Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
681

Nizami Gəncəvinin ədəbi irsi bəşəriyyətin söz xəzinəsinə mühüm təsir göstərib

Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə Bakıda Nizami Gəncəvi Beynəlxalq Forumu keçirilir. Noyabrın 24-də işə başlayan və “Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusuna həsr olunan forum açılış mərasimindən sonra panel iclaslarla davam edir.

Beynəlxalq tədbirin ikinci iş günü – noyabrın 25-də “Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusu üzrə panel iclas davam etdirildi. Macarıstanlı professor Miklos Sarkozi moderatorluğu ilə keçirilən sessiyada ilk olaraq “LiFFt” nəşrinin baş redaktoru Marqarita Almuhammedovanın "Nizami poeziyası: dünən, bu gün və gələcəkdə" mövzusunda məruzəsi dinlənildi. O, Nizami Gəncəvi yaradıcılığının rəhbərlik etdiyi nəşrdə əsərlərin çapı ilə bağlı məlumat verdi. Məruzəçi Rusiya və Qazaxıstan alimlərinin Nizami yaradıcılığı ilə bağlı tədqiqatlarından söz açdı.

Rusiya Milli Kitabxanasının şöbə müdiri Olqa Yastrebova "Nizami yaradıcılığı və qəhrəmanlarının miniatürləri. Rusiya Milli Kitabxanasında qorunan kolleksiya" mövzusunda məruzə etdi. İştirakçıların diqqətinə çatdırıldı ki, Rusiya Milli Kitabxanasında Nizamiyə dair 24 əlyazma var. O.Yastrebova miniatürlərin ideya-bədii xüsusiyyətlərini təhlil etdi. Bildirildi ki, “Xosrov və Şirin” əsərinə çəkilmiş miniatürlər öz unikallığı ilə seçilir. 1482-ci ildə Heratda yaradılan miniatürlər rəng və ekspressiyasına görə fərqlənir. Fərhadın obrazında daha çox detallar görmək olur. Geyimi onun adi əməkçi sinfinə aid olduğunu göstərir. Buxara və Kəşmir miniatürlərində Fərhad obrazı, ümumiyyətlə, çarıqsız, ayaqyalın göstərilib.

Məruzəçi həmçinin kolleksiyada qorunan "Leyli və Məcnun", "Yeddi gözəl" (Şiraz, 1479) miniatürləri ilə bağlı da məlumat verdi. “Yeddi gözəl” əlyazmasında rəssamlar Bəhramın musiqiçilərlə görüşünü, şirlərlə mübarizəsini təsvir ediblər. Şota Rustaveli adına Gürcüstan Ədəbiyyat İnstitutunun əməkdaşı Gaga Lomidze "XII və XVIII əsrlərdə Nizami yaradıcılığının gürcü ədəbiyyatına təsiri" mövzusunda çıxış etdi. Ş.Rustavelinin Nizamidən bəhrələnərək qələmə aldığı əsərlərdən söz açan məruzəçi Azərbaycan-Gürcüstan ədəbi əlaqələrinin son illərdə inkişaf etdiyini vurğuladı. O, Nizami Gəncəvi və Şota Rustavelini Qafqaz renessansının baniləri adlandırdı. Qeyd etdi ki, Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərində Nizaminin “Xosrov və Şirin” əsərinin təsiri aydın görünür.

Tbilisi Dövlət Universitetinin professoru Maka Elbakidze "Mədəniyyətlər arasında körpü – Rustaveli və Nizami" mövzusunda məruzə ilə çıxış etdi. Hər iki mütəfəkkirin mistik sevgiyə müraciət etdiyini, sufi poeziyasında isə daha dərin qatlara təsir etdiyini vurğuladı. Əsərlərdəki sevginin daha yüksək, Allaha yaxın hisslərlə təsvir edildiyini vurğulayan alim bu mərhələlərdə hər iki şairin fəlsəfi baxışlarındakı yaxınlığı qeyd etdi. Bildirildi ki, gürcü professorlardan Pavel İnkorokvanın fikrincə, “Pələng dərisi geymiş pəhləvan” poemasının tədqiqi göstərir ki, Ş.Rustaveli üçün Şərq mədəniyyəti gürcü mədəniyyəti qədər yaxın və doğma idi. Həmin müəllif qeyd edir ki, Rustavelinin əsərində “Leyli və Məcnun”un buraxdığı izlər var: Tariyel Qeysin tayıdır, onun kimi dəli olub çöllərə düşür, vəhşi heyvanlarla yoldaşlıq edir; onu müşayiət edən Aftandil isə Nofəlin varisidir.

Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov "Özbəkistan və Azərbaycan xalqlarının mədəni və ədəbi əlaqələrinin möhkəmləndirilməsində Nizami Gəncəvinin rolu" mövzusunda çıxış etdi. Diqqətə çatdırdı ki, Nizami və Əlişir Nəvai xalqlarımız arasında karandaşla körpü yaradaraq xalqlarımızın mədəni əlaqəsinin təməlini qoymuşlar.

Professor qeyd etdi ki, Özbəkistanda 40 mindən çox azərbaycanlı yaşayır, Azərbaycan Milli Mədəniyyət Mərkəzi fəaliyyət göstərir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də hər iki ölkənin mədəniyyət və ədəbiyyat xadimlərinin təbliğində layiqli layihələr həyata keçirir. Mərkəz ilk dəfə özbək dilində "Xəmsə"ni nəşr etdirib. Daşkənd Dövlət Pedaqoji Universiteti Nizami Gəncəvinin adını daşıyır və təhsil ocağının qarşısında şairin heykəli var. Gəncədə anadan olan mütəfəkkir bütün türk xalqlarının oğludur. Özbək xalqı da Əlişir Nəvai və Nizamiyə eyni sevgini bəsləyir. Bu sevgi xalqlarımız arasında qarşılıqlıdır. İki ölkənin iki dahi şairi xalqlarımızı bir-birinə daha yaxın edir.

Sonra Ərdahan Universitetinin (Türkiyə) əməkdaşı Hanzade Güzeloğlunun “Yeddi gözəl” poemasında deyimlər: Abdi – Nizami qarşılaşdırması” mövzusunda məruzəsi dinlənildi. Tədqiqatçı bildirdi ki, Nizaminin “Yeddi gözəl”indən sonra Əmir Xosrov Dəhləvi, Rai Hidayətullah və Dərviş Əşrəf, Əlişir Nəvai, Sübhizadə Feyzi, Bursalı Lami Çələbi, Abdi və başqaları bu mövzuda əsərlər yazıblar.

Abdinin əsəri Nizami “Yeddi gözəl”inin türkcəyə tərcüməsidir. İcmal xarakterli bu tərcümədə Nizaminin əsərdə yaratdığı gətirdiyi əsas sxem saxlanılıb. Ümumiyyətlə, Nizami özündən sonra gələn şairlərin yaradıcılığına böyük təsir göstərib və bir çox ədiblər onun irsindən bəhrələnərək əsərlər meydana gətiriblər.

Türkiyəli digər araşdırmaçı Zaur Şüküroğlu isə "Türkiyədə Nizami Gəncəvi yaradıcılığının tədqiqi” mövzusunda məruzəsində qardaş ölkə alimlərinin bu sahədə apardığı elmi tədqiqatlar barədə məlumat verdi.

Məruzələrdən sonra panel iclas diskussiyalarla davam etdi.

XƏBƏRLƏR

12.08.2022 17:50
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb
11.08.2022 16:51
"Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Anar ilə görüş keçirilib
10.08.2022 17:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
10.08.2022 17:01
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb
08.08.2022 11:43
“Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli
03.08.2022 18:28
Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
03.08.2022 16:49
Qobustan qoruğu haqqında sənədli film və kataloqun təqdimatı keçirildi
03.08.2022 12:45
Azərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib
02.08.2022 11:03
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşdü
01.08.2022 17:31
II Milli Yaylaq Festivalına 120 mindən artıq iştirakçı qatılıb
01.08.2022 13:40
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat
01.08.2022 12:40
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçiriləcək
01.08.2022 12:05
“Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirilib
01.08.2022 11:04
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub
28.07.2022 18:56
Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
27.07.2022 14:33
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi Londonda "CNN" telekanalının qonağı olub
27.07.2022 09:27
Reza Deqatinin 70 illik yubileyi qeyd edilib
26.07.2022 13:10
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir
25.07.2022 10:40
“Şuşa mədəniyyətinin inciləri”: Vasif Adıgözəlov
22.07.2022 18:16
Anar Kərimov İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarının mədəniyyət işçiləri ilə görüş keçirib
22.07.2022 16:16
Nazir Anar Kərimov İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 12:00
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
22.07.2022 11:18
Nazir Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 10:38
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb
21.07.2022 12:37
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
20.07.2022 15:02
“Şuşanın irsi” və “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” adlı kitablar dünya kitabxanalarına göndərilib
19.07.2022 17:46
Mədəniyyət naziri media nümayəndələri ilə görüşdü
19.07.2022 16:52
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib