Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
916

Azərbaycan Dövlət Uşaq Filarmoniyasının 30 illiyi qeyd olundu

Uşaq və yeniyetmələrin incəsənətin müxtəlif istiqamətləri üzrə püxtələşməsində xüsusi yeri olan yaradıcı təşkilatlardan biri də Azərbaycan Dövlət Uşaq Filarmoniyasıdır. Mayın 25-də müəssisənin 30 illik yubileyi münasibətilə təntənəli mərasim keçirildi.

Mədəniyyət və incəsənət xadimləri, yaradıcı təşkilatların təmsilçilərinin iştirak etdiyi tədbirdə çıxış edən filarmoniyanın direktoru, Əməkdar incəsənət xadimi Dilarə Əliyeva onları təbrikə gələn hər kəsə təşəkkürünü bildirdi.

Vurğuladı ki, yaranıb formalaşma tarixi müstəqillik dövrümüzlə üst-üstə düşən filarmoniya bu müddətdə zəngin və çoxşaxəli inkişaf yolu keçib, onun yetirmələrinin sorağı ölkəmizlə yanaşı dünyanın müxtəlif səhnələrindən gəlir. Direktor dedi ki, professional səhnə üçün kadrların, incəsənətin müxtəlif istiqamətlərində istedadların seçilib yetişdirilməsində baza rolunu oynayan filarmoniya bundan sonra da öz missiyasını layiqincə yerinə yetirəcək.

Yubileylərinin “Şuşa İli”nə təsadüf etməsinin sevinclərini daha da artırdığını deyən D.Əliyeva Vətən övladlarının sənətə sevgi ruhunda tərbiyələnməsində, az da olsa, xidmətlərinin olmasını qürurverici məqam kimi xüsusi vurğuladı.

Kollektivi təbrik edən mədəniyyət naziri Anar Kərimov filarmoniyanın 30 il ərzində Azərbaycan musiqi, rəqs, ifaçılıq sənəti sahələrinə istedadlı və bacarıqlı simalar bəxş etdiyini və bu sayədə səhnəmizin daha da gözəlləşdiyini bildirdi.

Mədəniyyətin strateji sahə, vacib istiqamət olduğunu da deyən nazir ölkə rəhbərinin, birinci vitse-prezidentin bu istiqaməti daim diqqətdə saxladıqlarını və məhz bunun cəmiyyətimizin uğurlu inkişafında xüsusi rol oynadığını diqqətə çatdırdı. Vurğulandı ki, dəyərlər sisteminin formalaşması, yeni nəsillərin sənətə, mədəni irsimizə sevgi ilə yanaşması, bu sahədə varisliyin davamlı olması, istedadlı və peşəkar kadrların bir-birini uğurla əvəzləməsi üçün mədəniyyətin, incəsənətin bütün istiqamətlərinə diqqət vacibdir.

Mədəniyyətə, bu sahədə çalışan insanlara diqqət və qayğının dövlət siyasətinin təməlində durduğunu bildirən Anar Kərimov ulu öndər Heydər Əliyevin bu məsələyə daim həssas yanaşdığını və mütərəqqi ənənənin dövlət başçısı tərəfindən layiqincə davam etdirildiyini söylədi. Qeyd olundu ki, ölkəmizdə uşaq və yeniyetmələri, müxtəlif sənət sahələrinə meyilli insanları bir araya gətirərək bu sahədə daha da təkmilləşdirən qurumlar sırasında Dövlət Uşaq Filarmoniyasının xüsusi yeri var: “İstedadlı və təhsilli yeni nəsil gələcəyin uğurlu davamçılarıdır. Bu mənada onların mədəniyyətə, sənətə, mənəvi dəyərlərimizə sevgi ruhunda yetişmələrinə birlikdə diqqət yetirməli, dəstəkləməliyik”.

Filarmoniyanın kollektivinə bu məsuliyyətli işdə uğurlar arzulayan Anar Kərimov filarmoniyanın təmsilçilərindən Cahangir Zülfüqarov, Nigar Zeynalova, Qönçə Mehdiyeva, Leyla Muradzadə, Leyla Aslanova, Elmira Hümbətova, Aysel Mehdizadə və Məlahət Məmmədovaya fəxri fərmanlar təqdim etdi.

Daha sonra filarmoniyanın nəzdindəki kollektivlərinin maraqlı, rəngarəng konsert proqramı təqdim olundu.  “Şəms” uşaq xoru, vokal sinfi, “Musiqili uşaq teatrı”, müxtəlif yaş qruplarından ibarət rəqs kollektivləri, “Sədəf” xalq çalğı alətləri ansamblı və solistlər maraqlı repertuarları ilə qonaqlara xoş anlar yaşatdılar.

Xatırladaq ki, 1991-ci ildə fəaliyyətə başlayan filarmoniya uşaqların bədii-estetik inkişafında, istedadın üzə çıxmasında, onların formalaşması ilə əlaqədar daim sistemli iş aparır. Azərbaycanın mədəniyyətini, xalq rəqslərini, mahnılarını, muğamlarımızı qorumaq və gənc nəsillərə təqdim etmək filarmoniyanın əsas məqsədidir.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib