Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun xatirəsinə ithaf olunmuş kitabın təqdimat mərasimi keçirilib
22 dekabr 2021-ci il tarixində Azərkitab Kitab Mərkəzində
Əməkdar elm xadimi professor Qəzənfər Paşayevin Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimova ithaf olunmuş “Qəbələ. Keçmişdə və günümüzdə” kitabının təqdimat mərasimi keçirilmişdir.Milli Məclisin Mədəniyyət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Komitənin sədri Qənirə Paşayeva, millət vəkilləri, Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun ailəsi və Mədəniyyət Nazirliyinin əməkdaşı Kamran Musayev iştirak etmişlər.
Tədbir iştirakçılarının çıxışlarında monoqrafiyanın təkcə mütəxəssislər üçün deyil, eləcə də, tarix, etnoqrafiya və folklorşünaslıq elmlərinə maraq göstərən oxucular üçün maraqlı olacağı vurğulanıb.
Qeyd edək ki, bu ilin sentyabrında “Təhsil” nəşriyyatında nəfis tərtibatla işıq üzü görən kitab Ümummilli lider Heydər Əliyevin “Qəbələnin şərəfli keçmişi, gözəl gələcəyi vardır”, ölkə Prezidenti İlham Əliyevin “Biz Azərbaycanın son illərdəki inkişafını Qəbələ rayonunun timsalında əyani şəkildə çox yaxşı görürük” sözləri ilə açıılır.