Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
951

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada Beynəlxalq konfrans keçiriləcək

19-20 may tarixlərində mədəniyyət paytaxtı Şuşada “Münaqişədən sonrakı humanitar gündəliyin inkişafı: mədəni mühitin canlandırılması yolu ilə davamlı inkişaf” mövzusunda beynəlxalq  konfrans keçiriləcək. Konfransda Mədəniyyət naziri Anar Kərimov, Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev  iştirak edəcək. 

Tədbirdə bir neçə plenar sessiyanın keçirilməsi nəzərdə tutulub. Beynəlxalq layihənin qonaqları sırasında İSESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) Baş katibi Bağdad Əmrəyev , Maltanın UNESCO üzrə Milli Komissiyasının sədri Raymond Bondin,  BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anhel Moratinos, Beynəlxalq Türk Mədəniyyət və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva və digər rəsmilər iştirak edəcək. Konfransda həmçinin  “Mədəniyyət naminə sülh” proqramının İSESCO –ya daxil olan məsələlər planı müzakirə ediləcək. 

“Mədəniyyət naminə sülh” qlobal çağırışının əsas istiqaməti post münaqişə dövründə olan ölkələrin işğaldan azad olunmuş ərazilərində mədəni infrastrukturu dirçəltmək, milli-mənəvi dəyərləri  yenidən həmin torpaqlara qaytarmaq üçün davamlı sülhün təmin edilməsidir.  Plenar sessiyalarda regional ekosistemin qorunması, mədəni irsin qorunmasının gələcək perspektivləri, mədəni irsin qorunmasının sülhə, dialoq və əməkldaşlığa töhfəsi, mədəni irs davamlı sülhün təməli kimi,  postkonfliktdən sonrakı dövrdə qurulan dialoqlarda mədəniyyətin rolu , keçmiş çağırışlar – gələcək perspektivlər: irsin idarə olunması siyasətinin urbisid kontekstində tətbiqi mövzusunda müzakirələr dinləniləcək.

XƏBƏRLƏR

01.07.2022 18:06
Mədəniyyət naziri Anar Kərimov Macarıstanın ölkəmizdəki səfiri Viktor Szederkenyini fəaliyyət müddətinin bitməsi ilə əlaqədar qəbul edib
01.07.2022 17:30
Professor Çingiz Fərzəliyev “İllüstrasiya sənəti” nominasiyasının qalibi olub
01.07.2022 16:48
“Mədəni gənclik” layihəsinə yekun vuruldu
01.07.2022 12:26
Bərdə Regional Mədəniyyət İdarəsinin əməkdaşları üçün təlimlər keçirilib
30.06.2022 17:31
UNESCO-nun “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursu başa çatdı
30.06.2022 16:59
“Rəngli perimetr” adlı rəsm sərgisi keçirilib
30.06.2022 15:10
Gənc tarzənlər “Yeni adlar”da
30.06.2022 12:58
Anar Kərimov İran İslam Respublikasının mədəni irs, turizm və əl işləri sənayesi naziri Seyid İzzətulah Zərqami ilə görüşüb
30.06.2022 11:09
“Gəncə-Daşkəsən və Qazax-Tovuz iqtisadi rayonlarının tarixi irsinin qorunması və şəhərsalma inkişafı” müzakirə olunub
30.06.2022 10:31
“Şuşa İli”nə həsr olunan muğam festivalına yekun vuruldu
29.06.2022 17:24
Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidzenin "Afrikadan ilk insanlar, Qafqazdan baxış" adlı mühazirəsi baş tutub
29.06.2022 16:20
“Diplomatic World” jurnalında mədəniyyət naziri Anar Kərimov ilə müsahibə dərc edilib
29.06.2022 12:47
“4-cü Beynəlxalq Bakı Yay Caz günləri” keçiriləcək
29.06.2022 12:15
Mədəniyyət Nazirliyi “Qarabağın tarixi” mövzusunda qısa videoçarxlar müsabiqəsi elan edir
29.06.2022 10:42
Braziliyanın “Choronas” musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində çıxış etdi
29.06.2022 10:28
Qarabağ Dirçəliş Fondunun təşəbbüsü ilə “Qarabağ gecəsi” xeyriyyə konserti keçirilib
28.06.2022 17:37
Azərbaycan kitabları “Kitab sənəti” müsabiqəsində qalib olub
28.06.2022 15:28
"Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında" 1954-cü il tarixli Haaqa Konvensiyası ilə bağlı təlim kursuna start verildi
28.06.2022 11:55
Azad Cəfərlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNESCO-da müzakirələrdə iştirak edib
28.06.2022 11:08
“Kommunikasiya meneceri” layihəsi regionlararası kommunikasiyanın daha effektiv qurulmasına əhəmiyyətli töhfə verəcək
28.06.2022 10:34
“Şuşa mədəniyyətinin inciləri”: Şuşa qalası
28.06.2022 10:14
Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin təməli qoyulub
28.06.2022 10:04
“44 gün – tarixi Zəfər” çoxcildliyinin birinci kitabının təqdimatı keçirildi
24.06.2022 18:15
“Şuşa söhbətləri” layihəsində “Musiqinin Şuşaya qayıdışı” mövzusuna həsr olunmuş növbəti görüş keçirildi
23.06.2022 15:03
III “Azerbaijan Design Award” müsabiqəsi başa çatdı
23.06.2022 10:03
"Kommunikasiya meneceri” layihəsi üzrə ADA Universitetində təlimlər davam edir
22.06.2022 14:49
Anar Kərimov İrana rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
22.06.2022 12:47
UNESCO- nun yaradıcı şəhərləri elan edilmiş Şəki, Bakı və Lənkəran şəhərləri ilə bağlı təbliğat işləri aparılır
22.06.2022 12:14
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Gəncədə "Şuşa ili" çərçivəsində konserti keçirilib
22.06.2022 11:21
Nazir Anar Kərimov İranın Mədəni İrs, Turizm və Əl işləri naziri ilə görüşüb