Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1174

Rauf Hacıyevin doğum günündə məzarı ziyarət olundu

Mayın 15-də görkəmli bəstəkar, ictimai xadim, Azərbaycanın və SSRİ-nin Xalq artisti Rauf Hacıyevin (1922-1995) anadan olmasının 100 illiyi tamam olur.

Bu münasibətlə mədəniyyət nazirinin müavini Elnur Əliyev, tanınmış mədəniyyət və incəsənət xadimləri, bəstəkarın adını daşıyan 15 nömrəli Uşaq musiqi məktəbinin kollektivi və musiqi ailə üzvləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev mərasimdə çıxış edərək Rauf Hacıyevin musiqi mədəniyyətimizdəki yerindən və yolundan danışdı. Qeyd etdi ki, sənətkarın zəngin yaradıcılıq irsi həmişə dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Prezident İlham Əliyevin 13 aprel 2022-ci il tarixdə Rauf Hacıyevin 100 illik yubileyinin qeyd edilməsi haqqında imzaladığı sərəncam bu diqqətin bariz nümunəsidir. İl ərzində böyük musiqi xadiminin yubileyi ilə bağlı müxtəlif tədbirlər təşkil olunacaq, onun Azərbaycan musiqi mədəniyyətinin inkişafına verdiyi töhfələrə bir daha nəzər salınacaq.

Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin əməkdaşı Turan Məmmədəliyeva bildirib ki, Rauf Hacıyev müxtəlif janrlarda, o cümlədən simfoniya, oratoriya və kantatalar ərsəyə gətirib, uğurlu səhnə təcəssümünü tapmış operettalar yazıb. Onun milli motivlərlə müasir üslubun vəhdətində yaratdığı vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub və bu janrın inkişafında əhəmiyyətli rol oynayıb. Rauf Hacıyev respublikanın mədəni həyatında yaxından iştirak edib, 1965–1971-ci illərdə Azərbaycan SSRİ-nin mədəniyyət naziri işləyib.

Qeyd edək ki, Rauf Hacıyevin "Dördüncü fəqərə", "Qafqaz əsiri", "Ana, mən evlənirəm", "Yolayrıcında", "Romeo mənim qonşumdur" operettaları, "Yallı", "Ləzgihəngi" baletləri, "Şeyx Sənan", "Səbuhi" "Həzi Aslanov" simfonik poemaları, “Səməd Vurğun” kantatası və digər əsərləri bəstəkarın yaradıcılığının zənginliyindən xəbər verir. Müəllifin “Sevgilim”, “Mənim Azərbaycanım”, “Lirik mahnı”, “Bahar gəlir”, “Sevimli şəhər”, “Bakı haqqında mahnı”, “Leyla”, “Neft Daşlarında”, “Ceyran” və s. mahnıları müğənnilərin repertuarında geniş yer tutub.

Rauf Hacıyev “Əhməd haradadır?”, “Mən rəqs edəcəyəm”, “Bir qalanın sirri”, “Kölgələr sürünür”, “Qara daşlar” və s. filmlərə yaddaqalan musiqilər yazıb.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi