Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3614

Azərbaycan kinosunun retrospektivi “İllüzion”da

2022-ci ilin 7-15 fevral tarixində Moskvada fəaliyyət göstərən “İllüzion” (“Иллюзион”) kinoteatrı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə birgə tamaşaçılara Azərbaycan kinosunun geniş retrospektivini təqdim edəcək. Proqramda Azərbaycan kinosunun səssiz filmlərindən başlayaraq müxtəlif dövrlərdə, eləcə də sovet dövrünün son illərində çəkilmiş bir çox filmlər, həmçinin müasir rejissorların beynəlxalq kinofestivallarda uğur qazanmış ekran əsərləri nümayiş olunacaq.
Retrospektiv 2021-ci ildə Rotterdam Film Festivalında premyerası baş tutmuş Fariz Əhmədovun “Sonuncu” filminin nümayişi ilə açılacaq. “Sonuncu” – insan həyatından bəhs edən hekayə Xəzər dənizindəki Kürdili adasının yeganə sakininin həyatının son günlərini sənədli kadrlarla bədii formanın qovşağında əks etdirir.

On doqquz filmdən ibarət Proqrama komediya və triller, nağıl və detektiv hekayələr, kino hekayələri, sevgi hekayələri, sosial dramlar və sürreal pritçalar daxildir. Nümayişlər kino tənqidçilərinin mühazirələri və rejissorlarla görüşlərlə müşayiət olunacaq.

 

 

Proqram:

 

7 fevral 19:30 Açılış. Giriş dəvətnamə ilədir.

“Sonuncu”

 2021. 36 dəq. Rejissor: Fariz Əhmədov. dcp. 12+

 

8 fevral 19:30

“Dəcəl dəstə”

 1937. 55 dəq. Rejissor: Qəmər Salamzadə, Aleksandr Popov. 35 mm. 6+

 

8 fevral 21:30

“Mavi dənizin sahilində”

 1935. 69 dəq. Rejissor: Boris Barnet. 35 mm 12+

 

9 fevral 19:00

“Sehrli xalat”

 1964. 77 dəq. Rejissor: Əlisəttar Atakişiyev. 35 mm 6+

 

9 fevral 21:30

“Uzaq sahillərdə”

 1958. 88 dəq. Rejissor: Tofiq Tağızadə. 35 mm 12+

 

10 fevral 19:00

“Özgə vaxt”

 1996. 85 dəq. Rejissor: Hüseyn Mehdiyev. dcp. 18+

 

10 fevral 21:30

“Hər şey yaxşılığa doğru”

1997. 36 dəq. Rejissor: Vaqif Mustafayev. dcp. 18+

 

“Yarasa”

 1995. 78 dəq. Rejissor: Ayaz Salayev. dcp. 18+

 

11 fevral 19:00

“Bir cənub şəhərində”

 1969. 82 dəq. Rejissor: Eldar Quliyev. 35 mm. 16+

 

11 fevral 21:30

“Şərikli çörək”

 1969. 65 dəq. Rejissor: Şamil Mahmudbəyov. 35 mm. 12+

 

12 fevral 16:00

“Bizim Cəbiş müəllim”

 1969. 75 dəq. Rejissor: Həsən Seyidbəyli. 35 mm. 12+

 

12 fevral 18:10

“İstintaq”

 1979. 87 dəq. Rejissor: Rüstəm Ocaqov, Rüstəm İbrahimbəyov. 35 mm. 12+

 

12 fevral 20:35

“Şeytan göz qabağında”

 1987. 89 dəq. Rejissor: Oktay Mir-Qasım. 35 mm. 12+

 

13 fevral 19:00

“Qətldən yeddi gün sonra”

 1991. 93 dəq. Rejissor: Rasim Ocaqov. 35 mm. 18+

 

14 fevral 19:00

“Balıqçının qızı”

 2019. 88 dəq. Rejissor: İsmayıl Səfərəli. dcp. 12+

 

14 fevral 21:30

“Səpələnmiş ölümlər arasında”

 2020. 88 dəq. Rejissor: Hilal Baydarov. dcp. 18+

 

15 fevral 19:30 Bağlanış

“Duz, istiot zövqə görə”

 2019. 22 dəq. Rejissor: Teymur Hacıyev. dcp. 18+

 

“Axşama doğru”

 2020. 12 dəq. Rejissor: Teymur Hacıyev. dcp. 18+

 

“Daxildəki ada”

 2020. 79 dəq. Rejissor: Rüfət Həsənov. dcp. 18+

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib