Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
810

Şuşada “Postmünaqişə humanitar gündəliyinin inkişaf etdirilməsi: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans keçirilir

Mayın 19-da Azərbaycanın mədəniyyət paytaxtı Şuşada “Postmünaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans işə başlayıb. 

Tədbiri Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli açaraq qonaqları salamlayıb.

Konfransda çıxış edən mədəniyyət naziri Anar Kərimov Şuşaya gələn beynəlxalq tədbirin iştirakçılarını salamlayar bildirib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Ordumuzun şücaəti sayəsində bu gün Azərbaycanın dilbər guşəsi olan Şuşada bir araya gələ bilmişik: “Bu gün tədbirdə iştirak edən xarici qonaqlarda sual yarana bilər ki, nəyə görə Şuşa bizim üçün bu qədər önəmlidir? Ona görə ki, Şuşa Azərbaycan mədəniyyətinin özüdür, zənginliyidir və irsimizdir. Bu şəhərin hər daşı bizim üçün o qədər əzizdir ki, hətta Vətən müharibəsi zamanı bizim igid Ordumuz yalnız yüngül silahlardan istifadə edərək tarixi abidələrimizə zərər yetirməməyə çalışdı. Bu gün Prezident İlham Əliyevin təsdiqlədiyi plan əsasında Şuşada çox böyük yenidənqurma işləri həyata keçirilir. Şəhərdə infrastrukturun yenidən qurulmasına çox böyük diqqət yetirilir. Hazırda göründüyü kimi, burada sosial infrastrukturun inşasına başlanılıb. Bu yenidənqurma işləri vaxtilə Şuşadan didərgin düşən həmvətənlərimizin tam rahat şəkildə doğma ocaqlarına qayıtmalarına şərait yaradacaq. Əminəm ki, Şuşanın ab-havası sizə müsbət təsir göstərəcək və bu məkanda bundan sonra da bir çox tədbirlərdə sizlərlə bir araya gələcəyik”. 

Sonra beynəlxalq konfrans panel iclasla işini davam etdirdi. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə heyətinin üzvü Esmira Cəfərovanın moderatorluğu ilə keçən iclasda TÜRKSOY-un Baş katibi, İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Amreyev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Mədəni Mülkiyyətlərin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) Baş direktoru Ebber Ndoro və digər qonaqlar çıxış ediblər. 

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov çıxışı zamanı atüstü milli oyunlarımızın qorunub saxlanılması, qədim tarixə malik atçılıq ənənələrinin bərpası, ölkəmizdə atçılıq turizminin təbliğindən danışıb. Bildirib ki, Qarabağ atı ilə oynanılan çövkən oyunu 2013-cü ildə UNESCO-nun “Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs üzrə Siyahı”ya daxil edilib. Çövkən artıq Qarabağla yanaşı, ölkəmizin digər regionlarında geniş yayılıb. 

Emin Hüseynov milli-mədəni dəyərlərimizin qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti və UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın mühüm xidmətlərini də diqqətə çatdırıb.  

BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Migel Angel Moratinos  konfrans iştirakçılarına videomüraciətində Şuşada keçirilən tədbirdə iştirak edə bilməməsinə görə təəssüfünü bildirib. Azərbaycan ilə mədəniyyətlərarası dialoq sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini deyən M.A.Moratinos  dünyada sülh çağırışı edən Azərbaycanı dəstəklədiklərini vurğulayıb. Qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə tarixi irsi bərpa etmək, eyni zamanda mədəni ruhu geri qaytarmaq üçün ilk öncə sülhü qurmaq lazımdır. Ali nümayəndə sülh anlayışının və sülh naminə fəaliyyətlərin daha sıx şəkildə önə sürülməsinin vacibliyini diqqətə çatdırıb.

BMT-nin Sivilizasiyalar Alyansı ilə Azərbaycanın əlaqələri haqqında da fikirlərini bölüşən M.A.Moratinos ölkəmizin beynəlxalq sülh çağırışlarını yüksək qiymətləndirib: “Müxtəlif mədəniyyətlər arasında anlaşma yaratmaq, sülhü təbliğ etmək üçün birgə çalışmalıyıq”. 

Sonra konfrans iştirakçıları italiyalı fotoqraf Fabrizio Continin işğaldan azad edilmiş ərazilərimizdə lentə aldığı fotolardan ibarət sərgi ilə tanış olublar. 

Xatırladaq ki, Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq konfrans mayın 20-də işini davam etdirəcək.

XƏBƏRLƏR

24.06.2022 18:15
“Şuşa söhbətləri” layihəsində “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş növbəti görüş keçirildi
23.06.2022 15:03
III “Azerbaijan Design Award” müsabiqəsi başa çatdı
23.06.2022 10:03
"Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir
22.06.2022 14:49
Anar Kərimov İrana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
22.06.2022 12:47
UNESCO- nun yaradıcı şəhərləri elan edilmiş Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təbliğat işləri aparılır
22.06.2022 12:14
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gəncədə "Şuşa ili" çərçivəsində konserti keçirilib
22.06.2022 11:21
Nazir Anar Kərimov İranın Mədəni İrs, Turizm və Əl işləri naziri ilə görüşüb
21.06.2022 17:56
Anar Kərimov İqtisadi Əməkdaşlıq Təşkilatının Mədəniyyət İnstitutunda olub
21.06.2022 17:52
“Muzeyi peşəkardan öyrənək” adlı layihə Lənkəran şəhərində təşkil olundu
21.06.2022 17:09
Anar Kərimov İran İslam Respublikasında rəsmi səfərdədir
21.06.2022 16:37
“Min bir gecə” 2 pərdəli balet Gəncədə nümayiş olunub
21.06.2022 10:46
Dayanıqlı moda: tekstilin gələcəyi
21.06.2022 09:48
Mədəniyyət Nazirliyi Vətən müharibəsindəki tarixi zəfərə ithaf olunan ədəbi müsabiqə elan edir
20.06.2022 15:21
Mədəniyyət Nazirliyinin “Kommunikasiya meneceri” layihəsi üzrə təlimlərə başlanılıb
20.06.2022 11:49
“Şuşa mədəniyyətinin inciləri”: Bülbül
20.06.2022 11:24
Anar Kərimov Qətərin mədəniyyət naziri ilə görüşüb
20.06.2022 10:55
“4-cü Beynəlxalq Bakı Yay Caz günləri”
20.06.2022 10:25
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqə elan edir
17.06.2022 17:11
Mədəniyyət Nazirliyi tərəfindən 2022-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı təşkil edilmiş heykəltaraşlıq müsabiqənin müddəti 1 sentyabr 2022-ci il tarixinədək uzadıldı
17.06.2022 16:54
“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd-günlük təlim proqramı sona çatdı və Milli İrs Platforması (“Heritage Azerbaijan” platforması) təsis olundu
17.06.2022 16:26
“Youth ArtCamp Shusha and Baku” adlı beynəlxalq layihə üzrə müraciətlərin qəbulu başlayıb
17.06.2022 15:57
“Mədəniyyət/Culture” jurnalının növbəti sayı işıq üzü görüb
17.06.2022 15:08
Anar Kərimov Azərbaycan-Türkiyə strateji müttəfiqliyinə həsr olunan beynəlxalq konfransda çıxış edib
17.06.2022 09:24
Yerlərdəki mədəniyyət müəssisələrində fəaliyyətin günün tələbləri səviyyəsində qurulması prioritet məsələdir
17.06.2022 09:10
Anar Kərimov Beyləqanda mədəniyyət müəssisələrinə baxış keçirib
16.06.2022 17:30
“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramının üçüncü günü keçirilmişdir
16.06.2022 14:42
Mədəniyyət naziri Anar Kərimov Beyləqanda vətəndaşlarla görüşüb
16.06.2022 09:45
Lənkəran şəhərinin mədəni inkişaf strategiyasının təqdimatı keçirildi
14.06.2022 16:16
“İrsin idarəedilməsi bacarıqlarının inkişafı” mövzusunda dörd gün davam edəcək Təlim proqramı uğurla davam edir
14.06.2022 15:44
Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü”nə həsr edilmiş tədbir keçirilib
14.06.2022 12:23
“Mədəni gənclik” növbəti dəfə Akademik Milli Dram Teatrında
14.06.2022 11:26
Anar Kərimov Qətərin ölkəmizdəki səfiri ilə görüşüb