Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1168

Beynəlxalq Muğam Mərkəzində Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyinə həsr olunan "Əziz Şuşa, sən azadsan!" adlı tədbir keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin müvafiq əmrinə əsasən, Sumqayıt Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə respublikamızın qocaman bədii təhsil məktəblərindən biri olan Şuşa şəhər Niyazi adına Uşaq İncəsənət Məktəbinin 90 illik yubileyi təntənəli surətdə qeyd olunub.

İlk öncə mərkəzin foyesində "Şuşa ili"nə həsr olunmuş rəsm sərgisi nümayiş olunub, məktəbin "Qaytağı ritm qrupu" və "Təbəssüm rəqs qrupu"nun ifaları gələn qonaqların diqqətini çəkib. Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsinin bir dəqiqəlik sükut anımı ilə başlayıb. Daha sonra təqdim edilən videoçarxda məktəbin 90 ildə keçdiyi yola, qazandığı uğurlara nəzər salınıb. Videoçarxda qeyd edilib ki, Azərbaycan vokal sənətinin banisi görkəmli müğənni, SSRİ Xalq artisti Bülbülün təşəbbüsü ilə, Azərbaycan SSRİ Xalq Maarif Komissarlığının 10 oktyabr 1932-ci il tarixli qərarına əsasən yaradılmış Şuşa Musiqi Məktəbi Azərbaycanda yaradılan ilk musiqi məktəblərindən biri idi. Məktəb Xanqızı Natəvanın evi olmuş binada fəaliyyətə başlamışdır.

Məktəbin yarandığı ilk illərdə Əməkdar incəsənət xadimi Qəmbər Hüseynli, Əməkdar müəllim Fatma Zeynalova, professor Aleksey Raxmanov, Lətif Əliyev kimi müəllimlərin ixtisaslı musiqiçi kadrların hazırlanmasında böyük xidmətləri olub. O dövrün məşhur tarzəni Rəsul Əsədov bu təhsil ocağında şagirdləri – sonradan  istedadlı tarzənlər kimi tanınmış İsi Abbasov, İmran Səfiyev, Aslan Qarasarova, görkəmli bəstəkarlar, SSRİ və Azərbaycan Respublikasının Xalq artistləri Süleyman Ələsgərov və Əşrəf Abbasova tar ifaçılığının sirlərini böyük həvəslə öyrədib. Dünya şöhrətli bəstəkar Arif Məlikov bir müddət Şuşa Musiqi Məktəbində müəllim kimi çalışmışdır.

1984-cü ildə görkəmli dirijor, bəstəkar, musiqi xadimi Niyazinin vəfatından sonra onun adını əbədiləşdirmək məqsədilə Azərbaycan SSRİ Nazirlər Kabinetinin müvafiq qərarı əsasında məktəbə Niyazinin adı verilmişdir. Beləliklə 1984-cü ildən etibarən Şuşa şəhər Musiqi Məktəbi, Niyazi adına Şuşa şəhər Uşaq İncəsənət Məktəbi kimi fəaliyyətini davam etdirir.

Yubiley mərasiminin rəsmi hissəsində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Sevda Məmmədəliyeva, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini xanım Vüsalə Fətəliyeva, Azərbaycan Respublikasının Xalq artistləri Ramiz Quliyev və Vamiq Məmmədəliyev çıxış ediblər.

Çıxış edənlər məktəbin kollektivinə yubiley münasibətilə təbriklərini çatdırıb, təhsil ocağının bundan sonra da yeni-yeni uğurlar qazanacağına əminliyi qeyd ediblər. Ulu öndər Heydər Əliyevin Azərbaycanda musiqi təhsilinin inkişafına, istedadlı uşaq və gənclərin dəstəklənməsinə xüsusi diqqət və qayğısından danışaraq hazırda ölkəmizdə mədəniyyət sahəsinə göstərilən hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Daha sonra Şuşa şəhər Niyazi adına  Uşaq İncəsənət Məktəbinin  90 illik yubileyi münasibətilə və gənc nəslin estetik tərbiyəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Şuşa Şəhər İcra Hakimiyyətinin fəxri fərmanları məktəbin direktoru Anar Əlizadəyə təqdim olunub.

Tədbir rəngarəng konsert proqramı ilə davam edib.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi