Ziyoda Mədrəhimova: Belə bir mötəbər festivalda iştirak etmək bizim üçün böyük şərəfdir
6593
13.05.2022
13.05.2022 07:18
Bu, mənim Azərbaycana ilk səfərim deyil - 30 il əvvəl biz qədim Odlar diyarına qastrol səfərinə gəlmişdik. Lakin Şuşada ilk dəfədir oluruq. “Xarıbülbül” kimi mötəbər beynəlxalq folklor festivalında iştirak etmək bizim üçün böyük şərəfdir.
Bu barədə Özbəkistanın “Bahor” Dövlət Xalq Rəqs Ansamblının bədii rəhbəri, baş xoreoqrafı, Özbəkistanın Əməkdar artisti Ziyoda Mədrəhimova deyib.
“Düzünü desəm, Şuşa şəhərində gördüyümüz dağıntılar ürəyimi ağrıtdı. Azərbaycan öz ata-baba torpaqlarını işğaldan azad edəndə çox sevindik”, - deyə Z.Mədrəhimova əlavə edib.