Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
4771

Muzeylər tamaşaçıları qəbul etməyə hazırdır

Dövlət-vətəndaş həmrəyliyi sayəsində ölkəmizdə koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması istiqamətində görülən məqsədyönlü tədbirlər nəticəsində sanitar-epidemioloji vəziyyətin stabilləşməsinə, yoluxma hallarının kəskin azalmasına nail olundu.

Nazirlər Kabineti yanında Operativ Qərargahın 29 avqust 2020-ci il tarixli qərarına əsasən ölkəmizdə sanitar-epidemioloji vəziyyətə uyğun olaraq bəzi məhdudiyyətlər aradan qaldırılmış, o cümlədən, muzey və sərgi zallarının fəaliyyəti bərpa olunmuşdur.

Vətəndaşların asudə vaxtlarının daha səmərəli təşkil olunması üçün muzeylərdə sanitar-gigiyena qaydalarının tələblərinə uyğun bütün şərait yaradılmışdır. Belə ki, muzeylərin girişində ziyarətçilərin hərarəti ölçülür, onlara maska, əlcək, dezinfeksiyaedici məhlul təqdim olunur. Həmçinin, muzey daxilində sosial məsafənin qorunması barədə xəbərdaredici lövhələr asılmışdır.  Gün ərzində müvafiq qrafik üzrə muzeylərdə təmizlik-dezinfeksiya işləri həyata keçirilir.

Bununla yanaşı, karantin dövründən sonra muzeylərdə sanitar-gigiyenik qaydaların həyata keçirilməsinə nəzarət edilməsi məqsədilə Mədəniyyət Nazirliyinin Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin əməkdaşları tərəfindən Azərbaycan Milli İncəsənət Muzeyi, Azərbaycan Milli Xalça Muzeyi, C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan İstiqlal Muzeyi,  Üzeyir Hacıbəylinin Ev-Muzeyi, Səməd Vurğunun Ev-Muzeyi və digər muzeylərə baxış keçirilmiş, yerində təhlillər aparılmış və müvafiq tövsiyələr verilmişdir.

Beləliklə, 2 sentyabr 2020-ci il tarixindən həftənin çərşənbə axşamı-cümə günləri muzeylər ziyarətçiləri qəbul edəcək.

Məlumat üçün qeyd edək ki, muzeylərə virtual səyahət etmək imkanı yaradan museum.az saytı öz fəaliyyətini davam etdirir.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi