30.09.2020 04:45
1993-cü ildə Füzuli rayonunun Ermənistan tərəfindən işğalından sonra Füzuli Tarix-Diyarşünaslıq Muzeyi qismən xilas edilmiş eksponatlar əsasında Bakı şəhərində fəaliyyətini bərpa etmişdir. Muzey üçün Horadiz qəsəbəsində yeni bina tikilmiş, 2014-cü ildə Füzuli Tarix-Diyarşünaslıq Muzeyində bədii tərtibat işləri aparılmış, texniki vəsait və avadanlıq alınmışdır. Muzeyin sahəsi 345 kv.m., fondunu isə 5.197 ədəd eksponat təşkil edir.