Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4160

“Azərbaycanın tarixi və mədəni irsinə qarşı Ermənistanın törətdiyi cinayətlər” mövzusunda brifinq keçirilib

Oktyabrın 28-də ADA Universitetində “Azərbaycanın tarixi və mədəni irsinə qarşı Ermənistanın törətdiyi cinayətlər” mövzusunda xarici ölkələrin diplomatik korpus nümayəndələri və media təmsilçiləri üçün brifinq keçirilib. Brifinqdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov, ADA Universitetinin prorektoru Fariz İsmayılzadə iştirak ediblər.

Brifinqi ADA Universitetinin prorektoru Fariz İsmayılzadə açaraq Ermənistanın ölkəmizə qarşı 30 ilə yaxın davam edən hərbi təcavüz və işğalçılıq siyasətinin eyni zamanda Azərbaycanın mədəni irsini hədəf aldığını vurğulayıb.

Brifinqdə çıxış edən Prezidentin köməkçisi Hikmət Hacıyev Ermənistan silahlı qüvvələrinin Azərbaycanın dinc yaşayış məntəqələrinə hərbi təcavüzünün bu günlərdə də davam etdiyini, döyüş meydanında məğlub duruma düşən işğalçı ölkənin hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrinə mülki infrastruktura raket zərbələri endirdiyini bildirib. Oktyabrın 27-də Bərdə rayonunun Qarayusifli kəndinə raket atılması nəticəsində 4 dinc sakinin həlak olduğunu deyən Hikmət Hacıyev bu gün, brifinqin davam etdiyi dəqiqələrdə də Ermənistanın Bərdə şəhərində daha bir terror hücumu həyata keçirdiyini diqqətə çatdırıb. Vurğulanıb ki, düşmənin Bərdə şəhərin mərkəzinə, insanların gur olduğu yerlərə raket zərbələri nəticəsində 20-dək ölən, 60-dan çox yaralanan var. Bunun Ermənistan tərəfindən insanlıq əleyhinə cinayət olduğunu vurğulayan Hikmət Hacıyev qeyd edib ki, bəşəriyyət, mütərəqqi dünya buna seyrçi qalmamalıdır.

Prezidentin köməkçisi qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinin məqsədlərindən biri də qəsdən Azərbaycan xalqının milli irsinin dağıdılmasıdır. Bu, etnik və mədəni təmizləmə, müharibə cinayətləridir. Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı həyata keçirilən mədəni soyqırımı Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, dünya mədəniyyəti abidələrinə qarşı edilən hücumlardır.

Brifinqdə çıxış edən Mədəniyyət nazirinin vəzifələrini icra edən Anar Kərimov diqqətə çatdırıb ki, Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı, mədəni irsini talan etdiyi, tarixi abidələrini dağıtdığı Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir. Zəngin mədəni irsə malik Qarabağın Azərbaycana Pənahəli xan Cavanşir, Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Molla Pənah Vaqif, Bülbül, Əbdürrəhim bəy Haqverdiyev kimi dahi şəxsiyyətlər və mədəniyyət xadimlərini bəxş etdiyini vurğulayıb, Ənənəvi Qarabağ atüstü oyunu Çovqanın, əsasən Qarabağda formalaşan Azərbaycan muğamının və Azərbaycan xalçasının UNESKO-nun müvafiq siyahılarına daxil edildiyini bildirib.

Anar Kərimov diqqətə çatdırıb ki, Dağlıq Qarabağda, ətraf rayonlarda tarixi abidələrin dağıdılması, mədəni irsin talan edilməsi bu ərazilərdə azərbaycanlıların mədəni kimliyini məhv etmək məqsədi güdür. Dağlıq Qarabağda azərbaycanlı əhalinin əsrlərlə yaşamasına dəlalət edən tarixi abidələrin dağıtmaq bu izləri itirmək, azərbaycanlıların mədəni kimliyini yox etmək cəhdidir. Bildirib ki, 1990-cı illərin əvvəllərinə olan statistikaya əsasən, işğal edilmiş ərazilərimizdə 2625 abidə qeydə alınmışdı. Onlardan 11-i beynəlxalq əhəmiyyətli, 240-ı ölkə əhəmiyyətli və 455-i yerli əhəmiyyətli olmaqla ümumilikdə 706-sı dövlət tərəfindən mühafizə edilirdi.  

Həmçinin qeyd edib ki, yüzlərlə mədəniyyət müəssisəsi, o cümlədən 4,6 milyon kitab fondu olan 927 kitabxana, 808 mədəniyyət sarayı, klub və mədəniyyət evi, 85 musiqi və rəssamlıq məktəbi, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 4 teatr müəssisəsi, 2 konsert müəssisəsi, 8 mədəniyyət və istirahət parkı, o cümlədən Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Ermənilərin işğal edilmiş ərazilərdəki tarixi abidələrin təyinatının dəyişdirilməsi barədə danışan Anar Kərimov bu günlərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunan Zəngilan rayonu ərazisində də belə faktların üzə çıxdığını deyib. Zəngilandakı məsciddən tövlə kimi istifadə edilməsinin beynəlxalq normaların pozulması ilə yanaşı, İslam dünyası üçün təhqir olduğunu söyləyən A.Kərimov deyib: “Bu, vandalizm aktıdır. Ümid edirik ki, beynəlxalq təşkilatlar tərəfindən bu fakt lazımınca pislənəcək və qiymət veriləcək. Ümid edirik ki, beynəlxalq təşkilatlar Ermənistanı tarixi abidələri hədəf alıb məhv etməsini dayandırmağa çağıracaq”.

Anar Kərimov onu da diqqətə çatdırıb ki, XX əsrin əvvəllərində İrəvan quberniyası ərazisində 300 məscid qeydə alındığı halda, bu gün Ermənistan ərazisində - İrəvan şəhərində yalnız bir məscid – Göy məscid qismən salamat qalıb ki, bununla da erməni tərəfi beynəlxalq ictimaiyyət qarşısında gözdən pərdə asmaq istəyir.

Erməni silahlı qüvvələrinin son günlər törətdiyi vəhşiliklərdən söz açan Anar Kərimov deyib ki, münaqişə zonasından təxminən 80 kilometr uzaqda yerləşən, Azərbaycanın ikinci ən böyük şəhəri və qədim mədəniyyət mərkəzi olan Gəncəyə raket hücum nəticəsində nəinki dinc insanlar ölüb və yaralanıb, həm də tarixi tikililərə ziyan dəyib. XIX əsrdə tikilmiş Gəncə gimnaziyası, IX əsrin İmamzadə məscidi, XIX əsr Aleksandr Nevski Rus Pravoslav kilsəsi kimi digər abidələr də Ermənistanın raket hücumları nəticəsində zərər görüb.

Anar Kərimov qeyd edib ki, Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar da yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb. Bundan əlavə, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib. Bütün bu faktlarla bağlı monitorinqin aparıldığını söyləyən A.Kərimov deyib: “Onların necə geri gətirəcəyimizlə bağlı məsələ qaldıracağıq. Bura dəyərli eksponatlar, xalçalarımız daxildir. Biz bəzi hərraclarda dəyərli xalçalarımızı tapmışıq. Həmin xalçaları və dəyərli eksponatları ölkəmizə qaytarmağa davam edəcəyik”.

“Mədəni irsin hədəfə alınması, müharibə cinayətidir. Ermənistan 27 ildən çoxdur ki, Azərbaycanın işğal olunmuş ərazilərində mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edir və ya dəyişdirir. Bu, ATƏT-in 2005 və 2010-cu illərdə işğal olunmuş ərazilərə dair faktaraşdırıcı missiyaları tərəfindən sənədləşdirilib. Bundan əlavə, beynəlxalq medianın peyk şəkilləri və hesabatları da bu qanunazidd hərəkətlərin beynəlxalq humanitar hüquqa, o cümlədən 1954-cü il üçün UNESCO-nun Silahlı münaqişə zamanı mədəni mülkiyyətin qorunması haqqında Haaqa Konvensiyasına və onun iki protokoluna zidd olduğunu göstərir” – deyə Anar Kərimov vurğulayıb.

Sonda post-konflikt dövründə Anar Kərimov Müzəffər Azərbaycan Ordusunun işğaldan azad etdiyi rayonlarda yerləşən tarix-mədəniyyət abidələri, mədəniyyət evləri, kitabxanalar, teatr, musiqi məktəbləri və muzeylərə dəyən zərərin ölçüləcəyini, müvafiq monitorinqlərin aparılacağını, habelə  həmin abidələrin və mədəniyyət müəssisələrinin Mədəniyyət Nazirliyi tərəfindən bərpa ediləcəyini, bu torpaqlara xalqımızın zəngin mədəni ruhunun geri qaytarılacağını bildirmişdir.

Brifinqdə diplomatik korpus nümayəndələrinin mövzu ilə bağlı fikirləri də dinlənilib, sualları cavablandırılıb.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb