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub. 

Tədbirdə çıxış edən akademiyanın rektoru Giorgi Ququşvili deyib ki, Nizami Gəncəvi bütün dünyada olduğu kimi, Gürcüstanda da dahi şəxsiyyət kimi tanınır. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin böyük tarixi var və bu gün iki ölkəni bütün sahələr üzrə sıx əməkdaşlıq birləşdirir.

Daha sonra çıxış edən F.Quliyev TDİA-nın 100 illiyinin qeyd edildiyi dövrdə Azərbaycanın dahi mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirə ev sahibliyi etməsini əlamətdar hadisə adlandırıb. O, ötən il Azərbaycanda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Nizami Gəncəvi ili"nin elan olunduğunu xatırladıb. F.Quliyev qeyd edib ki, il başa çatsa da, dahi şairin zəngin yaradıcılığı hər il Azərbaycanla yanaşı, ölkə hüdudlarından kənarda da təbliğ olunur. O bildirib ki, N.Gəncəviyə Gürcüstanda böyük hörmət bəslənilir, onun bir sıra əsərləri gürcü dilinə tərcümə edilib. Azərbaycan və Gürcüstanın iki böyük ədibi - Nizami Gəncəvi və Şota Rustaveliyə həsr olunan elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulub.

S.Məmmədəliyeva çıxış edərək Azərbaycan və Gürcüstan arasında münasibətlər qədim tarixi köklərə malik olduğunu, iki xalqın tarixən mehriban qonşuluq və qardaşlıq şəraitində yaşadığı vurğulayıb. O qeyd edib ki, bu gün qarşılıqlı əlaqələr hər iki ölkə rəhbərinin diqqət və himayəsi sayəsində inkişaf edir. Nazir müavini tədbirin Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunduğunu qeyd edib. S.Məmmədəliyeva qeyd edib ki, N.Gəncəvi dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətdir, dünya mədəniyyəti xəzinəsinə misilsiz incilər bəxş edib. Dahi Nizaminin poeziya ənənələrini bir çox ölkələrin şairləri uğurla davam etdirib, böyük gürcü ədib Şota Rustaveli də onun yaradıcılığından bəhrələnib.

Sonda tanınmış gürcü aktyor və müğənni Vaxtanq Kikabidze, Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, keçmiş mədəniyyət naziri Valeri Asetiani də daxil olmaqla Gürüstanın bir qrup mədəniyyət xadiminə "Nizami Gəncəvi-880" xatirə nişanı təqdim olunub. V.Kikabidze və digər mükafatçılar Azərbaycan tərəfindən verilən yüksək dəyərdən şərəf duyduqlarını bildirərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və ölkəmizin Gürcüstandakı səfirliyinə təşəkkürlərini bildiriblər.Eyni zamanda, nazir müavininin Gürcüstan səfəri çərçivəsində Tbilisi İncəsənət Sərgisi (Tbilisi Art Fair - TAF), Tbilisi İncəsənət Sarayı - Gürcüstan Mədəniyyət Tarixi Muzeyi və Gürcüstan Milli Muzeyinin rəhbərliyi ilə görüşlər keçirilib və mədəni əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.

 

XƏBƏRLƏR

25.04.2024 17:38
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu: İlk dəfə olaraq elektron qaydada aparılacaq
25.04.2024 17:16
İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar
25.04.2024 10:59
Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
25.04.2024 09:54
İlham Əliyev və Prezident Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər
25.04.2024 09:43
Heydər Əliyev Mərkəzində Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi açılıb
24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!