Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
875

Bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatlar təqdim olunub

Mayın 25-də Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatlar təqdim olundu.

Mədəniyyət naziri Anar Kərimov çıxış edərək ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə göstərilən dövlət qayğısından danışdı. Dedi ki, vaxtilə ulu öndər Heydər Əliyev tərəfindən yaradıcı şəxslərə göstərilən diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu sahədə xidmətlərini xüsusi vurğuladı.

Nazir daha sonra dedi: “Bu gün əlamətdar bir gündür. Cənab Prezidentin sərəncamı ilə təltif olunduğunuz fəxri adların vəsiqə və nişanları sizə təqdim olunacaq. Qeyd etmək istərdim ki, dövlətimiz hər zaman mədəniyyət işçilərinin yanındadır. Bizim mədəniyyətimizə, incəsənətimizə xidmət edən şəxslərə dövlət tərəfindən daim qayğı göstərilir. Ulu öndərin sənət adamları ilə görüş və söhbətləri bu gün də işıqlı xatirələrlə yad edilir. Onun bu diqqəti mədəniyyət xadimlərinin cəmiyyətimizin həyatında nə qədər vacibliyini göstərirdi. Məmnunuq ki, dövlətimizin mədəniyyət xadimlərinə diqqəti bu gün də davam etdirilir”.

Anar Kərimov qeyd etdi ki, mədəniyyət ölkənin ən vacib sahələrindən biridir: “Biz mədəniyyəti çox geniş məfhum kimi görürük. Yanşamamız ondan ibarətdir ki, cəmiyyətimizin inkişafında, yeni nəsillərin düzgün tərbiyə edilməsində mədəniyyətin rolu artırılmalıdır. Mədəniyyət bizim üçün təkcə əyləncə deyil, mədəniyyət həm də dövlətçiliyimizin rəmzlərindən biridir. Xüsusi olaraq qeyd etmək istərdim ki, bu sahədə çalışan hər bir insan öz peşəsi ilə çox vacib missiyanı yerinə yetirir. Hər birinizin öz sahəsində mədəniyyətimizin zənginləşdirilməsi, cəmiyyətin inkişafı və gənc nəslin milli ruhda tərbiyəsində böyük rolu var. Cəmiyyət həm də mədəniyyətlə möhkəm və güclü ola bilər. Onu güclü edən bu sahənin görkəmli simalarıdır”.

44 günlük Vətən müharibəsində Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun 30 ilə yaxın işğal altında olan torpaqlarımızı azad etdiyini bildirən Anar Kərimov ərazi bütövlüyümüzün bərpasının ölkəmizdə reallıqlar yaratdığını dedi. Qeyd etdi ki, bu bütövləşmə eyni zamanda mədəniyyətimizi də əhatə edir. Nazir diqqətə çatdırdı ki, Vətən müharibəsi sona çatsa da, informasiya savaşımız davam etməkdədir: “Bu məsələdə mədəniyyət ictimaiyyətinin üzərinə də mühüm missiya düşür. Sizlər, bizlər öz cəbhəmizdə vəzifəmizi layiqincə yerinə yetirməli, mədəniyyətimizi həm ölkə daxilində, həm də xaricdə davamlı tanıtmalıyıq. Qarabağımızda mədəniyyətimizi dirçəltmək üçün əlimizdən gələni etməliyik. Biz müharibə dövründə bir yumruq kimi cənab Prezidentin ətrafında birləşib Ordumuza dəstək olmuşduqsa, bundan sonra da bu missiyanı şərəflə davam etdirməli, əldə etdiyimiz bu Zəfərin yaratdığı əhval-ruhiyyəni əsərlərimiz, fəaliyyətimizlə möhkəmləndirməliyik. Bu Zəfər ruhunun zəifləməsinə imkan verməyək. İşğaldan azad olunan ərazilərimizi yenidən qurmaq, bərpa etmək, mədəniyyətimizi, kimliyimizi, ruhumuzu həmin torpaqlara qaytarmaq üçün birgə çalışmalıyıq”.

Anar Kərimov çıxışının sonunda mədəniyyət və incəsənət xadimlərini dövlət təltifləri və qarşıdan gələn 28 May – Müstəqillik Günü münasibətilə təbrik etdi, yeni yaradıcılıq uğurları arzuladı.

Daha sonra 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilən Xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov çıxış edərək Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya sənətinə və fəaliyyətinə göstərdikləri diqqətə görə təşəkkür etdi. Rəşadətli Ordumuzun müzəffər Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızı düşmən tapdağından azad edərək qazandığı Qələbənin tarixi, iqtisadi, siyasi-diplomatik, mənəvi-psixoloji əhəmiyyətini qeyd edən Xalq rəssamı mədəniyyət xadimlərinin, o cümlədən Rəssamlar İttifaqının həmrəy olaraq haqq səsimizin beynəlxalq sənət aləminə çatdırılmasına çalışdığını dedi: “Tariximizin parlaq və unudulmaz səhifələrindən birini təşkil edən 44 günlük müharibədə qazandığımız Qələbənin əsasında cənab Prezidentin uzaqgörən və praqmatik siyasəti,  Azərbaycanın sosial-iqtisadi, siyasi, mədəni, hərbi sahələrdə əldə etdiyi uğurları və milli həmrəyliyimiz dayanır. Vətən müharibəsində birlik və həmrəylik nümayiş etdirərək “Dəmir yumruq” kimi birləşən Azərbaycan xalqı Zəfər çaldı. Rəssamlar İttifaqı olaraq bir sıra respublikaların həmkar qurumlarına dəfələrlə məktubla müraciət edərək düşmənin ölkəmizə qarşı yönəlmiş təxribatlarına kəskin şəkildə etirazımızı bildirmişik”.

Daha sonra mükafatlar sahiblərinə təqdim edildi. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif olunmuş şəxslərə 1-ci dərəcəli “Əmək” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni, “Əməkdar mədəniyyət işçisi”, “Tərəqqi” medalı, “Əməkdar artist”, “Əməkdar rəssam” fəxri adlarının nişanı və vəsiqələri təqdim olundu.

XƏBƏRLƏR

01.07.2022 18:06
Mədəniyyət naziri Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib
01.07.2022 17:30
Professor Çingiz Fərzəliyev “İllüstrasiya sənəti” nominasiyasının qalibi olub
01.07.2022 16:48
“Mədəni gənclik” layihəsinə yekun vuruldu
01.07.2022 12:26
Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib
30.06.2022 17:31
UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursu başa çatdı
30.06.2022 16:59
“Rəngli perimetr” adlı rəsm sərgisi keçirilib
30.06.2022 15:10
Gənc tarzənlər “Yeni adlar”da
30.06.2022 12:58
Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb
30.06.2022 11:09
“Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının tarixi irsinin qorunması və şəhərsalma inkişafı” müzakirə olunub
30.06.2022 10:31
“Şuşa İli”nə həsr olunan muğam festivalına yekun vuruldu
29.06.2022 17:24
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidzenin "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutub
29.06.2022 16:20
“Diplomatic World” jurnalında mədəniyyət naziri Anar Kərimov ilə müsahibə dərc edilib
29.06.2022 12:47
“4-cü Beynəlxalq Bakı Yay Caz günləri” keçiriləcək
29.06.2022 12:15
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir
29.06.2022 10:42
Braziliyanın “Choronas” musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış etdi
29.06.2022 10:28
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
28.06.2022 17:37
Azərbaycan kitabları “Kitab sənəti” müsabiqəsində qalib olub
28.06.2022 15:28
"Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursuna start verildi
28.06.2022 11:55
Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-da müzakirələrdə iştirak edib
28.06.2022 11:08
“Kommunikasiya meneceri” layihəsi regionlararası kommunikasiyanın daha effektiv qurulmasına əhəmiyyətli töhfə verəcək
28.06.2022 10:34
“Şuşa mədəniyyətinin inciləri”: Şuşa qalası
28.06.2022 10:14
Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub
28.06.2022 10:04
“44 gün – tarixi Zəfər” çoxcildliyinin birinci kitabının təqdimatı keçirildi
24.06.2022 18:15
“Şuşa söhbətləri” layihəsində “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş növbəti görüş keçirildi
23.06.2022 15:03
III “Azerbaijan Design Award” müsabiqəsi başa çatdı
23.06.2022 10:03
"Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir
22.06.2022 14:49
Anar Kərimov İrana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
22.06.2022 12:47
UNESCO- nun yaradıcı şəhərləri elan edilmiş Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təbliğat işləri aparılır
22.06.2022 12:14
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gəncədə "Şuşa ili" çərçivəsində konserti keçirilib
22.06.2022 11:21
Nazir Anar Kərimov İranın Mədəni İrs, Turizm və Əl işləri naziri ilə görüşüb