Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1773

Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubileyi qeyd olundu

Dekabrın 26-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının 90 illik yubiley gecəsi keçirildi.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyevin, tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirak etdiyi yubiley gecəsində ilk olaraq nazir Anar Kərimovun yubilyar teatrın kollektivinə təbrik məktubu oxundu.

Nazirin təbrikində sənət ocağının zəngin yaradıcılıq yoluna nəzər salınır, kollektivin hazırladığı tamaşaların hər zaman azyaşlı izləyicilərin rəğbətini qazanması, onların teatra sevgi ruhunda böyüməsində önəmi vurğulanırdı. Nazir teatrın kollektivinə cansağlığı və yeni yaradıcılıq uğurları arzulayırdı.

Sonra mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək yola salmağa hazırlaşdığımız 2021-ci ilin maraqlı yubiley tədbirləri ilə yadda qaldığını bildirdi. Dedi ki, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının Ordusunun qazandığı Qələbə bütün xalqımızın, xüsusən yaradıcı insanların əzmini, inam və gücünü daha da artırıb.

Elnur Əliyev qeyd etdi ki, milli-mənəvi dəyərlərin təbliğatında, yetişən nəsillərin teatr sənətinə sevgi ruhunda formalaşmasında Kukla Teatrı təmsilçilərinin xüsusi rolu var: “Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, ümumiyyətlə, teatr aləmində vacib bir fenomendir. Çünki uşaqların zövqünü formalaşdıran, onlarda bu sahəyə maraq yaradan Kukla Teatrıdır”.

Hazırda yaradıcı sənayenin aparıcı qolu olan teatr sənətinin, ümumilikdə incəsənətin televiziya və kompüter, telefon ekranları ilə rəqabətdə olduğunu deyən Elnur Əliyev bildirdi ki, bu rəqabətdə üstünlüyü saxlamaq üçün canlı ünsiyyət mühüm amildir. Canlı tamaşalar həm də uşaqlarda milli dəyərlərin formalaşması baxımından vacibdir: “ İnanırıq ki, Kukla Teatrı bu rəqabəti nəzərə alıb işini gələcəkdə də öz prinsip və ənənələrinə uyğun quracaq, balaca tamaşaçılar üçün daim maraqlı məkan olacaq. Kukla Teatrının bütün kollektivinə möhkəm cansağlığı, yaradıcılıq sahəsində yeni nailiyyətlər arzulayıram”.

Sonra teatrın kollektivindən Rəhman Rəhmanov, Ülviyyə Əliyeva, Elmira Hüseynova və Sona Quliyeva Mədəniyyət Nazirliyinin fəxri fərmanı ilə təltif edildilər.

Azərbaycan Teatr Xadimləri İttifaqının (ATXİ) sədr müavini, Xalq artisti Hacı İsmayılov çıxış edərək ittifaqın rəhbəri, Xalq artisti Azər Paşa Nemətovun Kukla Teatrının kollektivinə təbriklərini çatdırdı. O, Kukla Teatrının məhsuldar fəaliyyəti, zəhmətkeş kollektivi, zəngin repertuarı, yaratmış olduğu səhnə ənənələrindən söz açdı. Sonra  teatrın yaradıcı heyətinin bir qrupuna ATXİ-nin  fəxri fərmanları təqdim olundu.

Yubiley gecəsində teatrın repertuarındakı ən yaddaqalan tamaşalardan ibarət səhnələşdirilmiş kompozisiya təqdim edildi. Tamaşa arası səhnədə 90 il bundan əvvəl ilk kuklaçı Mollağa Bəbirlinin hazırladığı kuklaların fotoşəkilləri proyeksiyada nümayiş olunmuşdu. Böyük ekranda Səudiyyə Ərəbistanı, Rusiya, Hindistan və digər ölkələrdə fəaliyyət göstərən kukla teatrlarının təbrikləri də nümayiş etdirildi.

Salyan, Gəncə və Qax Dövlət Kukla teatrlarının rəhbərləri də səhnəyə çıxaraq həmkarlarını təbrik etdilər. Dövlət Gənc Tamaşaçılar Teatrının yubileyə töhfə olan səhnəciyi də böyük maraqla qarşılandı.

Tədbirin sonunda yubilyar kollektivlə görüşən mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev onları bir daha təbrik etdi, xoş arzularını çatdırdı.

Qeyd edək ki, Azərbaycan Dövlət Kukla Teatrının əsası 1931-ci ildə böyük teatr fədaisi, ilk peşəkar kuklaçı Mollağa Bəbirli tərəfindən qoyulub. 1932-ci ildə kollektiv “Sirk” adlı tamaşa ilə səhnəyə çıxıb. Bu günədək 600-dən artıq tamaşa hazırlayan teatr daim rəngarəng və zəngin repertuarı ilə seçilir. Hazırda teatrın cari repertuarında 28 səhnə əsəri var. Teatrda Beynəlxalq Kukla Teatrları Assosiasiyasının (UNİMA) Milli Mərkəzi yaradılıb və teatr qurumla sıx yaradıcılıq əlaqələri saxlayır.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb