Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1507

Nizami Gəncəvi Beynəlxalq Forumu başa çatdı

24-26 noyabr tarixində Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumu “Sovet dövründə Nizami tədqiqatları” mövzusu üzrə panel iclasla başa çatdı.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusunda gerçəkləşən beynəlxalq tədbir dahi Azərbaycan şairinin zəngin yaradıcılığı ilə bağlı maraqlı müzakirələrlə yadda qaldı.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinovun moderatorluğu ilə noyabrın 26-da keçirilən son panel iclasda Tbilisi Dövlət Universitetinin əməkdaşı İrma Ratiani “Sovet və postsovet dövründə Nizami yaradıcılığı gürcü tədqiqatçılığında” adlı məruzəsini təqdim etdi.

Məruzəçinin çıxışından əvvəl moderator mövzu ilə əlaqədar qeyd etdi ki, sovet dövründə Nizami irsi ilə bağlı çoxsaylı aparılan tədqiqatlar əsasən ideoloji meyarlara söykənirdi. Əksər hallarda Nizami düşüncələri ideoloji tərəfdən yanaşılaraq təqdim edilirdi.

İrma Ratiani sovet dövründə Ş.Rustaveli və Nizami Gəncəvi irsinin geniş araşdırılması ilə bağlı gürcü alimlərinin məqalələrindən söz açdı. Bildirdi ki, qədim gürcü çoxcildli ədəbiyyatında yer alan əsərlərdə Nizami adına tez-tez rast gəlinir. Tədqiqatçılar bildirirlər ki, Rustavelinin təsvir etdiyi eşqlə müqayisədə Nizami bu mənada tamam başqa bir dünya yaradır və onun eşqi daha böyükdür.

Mirzə Uluqbəy adına Özbəkistan Dövlət Universitetinin Özbək ədəbiyyatı kafedrasının müdiri Hamidulla Baltabayev “Nizami Gəncəvi “Xəmsə”sinin özbək ədəbiyyatşünaslığında öyrənilməsi” adlı məruzəsində qeyd etdi ki, Özbəkistan Nizaminin tədqiqi baxımından öndə olan ölkələrdəndir. Bildirildi ki, təsadüfi deyil ki, Nizami "Xəmsə"sinin ən qədim variantı Özbəkistan Əlyazmalar Fondundan əldə edilib. Nizami "Xəmsə"si Özbəkistanın da qiymətli ədəbi xəzinəsi sayılır. Yazıçı-dramaturq Kamil Yaşen yazır ki, böyük şairin vəfatından on illərlə sonra Orta Asiyanın monqollar tərəfindən işğal olunduğu dövrdə Xarəzmdə naməlum özbək müəllif "Müftah ül-ədl" (“Ədalətin açarı”) adlı bədii əsər yaratmışdı. Bu əsərin əsasını Nizaminin "Şah və iki bayquş" haqqında hekayəti təşkil edirdi. Özbəkistanda müxtəlif zamanlarda müxtəlif elmi mənbələrdə Nizami yaradıcılığı, onun ayrı-ayrı əsərləri haqqında elmi-tənqidi məqalələr, araşdırmalar nəşr olunub. 1940-cı illərdə Nizami və Nəvainin yubiley günləri çərçivəsində bu səpgidə xeyli elmi məqalələr işıq üzü görüb. Özbək ədəbiyyatının klassiki, azərbaycanlı şair, tərcüməçi, ədəbiyyatşünas, pedaqoq Maqsud Şeyxzadənin (1908-1967) yetirməsi olan filologiya elmləri doktoru, professor Natan Mallayevin "Nizami Gəncəvinin irsi və onun təlim-tərbiyəvi əhəmiyyəti" adlı monoqrafiyası bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Hazırda Özbəkistanın muzey fondlarında Nizami haqqında 30-a yaxın əlyazma saxlanılır. Bunlardan 12-si “Xəmsə”yə aiddir.

Panelin son məruzəçisi, Özbəkistanın “Darakchi” nəşriyyat evinin direktoru Rustamjon Cabbarovun çıxışı xüsusilə maraqlı oldu. R.Cabbarov Azərbaycan dilində səlis çıxış edərək Nizami irsinə aydın baxışı ilə tədbir iştirakçılarının alqış və təqdirini qazandı.

* * *

Diskussiyalardan sonra forumun bağlanışı olduu. Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxış edərək üç gün davam edən foruma qatılan hər kəsə təşəkkürünü bildirdi: “Forumun adından da məlum olduğu kimi, Nizami Gəncəvi nəsillər arasında bir körpüdür. O səbəbdən forumun son günü gənclərin aktiv iştirakından çox şadıq. Nazirlik olaraq məqsədimiz mədəniyyəti sadəcə teatr, konsert kimi dar çərçivədə təbliğ etmək deyil, biz mədəniyyətin daha geniş anlamda tanıdılmasının əhəmiyyətli olduğunu qəbul edirik. Mədəniyyət həm də bəşəri dəyərdir. Nizami Gəncəvi də bizim mədəni dəyərimizdir. Nizami Gəncəvi Gəncədən doğan bir günəşdir. Səkkiz əsr keçməsinə baxmayaraq, Nizami öz hikmətləri ilə bu gün də böyük bir coğrafiyaya işıq saçır. Bütün dünya fəlsəfəsi bu günəşdən işıq alır və bu da bizim məsuliyyətimizi artırır. Biz xalq olaraq Nizaminin ideyalarını yaşatmalıyıq. Xalqımızın multikultural dünyagörüşünün formalaşmasında Nizaminin də rolu vardır”.

Forumun əhəmiyyətini yüksək qiymətləndirən Elnur Əliyev bildirdi ki, beynəlxalq tədbir həm də Nizaminin bəşəri şair olduğunu bir daha sübuta yetirdi. Nazirin birinci müavini çıxışının sonunda forumda iştirak edən, dəyərli fikirlərini bölüşən qonaqlara təşəkkürünü bildirdi: “Gələcəkdə bir daha Nizami Gəncəvi çətiri altında görüşmək arzusu ilə sizlərə uğurlar arzulayıram”.

Bununla da Nizami soraqlı daha bir tədbir tarixə qovuşdu. İnsanlıq var olduqca Nizami ideyaları da yaşayacaq, böyük söz ustadı bizim müasirimiz olaraq qalacaq. Çünki dahi Azərbaycan şairinin bəşəriyyəti sülhə, əmin-amanlığa, birliyə, bərabərliyə, inkişafa, yeniliyə səsləyən idealları hər zaman aktualdır, gərəklidir.

XƏBƏRLƏR

06.12.2023 14:43
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
06.12.2023 13:24
“Zamanla dialoq” adlı fərdi sərgi açılacaq
05.12.2023 09:43
Qazaxıstan Mədəniyyəti Günləri sərgi və qala-konsertlə başa çatıb
04.12.2023 12:55
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
04.12.2023 10:23
Türk Dünyasının Yumor Festivalı keçirilib
01.12.2023 14:15
Mədəniyyət və Yaradıcı Sənayelər Forumunun icmalı
30.11.2023 18:01
"Türk dünyasının yumor sahəsi üzrə əməkdaşlıq perspektivləri” – “Yaradıcı həftə” çərçivəsində dəyirmi masa
30.11.2023 17:11
“Musiqi Sənayesi Platforması”nda növbəti panel milli musiqi məhsulunun rəqabətliliyinə həsr olunu
30.11.2023 16:17
“Yaradıcı həftə” çərçivəsində Azərbaycan musiqi sənayesinə həsr olunmuş tədbir keçirilib
30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub