Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1505

“EU4Culture” qrant müsabiqəsi çərçivəsində I Regional Şəbəkə Konfransı baş tutub

Cari ilin 19-20 may tarixlərində Tbilisi şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin və Şəki, Lənkəran və Xırdalan şəhərlərinin nümayəndələrinin, o cümlədən yerli ekspertlərin iştirakı ilə “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi çərçivəsində I Regional Şəbəkə Konfransı baş tutmuşdur.

Tədbirdə Avropa İttifaqının Qonşuluq Siyasəti və Genişləndirmə Danışıqları üzrə Baş Direktorluğu, Avropa İttifaqının və Almaniyanın Höte İnstitutunun Gürcüstandakı Nümayəndəlikəri, yerli ekspertlər, layihə komandası və tərəfdaşları (Höte İnstitutu, Danimarka Mədəniyyət İnstitutu, Çex Mərkəzləri və Gürcüstan Fransız İnstitutu), o cümlədən media nümayəndələri iştirak etmişdirlər.

Tədbir çərçivəsində açılış nitqləri, qalib şəhərlərin təqdimatları, “EU4Culture” Regional Şəbəkə konsepsiyası, mümkün fəaliyyət istiqamətləri və maliyyələşmə imkanlarının müzakirəsi, Gürcüstanın mədəniyyət və yaradıcı sənayelər üzrə dövlət-özəl tərəfdaşlıq modelləri ilə bağlı çıxışlar baş tutmuşdur. Tərbirdə həmçinin Şərq Tərəfdaşlığı regionu üzrə fəal donor təşkilatların mədəniyyət sahəsi üzrə mümkün maliyyələşmə proqramlarının təqdimatı və hər ölkə üçün siyasət quruculuğu və tənzimləyici mexanizmlərə dair ayrıca təlim proqramı təşkil olunmuşdur.

Qeyd edək ki, Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində “Şərq Tərəfdaşlığı Mədəniyyət Proqramı” artıq bir neçə ildir icra olunur. Sözügedən mədəni əməkdaşlığın növbəti mərhələsi kimi 2021-ci ilin iyun ayında Avropa İttifaqı tərəfindən Şərq Tərəfdaşlığı ölkələrinin qeyri-paytaxt şəhərləri üçün “EU4Culture” (“Avropa İttifaqı Mədəniyyət naminə”) qrant müsabiqəsi elan olunmuşdur.

Müsabiqədə Azərbaycandan bir sıra şəhərlər iştirak etmiş, nəticədə Lənkəran, Xırdalan və Şəki şəhərləri bir neçə mərhələni keçərək qalib şəhər seçilmişlər.

XƏBƏRLƏR

01.06.2023 11:12
Mədəniyyət Nazirliyində “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
31.05.2023 18:57
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
31.05.2023 09:42
Azərbaycan UNESCO-nun Yardımçı Komitəsinə üzv seçilib
30.05.2023 19:11
Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson Mədəniyyət Nazirliyində olub
30.05.2023 18:10
Mədəniyyət Nazirliyi yanında İctimai Şuraya seçkilərin təşkili məqsədilə sənədlərin qəbuluna başlanılıb
28.05.2023 20:11
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın şəhərində İşğal və Zəfər Muzeyi Kompleksinin təməlinin qoyulması mərasimində iştirak edib
17.05.2023 12:33
Beynəlxalq Muğam Festivalı çərçivəsində müxtəlif konsert proqramları təqdim olunacaq
13.05.2023 15:11
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
12.05.2023 16:37
“Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirildi
08.05.2023 10:49
Uşaq İncəsənət Festivalı çərçivəsində Zəngilanda tədbir keçirilib
01.05.2023 16:39
Mədəniyyət naziri Adil Kərimli dövlət kino təsisatlarını ziyarət edib
21.04.2023 18:01
“Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda Kino Forumu başa çatdı
21.04.2023 15:12
Kinoforumda ikinci gün: “Biznes. Kino və digər audiovizual əsərlərin maliyyələşməsinin prinsip və mexanizmləri”
21.04.2023 11:53
Paytaxtdakı teatr və musiqi kollektivlərinin bölgələrə qastrolu başlanır
20.04.2023 19:53
“Milli kino: dünən, bu gün və sabah” – kinoforum panel müzakirələrlə davam edib
20.04.2023 16:27
Bakıda “Azərbaycan kinosu – 125: reallıq, çağırışlar və hədəflər” mövzusunda forum keçirilir
17.04.2023 16:49
Uşaq İncəsənət Festivalının birinci mərhələsinə start verildi
13.04.2023 11:17
Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub
12.04.2023 20:00
“Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda Teatr Forumu başa çatdı
11.04.2023 16:05
Bakıda “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda forum keçirilib