Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
769

“Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri”

Nizami Gəncəvi Beynəlxalq Forumunun noyabrın 24-də gerçəkləşən ikinci panel iclası “Nizami Gəncəvi “Xəmsə”sinin dünya ədəbiyyatına və mədəniyyətinə təsiri” mövzusuna həsr olunub.

İtaliyanın Piemonte Universitetinin professoru Stefania Sininin moderatorluğu ilə keçirilən iclasda ilk olaraq Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) əməkdaşı, mətnlər və müasir ideologiyalar tarixi üzrə mütəxəssis Kərim İfrakın məruzəsi dinlənildi. “Dünya ədəbiyyatında Nizami təsiri” mövzusunda çıxış edən alim qeyd etdi ki, Nizaminin zəngin yaradıcılığı Çoser, Şekspir, Dante, Bokkaçço, Şiller, Höte, Balzak, M.Tven, Volter və başqa dünya ədəbiyyatı korifeylərinin yaradıcılığında əks-səda doğurub. Şərqdə təkcə onun "Leyli və Məcnun" poemasına 500-dən çox nəzirə yazılıb. Avropa xalqlarının ədəbiyyatlarında da Nizami yaradıcılığı ilə səsləşən və "Xəmsə"nin təsiri ilə əsərlər yazılıb. Bokkaççonun "Ameto" povesti, K.Qozzinin "Yarı ciddi, yarı zarafat" ("Turandot") nağılı, Y.Hammerin "Şirin" poeması, Volterin "Zadiq, yaxud tale" povesti, M.Tvenin "Tom Soyyerin macəraları" romanında və başqa əsərlərdə, eyni zamanda Şillerin "Turandot" pyesində Nizami Gəncəvinin təkcə "Yeddi gözəl" poemasının süjet və motivlərinə rast gəlinməsi deyilənləri təsdiq edir. Eyni zamanda Hötenin "Qərb-Şərq divanı"nda ayrı-ayrı şeirlərin Nizami Gəncəvinin yaradıcılıq dühasına ithaf olunduğu nizamişünaslıqda çoxdan təsdiq olunub.

XVIII əsr ingilis şairi İsaak Dizraeli 1799-cu ildə "Məcnun və Leylinin məhəbbəti" mənzum poemasını qələmə alıb və bu əsər əsasında İsaak Brandon "Qeys, yaxud səhrada məhəbbət" adlı opera bəstələyib.

Məruzəçi onu da əlavə etdi ki, bəstəkarlardan K.Beber, F.Buzoni və C.Puççini Nizaminin "Yeddi gözəl" poemasının motivləri əsasında musiqi əsərləri bəstələyiblər.

Pakistan Milli Akademiyası Folklor və Maddi Mədəni İrs İnstitutunun professoru Talha Ali Kushavaha mədəni müxtəlifliyi bir araya gətirən forumun təşkilatçılarına minnətdarlığını ifadə etdi. Diqqətə çatdırdı ki, Cəlaləddin Rumi və Nizami yaradıcılığı ölkəsində ən çox müraciət edilən mövzudur. Uzun müddət Pakistanda fars dili üstünlük təşkil etdiyi üçün Nizami yaradıcılığı geniş yayılaraq qavranılıb: “Biz istərdik ki, müasir gənclik də Nizami ideyalarını öyrənsin və gələcəyə ötürsün”, – deyə pakistanlı professor bildirdi.  

Macarıstanın Karoli Gaspar Univeürsitetinin professoru Miklos Sarkozi ölkəsində Nizami ilə bağlı tədqiqatlardan söz açdı. Bildirdi ki, Nizami irsinin tədqiqinin Macarıstanda beş əsrlik tarixi var. Macarıstan 150 il Osmanlı imperiyasının tərkibində olduğundan həmin dövrdə Nizami Gəncəvi geniş təbliğ olunub. Hazırda Macarıstan Milli Elmlər Akademiyasında Osmanlı dövrünə aid Nizami əlyazmaları qorunur. Bu əlyazmanın əsas nüsxəsi “Xəmsə”nin xülasə formasıdır.

Professor qeyd etdi Macarıstanın tanınmış alimləri A.Vambery, V.Bacher, S.Kegi və başqaları Nizami yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar müəllifi kimi tanınırlar. S.Kegi 1980-ci illərdə Azərbaycana səfər edib və Bakı şəhəri və Nizami Gəncəvi haqqında kitab yazıb. O öz əsərlərində dəfələrlə Nizaminin Azərbaycan şairi olduğunu diqqətə çatdırıb.

Bakı Slavyan Universitetinin kafedra müdiri, professor Rəhilə Qeybullayevanın "Nizami yaradıcılığında kamilliyə aparan motivlər və simvollar", kulturoloq, professor Fuad Məmmədovun "Nizami Gəncəvi dahi ruhi mədəniyyət yaradıcısı kimi" və fəlsəfə doktoru Mail Yaqubun “Nizami “Xəmsə”sində insan hüquqları və antroposentrizm: konkret faktlar” mövzularında məruzələri dinlənildi.

Məruzələrdən sonra mütəxəssislər iştirakçıları maraqlandıran sualları cavablandırdılar. Bununla da Nizami Gəncəvi Beynəlxalq Forumunun ilk iş günü sona çatdı.

“Nizami Gəncəvi: mədəniyyətlər arasında körpü” mövzusuna həsr olunan beynəlxalq forum noyabrın 26-dək müxtəlif tədbir, konfrans və təqdimatlarla davam edəcək.

XƏBƏRLƏR

12.08.2022 17:50
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Azərpaşa Nemətovla görüşüb
11.08.2022 16:51
"Qonağımız var" layihəsi çərçivəsində Azərbaycanın Xalq yazıçısı Anar ilə görüş keçirilib
10.08.2022 17:13
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
10.08.2022 17:01
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə keçirilmiş test imtahanının nəticələri açıqlanıb
08.08.2022 11:43
“Şuşa mədəniyyətinin inciləri”: Şəmsi Bədəlbəyli
03.08.2022 18:28
Mədəniyyət naziri Qırğızıstanın ölkəmizdəki səfiri ilə görüşüb
03.08.2022 16:49
Qobustan qoruğu haqqında sənədli film və kataloqun təqdimatı keçirildi
03.08.2022 12:45
Azərbaycan Kinosu Günü ilə bağlı “Böyük Qayıdış” müsabiqəsinin qalibləri olan filmlər nümayiş edilib
02.08.2022 11:03
Mədəniyyət naziri Anar Kərimov “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev ilə görüşdü
01.08.2022 17:31
II Milli Yaylaq Festivalına 120 mindən artıq iştirakçı qatılıb
01.08.2022 13:40
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 2022-ci ilin birinci yarısında fəaliyyətinə dair hesabat
01.08.2022 12:40
“Bəşəriyyətin ortaq dəyəri - Qobustan" sənədli filminin və “Qobustan - Cingirdağ-Yazılıtəpə və Sona qaya petroqliflərinin korpusu” adlı kataloqun təqdimat mərasimi keçiriləcək
01.08.2022 12:05
“Muzeyi peşəkardan öyrənək” layihəsi çərçivəsində Sumqayıtda tədbir keçirilib
01.08.2022 11:04
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalının rəsmi açılış mərasimi baş tutub
28.07.2022 18:56
Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
27.07.2022 14:33
Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi Londonda "CNN" telekanalının qonağı olub
27.07.2022 09:27
Reza Deqatinin 70 illik yubileyi qeyd edilib
26.07.2022 13:10
Mədəniyyət Nazirliyinin dəstəyi ilə Milli Yaylaq Festivalı keçirilir
25.07.2022 10:40
“Şuşa mədəniyyətinin inciləri”: Vasif Adıgözəlov
22.07.2022 18:16
Anar Kərimov İsmayıllı, Ağsu, Şamaxı, Qobustan, Qəbələ rayonlarının mədəniyyət işçiləri ilə görüş keçirib
22.07.2022 16:16
Nazir Anar Kərimov İsmayıllı rayonunda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 12:00
Mədəniyyət naziri Milli Mətbuat Günü münasibətilə media nümayəndələrini təbrik edib
22.07.2022 11:18
Nazir Anar Kərimov Qəbələdə mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
22.07.2022 10:38
Nazirin birinci müavini Elnur Əliyev Xalq artisti Bəxtiyar Xanızadə ilə görüşüb
21.07.2022 12:37
Mədəniyyət naziri Qəbələdə vətəndaşlarla görüşüb
20.07.2022 15:02
“Şuşanın irsi” və “Qafqaz Albaniyası: Əsrlərin dərinliklərindən gələn bir ölkədir” adlı kitablar dünya kitabxanalarına göndərilib
19.07.2022 17:46
Mədəniyyət naziri media nümayəndələri ilə görüşdü
19.07.2022 16:52
Azərbaycan musiqi mədəniyyətinə ağır itki üz verib