Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2961

Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək

2 avqust YARAT Müasir İncəsənət Məkanının qarşısında 20:00-dan  00:00-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və YARAT Müasir İncəsənət Məkanının birgə əməkdaşlığı ilə  Azərbaycan Kinosu Gününə həsr olunmuş açıq havada Kinosevərlər Gecəsi keçiriləcək.

Proqram nüfuzlu film festivallarında uğur qazanan milli filmlərin premyeralarından ibarətdir.

Filmlər Azərbaycan dilində (ingilis dilində altyazı ilə) nümayiş olunacaq.

Proqram:

“Olimpiya”, 2021, Azərbaycan, melodrama, 67 dəq.

Rejissor: Əli-Səttar Quliyev

Bu fərqli həyat hekayəsi 1980-ci ildə SSRİ-nin paytaxtı Moskva şəhərində başlayıb, 2015-ci ildə Azərbaycanın mənzərəli şimal-qərb bölgələrindən birində davam edib və uzaq Kubada sona çatıb. Moskva Olimpiadasının bürünc mükafatçısı İlqar Süleymanov uzun müddətdir, peşəkar idmandan uzaqlaşıb, doğma qəsəbəsində sakit  həyat sürür. İlqar yerli orta məktəbdə bədən tərbiyəsi müəllimidir. Günlərin bir günü İlqarın evinin qapısı döyülür və həyatı tamamilə dəyişir...

“Daxildəki ada”, 2020, Azərbaycan / Fransa,

dram, 100 dəq.

Rejissor: Rüfət Həsənov

Treyler: https://www.youtube.com/watch?v=7GHhfIK4Clg

Baş qəhrəman Seymur Tahirbəyov dünyanın qabaqcıl qrossmeysterlərindən biridir. Karyerasının ən önəmli oyunundan bir neçə həftə öncə özünü kəşf etmək məqsədilə yalnız bir nəfər sakini olan adaya xəlvətcə yola düşür.

“Axşama doğru”, 2020, Azərbaycan, dram, 12 dəq.

Rejissor: Teymur Hacıyev

Treyler: https://www.youtube.com/watch?v=KrMyT4YooYI

Fiziki yaxınlığı mənəvi yaxınlıq kimi görməyən cütlük, ailə məclisində iştirak etmək üçün şəhər kənarına çıxır. Məişət məsələləri onları

dayanmağa və hiss edilən, lakin gözlənilməyən reallığı kəşf etməyə sövq edir.

“Quxuroba”, 2020, Azərbaycan, dram, 21 dəq.

Rejissor: Teymur Qəmbərov

Treyler: https://www.youtube.com/watch?v=ORRZzxDxzJ4

Taksi sürücüsü Rasim, müdirindən mütləq yerinə yetirilməli olan çox vacib bir tapşırıq alır: O, şəhər kənarındakı ucqar bir kəndə gəlinlik paltarı çatdırmalıdır. Rasim yolüstü cavan bir qadın götürür: onların danışmağa heç bir mövzuları olmur, amma buna baxmayaraq bir-birlərinə deməyə yenə də sözləri var...

 

Əli-Səttar Quliyev (d. 1981, Bakı, Azərbaycan)

Rejissor, “Mozalan” studiyasının direktoruş Onun “Çardaq” (2016) qısametrajlı, “Əlvida, Şmidt!”(2019) və “Olimpiya” (2021) tammetrajlı bədii filmləri bir sıra beynəlxalq festivalların iştirakçısıdır.

 

Rüfət Həsənov (d. 1987 , Bakı, Azərbaycan)

2009- cu ildə Beyts Kollec-dən (ABŞ), 2012-ci ildə isə Moskva şəhərində Ssenaristlər və Rejissorlar Ali Kurslarından məzun olub. 2013 -cü ildə Elvin Adıgözəl ilə çəkdiyi “Buqələmun” tammetrajlı bədii filmi Beynəlxalq Lokarno festivalının “Filmmakers of Present” proqramına daxil olmuş və “Golden Leopard” mükafatına namizəd olub.

Rüfət Həsənov EAVE (Avropa Audio-vizual sahibkarlar) Berlinale Talents Network və SOFA (School of Film Advancement) məzunudur.

O, 2020-ci il Sarayevo Film Festivalında “Daxildəki ada” filmi ilə “Ən yaxşı rejissor” mükafatını qazanıb.

Teymur Hacıyev (d. 1982, Bakı, Azərbaycan)

Elmar İmanovun Torn (2014) Tələbə Akademiya Mükafatı qalibi (Cannes, Quinzaine des Realisateurs, 2014) filmi daxil olmaqla, özəl şirkəti FIL Prodakşının məhsulu olan bir çox qısa filmi prodüser olaraq istehsal edən Teymur, rejissorluq debütünü qısa filmi “The Wound” (Yara) Palm Springs qısa film festivalında (2013) nümayiş etdirib. Onun ikinci qısametrajlı “Şanxay, Bakı” filminin premyerası Tampere Film Festivalında (2016) və üçüncü qısametrajlı filmi “Duz, İstiot zövqə görə” Rotterdam Beynəlxalq Film Festivalında nümayiş olunub və Kinoskopun “2019-cu ilin ən yaxşı beş qısa filmi” nə daxil edilib. Onun “Axşama doğru” filminin Kann kinofestivalında “Tənqidçilər Həftəsi”nə daxil edilməsi, Teymuru həm rejissor, həm də prodüser kimi Kannda olmuş yeganə azərbaycanlı rejissor edir.

Teymur Qəmbərov (d. 1986, Bakı, Azərbaycan)

 “Starcom Mediavest” və “Red Communications” kimi bir sıra PR agentliklərində çalışıb. Onun ilk ”Quxuroba” qısametrajlı filmi, Polşanın Poznan şəhərində baş tutan Avropa Short Pitch festivalının “Image Production” və “Mastering & Distribution” mükafatlarını qazanıb. 2020-ci ildə “Quxuroba” Sarayevo Film Festivalının Rəsmi Qısametrajlı Film Müsabiqəsinə seçilib.

XƏBƏRLƏR

29.09.2023 14:48
Prodüserlərin və prodüser olmaq arzusunda olan şəxslərin nəzərinə
29.09.2023 14:45
Animatorların inkişaf proqramına qəbul başladı
28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir