30.09.2020 11:47
Sentyabrın 27-dən etibarən Ermənistan Respublikasının silahlı qüvvələri yenidən genişmiqyaslı təxribatlar törədərək Azərbaycan Respublikasının yaşayış məntəqələrini iri çaplı silahlardan atəşə tutmuşdur. Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək həmin atəş nöqtələrini susdurmaqda davam edir.
Düşmənin ölkəmizin yaşayış məntəqələrinə istiqamətlənmiş atəş zərbələrindən biri Füzuli rayonunun Babı kəndinin yaxınlığında yerləşən qəbiristanlığa düşüb. Qəbiristanlıqdakı dövlət mühafizəsinə götürülmüş ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə (inv. 213) ciddi ziyan dəyib, tarixi abidənin fasadı zədələnib və nəticədə türbə qəzalı vəziyyətə düşüb.