Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
12519

Şuşadakı Qazançı kilsəsinin bərpası Azərbaycan dövlətinin öz mədəni irsinə, o cümlədən xristian irsinə diqqətini nümayiş etdirir

Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Məryəm Qafarzadə AZƏRTAC-a geniş müsahibə verib.

Müsahibəni təqdim edirik.

-Məryəm xanım, Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərimizdə mənşəyindən asılı olmayaraq bütün dini mirasın və abidələrin yüksək səviyyədə qorunacağını və bərpa ediləcəyini bəyan edib. Şuşa şəhərindəki Qazançı kilsəsinin bərpa olunması da bu baxımdan xüsusi diqqət tələb edən məsələdir. Bu barədə nə deyə bilərsiniz?

-Müstəqil Azərbaycan tarixinin ən parlaq dövrünü yaşayırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən milli mədəniyyətimizin, tariximizin, dövlətçiliyimizin əsas dayaqlarından biri olan Qarabağ torpağı işğaldan azad edilərək, yenidən xalqımıza qovuşub. Doğma Şuşamızın mədəni ruhu da geri qayıdır, tarixi görkəmi bərpa edilir. Qarabağın tacı olan Şuşanın tariximizdə xüsusi yeri var. Türk dünyasının, İslam aləminin, bütün Qafqazın gözü, Azərbaycan mədəniyyətinin paytaxtı Şuşanın işğaldan azad olunması şanlı tariximizdə olduqca vacib hadisədir.

Tarixi-mədəni əhəmiyyəti və Azərbaycan xalqı üçün müstəsna mənəvi dəyərə malik olması Şuşaya xüsusi qayğı və həssaslıqla yanaşılmasını zəruri edir. Məhz buna görə möhtərəm cənab Prezident Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı bu gün Sərəncam imzaladı. Bu Sərəncamla Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliği təmin ediləcək. Bildiyiniz kimi, otuz ilə yaxın davam etmiş işğal dövründə işğalçı Ermənistanın vandalizminə məruz qalan Şuşada artıq bir neçə aydır quruculuq, bərpa işləri həyata keçirilir. Şəhərdəki məscidlər, mədrəsələr, imarətlər, karvansaralar, hamamlar, məqbərələr, kilsələr, kəhrizlər, muzeylər və digər mühüm abidələr yenidən həyata qaytarılır. Azərbaycan mədəniyyət tarixinin çox vacib örnəklərinin bərpa olunması şübhəsiz ki, öz tariximizə, mədəniyyətimizə, abidələrimizə sahib çıxmağımızın örnək nümunəsidir.

İşğaldan azad olunan ərazilərimizdə Azərbaycan dövləti tərəfindən həyata keçirilən nəhəng yenidənqurma işləri, o cümlədən Şuşada aparılan bərpa və quruculuq prosesi şəhərin tarixi simasının bərpa edilməsi məqsədilə, Şuşanın orijinal memarlıq üslubuna uyğun olaraq gerçəkləşdirilir.

Həyata keçirilən işlər çərçivəsində Qazançı kilsəsi də bərpa edilir. Qeyd edək ki, Qazançı kilsəsi Şuşa şəhərinin kənarında, hazırkı yuxarı hissəsində yerləşir. Kilsənin 1868-ci ildə qədim zərdüşt məbədi üzərində inşa olunmağa başlanıldığı bildirilir. Kilsənin inşası 1880-ci illərdə yekunlaşdırılıb. Kilsə quruluş baxımından 4 yarımdairəvi çıxışdan ibarətdir. Kilsənin daxili xüsusi memarlıq bəzəkləri olmadan, yonulmuş yerli daşlarla üzlənmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə dövlət qeydiyyatına alınan (inventar № 358) kilsə ilk dəfə Azərbaycan SSR Nazirlər Sovetinin 1988-ci il 27 aprel tarixli 145 nömrəli qərarı ilə abidələr siyahısına daxil edilib. Bütün digər tarix-mədəniyyət abidələrimiz kimi Qazançılar kilsəsinin də tarixi sənədlər, arxiv materialları əsasında ilkin bədii-estetik görkəminə uyğun olaraq bərpa edilməsi nəzərdə tutulur. Bu, elmi-praktiki-tədqiqat fəaliyyəti olmaqla abidənin hərtərəfli təhlilini, memarlıq, tarixilik xüsusiyyətlərinin araşdırılmasını ehtiva edir. Hazırlanacaq bərpa layihəsi abidənin XIX əsr ilkin-orijinal görkəminə qaytarılması imkanı verəcəkdir. Bundan əlavə, müvafiq layihə təcrübəli memar və bərpaçılardan ibarət mütəxəssislərdən təşkil olunan Elmi Şura tərəfindən müzakirə edilib təsdiqlənəcək. Həmçinin müvafiq sahədə geniş təcrübəsi olan və UNESCO-nun qəbul etdiyi beynəlxalq bərpa standartlarını bilən xarici mütəxəssislərin də bərpa layihəsi üzrə rəyinin alınması təmin olunur. Həmin xarici mütəxəssislərlə birlikdə bərpa işinin gedişatının monitorinq edilməsi də planlaşdırılır. Bu da onu göstərir ki, biz tarixi abidələrimizə sahib çıxmağı bacarırıq. Erməni vandalizminin, saxtakarlığının böyük yara vurduğu Azərbaycan abidələri bərpa edilərək öz tarixi görkəmlərinə, missiyalarına qaytarılmaqla canlanırlar.

Qarabağda, Şuşada abidələrin bərpa prosesi dostlarımızı sevindirsə də, düşmənlərimizi içdən sarsıdıb. Şuşanın tarixi Qazançı kilsəsinin bərpa edilməsini həzm edə bilməyən işğalçı, terrorçu Ermənistan bizə qarşı şər-böhtan atır, cəfəng iddialar irəli sürməyə çalışır. Lakin bunlar hamısı əbəsdir və “Böyük qayıdış” çərçivəsində abidələrimiz bərpa olunduqca, tarixi-mədəni irsimiz azad olunmuş ərazilərə qaytarıldıqca Azərbaycan dövlətinin sülhə, inkişafa və tərəqqiyə yönəlmiş siyasəti öz təntənəsini yaşayacaq.

-Düşmənin yürütdüyü mənfur siyasətə baxmayaraq, tarixi ədalət öz yerini tapdı. Əzəli Azərbaycan torpağı olan Qarabağda otuz il sürmüş barbarlıq dövründən sonra bu torpaqlara həyat, quruculuq, mədəniyyət qayıdır...

-Tamamilə doğrudur. Doğma Qarabağımızın mədəni ruhu özünə qayıdır.

Qarabağın hər qarış torpağı, abidələri, dahi şəxsiyyətləri bizim qədim, zəngin mədəniyyətimizin parlaq səhifələri, ayrılmaz parçasıdır. İndi mədəniyyətimiz də, illər boyu düşmən terroruna məruz qalan torpaqlarımız kimi, dirçəlməyə başlayıb.

Artıq Azərbaycan övladları da qalib ruhda, məğrur böyüyəcəklər. Bu da təbii ki, Azərbaycan mədəniyyətinin, incəsənətinin gələcək inkişafına öz töhfəsini verəcək. Prezident İlham Əliyevin müvafiq sərəncam və göstərişləri əsasında mədəniyyət, musiqi beşiyimiz sayılan Şuşa şəhərində bir-birindən mühüm və maraqlı layihələrə start verilib. İllərlə həsrət qaldığımız, şuşalıların çiçəklərini qurudub, ən dəyərli xatirə kimi qoruduqları xarıbülbülə can gəlib. Bu fakt həm də Şuşada təşkil olunacaq Xarıbülbül festivalının timsalında bir daha öz sübutunu tapacaq. Dünya muzeylərini bəzəyən, tarixən ən varlı tacirlərin, kolleksiyaçıların böyük həvəslə əldə etməyə çalışdığı Qarabağ xalçaları ilmələrinin yurduna qayıdacaq. Qarabağın istedadlı xalçaçılarının əlinin hərarətindən doğulan sehrli naxışlar, ornamentlər yenə planetin hər nöqtəsini bəzəyəcək.

Didərgin düşmüş Qarabağ atları yenə doğma Cıdır düzünə doğru yol alacaq. Qərinələr boyu bənzərsiz poeziya inciləri yaradıb, ədəbiyyatımızın yeni istiqamətlərinə təkan verən Vaqif yaradıcılığının davamçıları artıq misraları ilə Vətən həsrətini ovutmayacaq. Qarabağın gözəlliyini, Şuşanın dağlarını, mənfur düşmənin Vətənimizin darmadağın etdiyi hər daşını, qayasını vəsf edəcək.

-Mədəniyyət Nazirliyinin keçirdiyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi yekunlaşıb. Bu barədə ətraflı məlumat verə bilərsinizmi?

-Bu il yanvarın 22-də Mədəniyyət Nazirliyi “Böyük Qayıdış” qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsi elan etmişdi. Müsabiqənin əsas məqsədi milli kinematoqrafiya sahəsində fəaliyyət göstərən yaradıcı şəxslərə dəstək olmaq, bu istiqamətdə çalışan dövlət studiyalarının və müstəqil prodüser mərkəzlərinin fəaliyyətini stimullaşdırmaq, milli-mənəvi və ümumbəşəri dəyərləri filmlərlə təbliğ etmək, kino peşəkarlarının təcrübələrini daha da yüksəltmək, habelə Vətən müharibəsində qazanılmış böyük Zəfərə kino vasitəsilə töhfə verməkdir.

Müsabiqənin mövzusu 2020-ci ildə Vətən müharibəsində xalqımızın əldə etdiyi şanlı Qələbə, Azərbaycan əsgərinin, qüdrətli ordumuzun ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi qəhrəmanlıq mübarizəsi, yurd həsrəti ilə alışıb-yanan həmyerlilərimizin dədə-baba torpaqlarına qovuşması, habelə arxa cəbhədə dəmir yumruq kimi birləşən xalqımızın fəaliyyətini əhatə edirdi.

Qeyd edim ki, müsabiqə böyük maraq doğurmuşdu. İlkin qəbul şərtlərinə cavab verən 49 layihə ikinci – Bədii seçim mərhələsində münsiflər tərəfindən dəyərləndirilib. Bu mərhələ bədii-kinematoqrafik baxımdan fərqlənən 26 layihə müsabiqənin münsiflər heyəti tərəfindən seçilərək, sonuncu – Pitçinq mərhələsində iştirak hüququ əldə edib. Onlardan 12-si bədii film, 8-i sənədli film, 6-sı animasiya filmi layihələri idi. Pitçinq mərhələsi aprelin 27-də Azərbaycan Dövlət Film Fondunda keçirilib və Fondun “YouTube” kanalı vasitəsilə canlı yayımlanıb. Münsiflər heyəti bütün layihələri bədii-kinematoqrafik keyfiyyətləri nəzərə alaraq qiymətləndirib. Münsiflərin açıq səsverməsi yolu ilə baş tutmuş prosesdə 11 layihə (5 bədii, 4 sənədli, 2 animasiya film layihələri) qalib seçilib. Həmin layihələrin adları aprelin 30-da Mədəniyyət Nazirliyinin rəsmi saytında elan edilib. Qalib layihələr onları təqdim etmiş müəssisə tərəfindən Mədəniyyət Nazirliyinin sifarişi və maliyyə dəstəyi əsasında istehsal olunacaq.

-Məlumdur ki, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” dövlət başçısının fərmanına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən tarix və mədəniyyət obyektlərinin ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə monitorinqlərə başlanılıb. Monitorinq prosesi necə gedir, hansı nəticələr var?

-İndiyədək aparılmış monitorinqlər zamanı dövlət qeydiyyatında olan 313 tarix-mədəniyyət abidəsinin monitorinqi həyata keçirilib. Həmçinin həmin ərazilərdə yerləşən dövlət qeydiyyatında olmayan tarixi, memarlıq, arxeoloji əlamət daşıyan 113 obyekt (yeni aşkar olunmuş abidə) aşkar edilib. Baxış keçirilən tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətini işğalçılar tamamilə məhv ediblər. Həmin abidələrin dağıdıldığı, vandalizmə məruz qaldığı aşkarlanıb.

Həmçinin 846 mədəniyyət müəssisəsi monitorinq edilib ki, onlardan 451-i kitabxana, 342-si mədəniyyət evi və klub müəssisəsi, 20-si muzey, 25-i uşaq musiqi məktəbi, 1-i kinoteatr, 2-si teatr, 2-si qalereya, 3-ü kinoklubdur. Bu müəssisələrdən 14-ü ilkin monitorinq nəticəsində aşkar edilsə də, nazirliyin şəbəkəsində yoxdur. Müəssisələrin hamısı demək olar ki, tamamilə dağıdılmış vəziyyətdədir.

Monitorinqlər Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Xocavənd, Qubadlı, Ağdam və Kəlbəcər rayonları üzrə aparılıb. Baxış keçirilmiş tarix-mədəniyyət abidələrinin və tarixi, memarlıq, arxeoloji əlamət daşıyan obyektlərin əksəriyyətinə mənfur işğalçılar müdaxilələr etdiyi üzə çıxır. Onlar vandalizmə məruz qalıb, bir çoxları tamamilə dağıdılıb, yalnız qalıqları qalıb. Monitorinq davam edir və bu proses yekunlaşandan sonra erməni işğalı dövründə mədəniyyətimizə vurulmuş ziyanın tam mənzərəsini həm ölkə ictimaiyyətinin, həm də beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracağıq.

-Geniş müsahibə üçün çox sağ olun.

XƏBƏRLƏR

20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb
12.11.2024 12:07
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçiriləcək
09.11.2024 12:01
Filarmoniyada Zəfər Gününə hər olunan konsert keçirilib
09.11.2024 11:53
Azad torpaqlarda bayram konsertləri təşkil olunub
07.11.2024 17:19
Milli İncəsənət Muzeyində “Səttar Bəhlulzadə – təbiətin ecazkar nağılı” adlı sərgi açılıb
07.11.2024 09:51
Mədəniyyət naziri film layihələri müsabiqəsinin qalibləri ilə görüşüb
06.11.2024 17:32
Azərbaycanın təbii və mədəni irsi
06.11.2024 17:00
Mədəniyyət naziri Akademik Musiqili Teatrda olub
06.11.2024 09:15
AZƏRBAYCANDA İLK DƏFƏ "NƏSİMİ" OPERASI TƏQDİM OLUNACAQ
05.11.2024 15:53
COP29 çərçivəsində keçirilməsi nəzərdə tutulan mədəniyyət məzmunlu tədbirlər barədə Braziliyada təqdimat həyata keçirilmişdir
05.11.2024 09:26
Mədəniyyət Nazirliyində Xalq artisti Yalçın Adıgözəlovla görüş olub
04.11.2024 12:06
İstanbul sərgisində ölkəmizlə bağlı yeni tədbir və təqdimatlar davam edir
04.11.2024 11:25
İstanbulda Frankfurt Beynəlxalq Kitab Sərgisinin regional koordinatoru ilə görüş olub
04.11.2024 11:21
İstanbulda “Səninləyik, Türkiyə” kitabı, "Heca" dərgisinin poeziyamızla bağlı xüsusi buraxılışının təqdimatı və konsert keçirilib
04.11.2024 11:05
İstanbul sərgisində Azərbaycan yazarlarının iştirakı ilə ədəbi müzakirələr və imza mərasimi keçirilib
04.11.2024 10:48
Azərbaycanın ilk dəfə "fəxri qonaq ölkə" olduğu 41-ci İstanbul Beynəlxalq Kitab Sərgisinin açılışı keçirilib
04.11.2024 10:35
Mədəniyyət naziri Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin kollektivi ilə görüşüb
01.11.2024 15:59
UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə dair dəyirmi masa keçirilib
01.11.2024 12:43
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
31.10.2024 17:31
“COP29 və mədəniyyət: iqlim dəyişikliyinin mədəni ölçüləri” mövzusunda konfrans keçirilib
31.10.2024 15:57
“e-Culture” rəqəmsal idarəetmə modeli çərçivəsində görülmüş işlərlə bağlı təqdimat keçirilib
30.10.2024 15:27
Mədəniyyət naziri Ağcabədidə vətəndaşları qəbul edib
28.10.2024 17:46
“İkinci planetin qırmızı rəngi” filmi beynəlxalq festivallarda uğur qazanıb
28.10.2024 15:55
“Bölgə teatrlarının Bakı premyeraları” – Lənkəran teatrı iki tamaşa ilə paytaxtımıza qastrola gəlir