Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
595

“Monumental həyat” adlı sənədli filmin təqdimat mərasimi keçirildi

25 may 2022-ci il tarixində Nizami Kino Mərkəzində Azərbaycan heykəltaraşlıq məktəbinin banisi, milli heykəltəraşlıq məktəbinin formalaşmasında və inkişafında müstəsna xidmətlər göstərmiş Xalq rəssamı Fuad Əbdurəhmanova həsr olunmuş “Monumental həyat” adlı sənədli filmin təqdimat mərasimi təşkil edilmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlıq akademiyasının təşkilatçılığı, Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Cavanşir Feyziyev və “Havissos” MMC-nin dəstəyi ilə ərsəyə gəlmiş 39 dəqiqəlik filmdə Əbdürrəhim bəy Haqverdiyev, Mirzə Fətəli Axundov, Üzeyir Hacıbəyov və Asəf Zeynallının portretlərinin, həmçinin “Azad qadın”, Səməd Vurğun, Nizami Gəncəvi, Mehdi Hüseynzadə və Həzi Aslanovun heykəllərinin müəllifi olan Fuad Əbdurəhmanovun həyat və yaradıcılığı tam əks olunmuşdur. Samir Kərəmoğlu və Əli Mikayılovun rejissorluğu ilə hazırlanmış filmin çəkilişləri Bakı, Gəncə və Şəki, həmçinin Sankt-Peterburq, Moskva, Düşənbə və Brüssel şəhərlərində baş tutmuşdur. Filmdə nümayiş olunan epizodlar Azərbaycan Dövlət Arxiv İdarəsin, Azərbaycan Dövlət Televiziyasının və Dövlət Film Fondunun arxivlərindən götürülmüşdür.

“Monumental həyat” adlı sənədli filmin təqdimat mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov, millət vəkilləri Cavanşir Feyziyev, Vüqar İsgəndərov, Elman NəsirovRafael Hüseynov,  Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, Fuad Əbdurəhmanovun ailə üzvləri, mədəniyyət, incəsənət və elm xadimləri, tanınmış simalar iştirak etdilər.

“Monumental həyat” adlı sənədli film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanmışdır.

XƏBƏRLƏR

01.07.2022 18:06
Mədəniyyət naziri Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib
01.07.2022 17:30
Professor Çingiz Fərzəliyev “İllüstrasiya sənəti” nominasiyasının qalibi olub
01.07.2022 16:48
“Mədəni gənclik” layihəsinə yekun vuruldu
01.07.2022 12:26
Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib
30.06.2022 17:31
UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursu başa çatdı
30.06.2022 16:59
“Rəngli perimetr” adlı rəsm sərgisi keçirilib
30.06.2022 15:10
Gənc tarzənlər “Yeni adlar”da
30.06.2022 12:58
Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb
30.06.2022 11:09
“Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının tarixi irsinin qorunması və şəhərsalma inkişafı” müzakirə olunub
30.06.2022 10:31
“Şuşa İli”nə həsr olunan muğam festivalına yekun vuruldu
29.06.2022 17:24
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidzenin "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutub
29.06.2022 16:20
“Diplomatic World” jurnalında mədəniyyət naziri Anar Kərimov ilə müsahibə dərc edilib
29.06.2022 12:47
“4-cü Beynəlxalq Bakı Yay Caz günləri” keçiriləcək
29.06.2022 12:15
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir
29.06.2022 10:42
Braziliyanın “Choronas” musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış etdi
29.06.2022 10:28
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
28.06.2022 17:37
Azərbaycan kitabları “Kitab sənəti” müsabiqəsində qalib olub
28.06.2022 15:28
"Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursuna start verildi
28.06.2022 11:55
Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-da müzakirələrdə iştirak edib
28.06.2022 11:08
“Kommunikasiya meneceri” layihəsi regionlararası kommunikasiyanın daha effektiv qurulmasına əhəmiyyətli töhfə verəcək
28.06.2022 10:34
“Şuşa mədəniyyətinin inciləri”: Şuşa qalası
28.06.2022 10:14
Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub
28.06.2022 10:04
“44 gün – tarixi Zəfər” çoxcildliyinin birinci kitabının təqdimatı keçirildi
24.06.2022 18:15
“Şuşa söhbətləri” layihəsində “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş növbəti görüş keçirildi
23.06.2022 15:03
III “Azerbaijan Design Award” müsabiqəsi başa çatdı
23.06.2022 10:03
"Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir
22.06.2022 14:49
Anar Kərimov İrana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
22.06.2022 12:47
UNESCO- nun yaradıcı şəhərləri elan edilmiş Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təbliğat işləri aparılır
22.06.2022 12:14
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gəncədə "Şuşa ili" çərçivəsində konserti keçirilib
22.06.2022 11:21
Nazir Anar Kərimov İranın Mədəni İrs, Turizm və Əl işləri naziri ilə görüşüb