Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2150

Aşıq Ələsgər yaradıcılığı Azərbaycan dilinin, ruhunun təmsilçisidir

Ustadlar ustadının 200 illik yubileyi qeyd olundu.

Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görkəmli saz-söz ustadı Aşıq Ələsgərin (1821-1926) anadan olmasının 200 illik yubileyinə həsr olunan gecə keçirildi.

Mədəniyyət Nazirliyi və Azərbaycan Aşıqlar Birliyinin (AAB) birgə təşkil etdiyi tədbir Prezident İlham Əliyevin Aşıq Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq sərəncamına əsasən gerçəkləşdi.

Tədbirdə tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, aşıqlar, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Yubiley gecəsində çıxış edən mədəniyyət naziri Anar Kərimov Aşıq Ələsgərin Azərbaycan və Türk dünyası ədəbiyyatına, aşıq sənətinə verdiyi töhfələrdən söz açdı. Bildirdi ki, ustad sənətkar çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb. Xalq ruhuna uyğun həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Görkəmli sənətkarın doğma Vətənin təbiətinə məhəbbət və vətənpərvərlik hisslərini vəhdətdə aşılayan, ana dilimizin saflığını, məna potensialını və hüdudsuz ifadə imkanlarını özündə cəmləşdirən dərin koloritli yaradıcılığı Azərbaycan ədəbiyyatının parlaq səhifələrindəndir.

Nazir qeyd etdi ki, Aşıq Ələsgər çox sayda yetirmələrindən ibarət məktəb yaradıb, bu ulu sənətin yaşadılması üçün çalışıb. Bununla da o, gələcəyin məşhur el aşıq və  şairlərinə qüvvətli təsir göstərib.

Anar Kərimov diqqətə çatdırdı ki, Aşıq Ələsgərin zəngin poetik irsinin geniş tədqiqi, nəşri və təbliğinin mühüm mərhələsi mədəni-mənəvi dəyərlərimizin bütün daşıyıcılarına həmişə diqqət və qayğı göstərən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır: “Aşıq Ələsgərin yubileyləri məhz ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində qeyd edilib. Böyük söz ustadının respublikamızda və onun hüdudlarından kənarda 150 illik yubiley mərasimi keçirilərkən əlamətdar hadisə baş verib. Azərbaycanlıların əzəli yurdlarından olan qədim Göyçə mahalında, doğulduğu kənddə Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılıb. Həmin büst 80-ci illərin sonunda soydaşlarımız öz dədə-baba torpaqlarından didərgin salındıqdan sonra erməni vandalları tərəfindən dağıdılıb. Prezident Heydər Əliyevin sərəncamına əsasən, 1997-ci ildə Aşıq Ələsgərin 175 illik yubileyi dövlət səviyyəsində qeyd edilib. Bu, ulu öndər tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə verilən ən yüksək dəyərdir. Bu zəngin ənənə Prezident İlham Əliyev tərəfindən də davam etdirilib. Dövlət başçısının sərəncamı ilə 2011-ci ildə ustad aşığın 190 illik yubileyi ölkəmizdə böyük təntənə ilə qeyd edilib. Prezidentin yüksək diqqətinin nümunəsi kimi Gədəbəydə Aşıq Ələsgər adına Aşıq Məktəbi açılıb”.

Nazir bildirdi ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə bu ulu sənətin 2009-cu ildə UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi aşıq sənətinə ölkəmizdə yüksək diqqətin təzahürüdür. Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Bakı şəhərində sənətkarın heykəli qoyulacaq. Aşıq Ələsgər irsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı çıxışında Aşıq Ələsgəri ustadlar ustadı kimi səciyyələndirdi: “Ustad sənətkarın yaradıcılığındakı mükəmməlliyə və poetik gözəlliyə baxdığımız zaman belə qərara gəlirik ki, həqiqətən, onun sözü-sənəti Azərbaycan aşıq sənətinin pasportu olmağa layiqdir. Bu mənada Aşıq Ələsgər ustadnamələrindən tutmuş qoşmalarına, təcnislərinə qədər Azərbaycan dilinin, ruhunun təmsilçisidir. Ustadın yaradıcılığına diqqət yetirdikcə əsərlərinin hər misrasında aşıq sənətinin nizamnaməsini görürük”.

Çıxışlardan sonra tədbirin bədii hissəsinə keçildi. Aşıqlardan Qələndər Zeynalov, Təbriz Vəliyev, Nəbi Nağıyev, Nazim Quliyev, Vüqar Qurbanov, Bəhmən Göycəli, Familə Göycəli, İmran Həsənoğlu, Xanlar Xəlilov, Göycə Ömürlü, Ağamurad Şirvanlı, Roman Azaflı, Ramin Qarayev, Solmaz Kosayeva, Cahangir Quliyev, Şaiq İncəli, Qabil Borçalı və başqalarının ifalarında  Aşıq Ələsgərin yaradıcılığından “Ovşarı” (“Dolanır”), “Qəhrəmanı” (“Cilvələnibdi”), “Şəşəngi” (“Qadan alım”), “Göycə gözəlləməsi” (“Yavaş get”), “Naxçıvanı” (“Dağlar”), “Şahsevəni” (“Yaylaq”) saz havaları səsləndirildi. Qiraətçilərin ifasında isə saz-söz ustadının “Ustadnamə”, “Qəmərcanı”, “İncimərəm”, “Qadan alım”, “Çeşmə” folklor qrupunun ifasında “Ceyranım” və digər şeirlər səsləndirildi. Çıxışlar alqışlarla qarşılandı.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib