Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
13751

UNESCO-ya müraciət etmiş rusiyalı mədəniyyət xadimlərinə məktub göndərilib

Məlum olduğu kimi, Rusiya Federasiyasının bir qrup mədəniyyət xadimi Qarabağda yerləşən xristian irsinin qorunmasına və bu irsin UNESCO-nun Dünya irsi siyahısına salınmasına köməklik göstərilməsi ilə bağlı UNESCO-ya müraciət edib.

Dağlıq Qarabağda və ətraf rayonlarda erməni işğalı zamanı çoxsaylı müsəlman irsi abidələrinin dağıdılmasına baxmayaraq, müraciətdə yalnız xristian irsi haqqında bəhs edilməsi, eləcə də Azərbaycan ərazisindəki bütün tarixi, mədəni, dini irsin heç bir ayrı-seçkilik qoyulmadan dövlət tərəfindən qorunması və hökumətin bu məsələyə çox ciddi yanaşması nəzərə alınmayaraq, müraciətin birbaşa UNESCO-ya ünvanlanması onun qərəzli və məqsədli şəkildə hazırlandığını və ölkəmizə qarşı qarayaxma kampaniyasının bir hissəsi olduğunu göstərir. 

Məsələ ilə bağlı Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov tərəfindən müraciəti imzalayan mədəniyyət xadimlərinə məktub göndərilib.

Məktubda öncə Ermənistan tərəfindən uzun müddət işğal altında saxlanılmış Azərbaycan ərazilərində mədəni irsimizin dağıdılması, əksər hallarda həm müsəlman, həm də xristian irsinin məhv edilməsi haqqında məlumatlar əks olunub. Eyni zamanda Azərbaycanın müxtəlif şəhərlərində yerləşən həm dini (müsəlman, xristian, yəhudi), həm də mədəni irsin dövlət tərəfindən qorunması ilə bağlı faktlar diqqətə çatdırılıb.

Bundan əlavə, rusiyalı mədəniyyət xadimlərinə qeyd etdikləri narahatçılıqla bağlı Azərbaycan Hökumətinə deyil, birbaşa UNESCO-ya müraciət ünvanlamalarına görə irad bildirilib və onlara erməni təbliğatının qurbanı olmamaq tövsiyə edilib.

Məktubun sonunda müraciəti imzalamış mədəniyyət xadimləri işğaldan azad olunmuş ərazilərdə 30 ilə yaxın davam etmiş dağıdıcılıq və talançılığın nəticələrini, həmçinin ölkəmizdə mədəni irsə necə qayğı göstərildiyini görmək üçün Azərbaycana dəvət olunublar.

Qeyd etmək lazımdır ki, UNESCO-ya göndərilən müraciət bir sıra tanınmış şəxslər və mədəniyyət xadimləri tərəfindən də birmənalı qarşılanmayıb və çoxsaylı tənqidə məruz qalıb.

XƏBƏRLƏR

28.09.2023 15:48
Mədəniyyət naziri Mingəçevirdə vətəndaşları qəbul edib
27.09.2023 17:55
Azərbaycan ilə Qətər arasında mədəni əməkdaşlıq müzakirə olunub
27.09.2023 16:42
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərimizin xatirəsini yad edib
26.09.2023 17:17
Azərbaycanın mədəniyyət naziri İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında çıxış edib
26.09.2023 12:11
DokuBaku VII Beynəlxalq Sənədli Filmlər Festivalı keçiriləcək
25.09.2023 16:35
Qarabağımızın incisi Şuşa yekdil qərarla “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildi
21.09.2023 18:42
Uşaq musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri açıqlandı
19.09.2023 13:08
Heydər Əliyev Sarayında çoxdan gözlənilən “Məhəbbət əfsanəsi” baletinin təqdimatı olub
18.09.2023 17:30
“Xınalıq və Köç yolu mədəni landşaftı” UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildi
18.09.2023 15:12
Prezident İlham Əliyev Azərbaycan musiqi ictimaiyyətini təbrik edib
18.09.2023 12:44
Milli Musiqi Günündə Üzeyir Hacıbəylinin məzarı ziyarət olunub
15.09.2023 18:24
MDB-yə üzv dövlətlərin Yaradıcı və Elmi Ziyalılarının XVI Forumu və MDB-yə üzv dövlətlərin Mədəni Əməkdaşlıq üzrə Şurasının 38-ci iclası keçirilib
15.09.2023 17:52
Üzeyir Hacıbəyli festivalı 10-dək ölkədən musiqiçiləri bir araya gətirəcək
15.09.2023 12:13
Bu gün görkəmli kinorejissor, Xalq artisti Xamis Muradovun 80 illik yubileyidir
15.09.2023 10:34
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə sənəd qəbununun vaxtı uzadılıb
15.09.2023 08:40
Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Ciddədə İƏT baş katibinin müavini ilə görüşüb
13.09.2023 15:46
Özbəkistanda “Türk dünyasının mədəniyyət paytaxtı” Şuşaya həsr olunan poçt markası buraxılıb
13.09.2023 15:01
Arif Məlikovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
12.09.2023 14:52
Vətən müharibəsindəki tarixi zəfərə ithaf edilən ədəbi müsabiqənin nəticələri bəlli olub
11.09.2023 13:53
VI “Animafilm” Beynəlxalq Animasiya Festivalı başa çatdı
08.09.2023 14:45
Pekində mədəni irsin qorunması və bərpası üzrə əməkdaşlıq müzakirə olunub
07.09.2023 17:30
Bakıda 6-cı “Animafilm” festivalı keçirilir
06.09.2023 15:34
Mədəniyyət naziri Adil Kərimli Çində keçirilən forumda çıxış edib
06.09.2023 10:11
Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı başlayır
06.09.2023 09:33
Dunhuanda 6-cı Beynəlxalq İpək Yolu Sərgisi işə başlayıb