Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
3155

Milli Xalça Muzeyinin hazırladığı audiobələdçi Ukrayna dilində

Azərbaycan Milli Xalça Muzeyi həm yerli əhalinin, həm də turistlərin muzey haqqında ətraflı məlumat almaq imkanlarını genişləndirmək üçün səylərini səfərbər edib.

Bu istiqamətdə muzeyin növbəti yeniliyi turistlər tərəfindən rahatlıqla istifadə edilən audiobələdçi mətnlərinin Azərbaycan, rus, ingilis və fransız dilləri ilə yanaşı, artıq Ukrayna dilində də təqdim olunmasıdır.

Qeyd edək ki, 2019-cu ilin noyabr ayından Azərbaycan Milli Xalça Muzeyi və Ukraynanın ölkəmizdəki səfirliyinin birgə əməkdaşlığı nəticəsində bu layihənin həyata keçirilməsinə başlanılıb. Beləliklə, Milli Xalça Muzeyində Ukrayna vətəndaşlarına yüksək səviyyəli ekskursiyaların təşkili məqsədilə audiobələdçi mətnlərinin Ukrayna dilinə tərcüməsi və səsləndirilməsi işi yekunlaşıb.

Birgə əməkdaşlıq çərçivəsində, həmçinin Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən Azərbaycan Milli Xalça Muzeyində maraqlı videoçarx da lentə alınıb. Ukraynanın Müstəqillik Günü münasibətilə hazırlanan videoçarxda muzeyin direktoru Şirin Məlikova və Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Azərbaycan Milli Xalça Muzeyi ilə Ukrayna səfirliyinin ortaq layihəsindən bəhs ediblər. Şirin xanım, həmçinin dost Ukrayna xalqını Müstəqillik Günü münasibətilə təbrik edib.

Qeyd edək ki, Milli Xalça Muzeyi hamıya əlçatanlığı təmin etmək üçün səylərini davam etdirir.

Ukraynanın Azərbaycandakı səfirliyi tərəfindən hazırlanan videoçarxa baxmaq üçün aşağıdakı linkə keçid etmək lazımdır:

https://azerbaijan.mfa.gov.ua/news/azerbajdzhanski-muzeyi-zagovorili-ukrayinskoyu-movoyu

XƏBƏRLƏR

05.02.2023 18:55
Görkəmli bəstəkar Qara Qarayevin doğum günündə məzarı ziyarət olundu
05.02.2023 14:30
Polad Bülbüloğlu ad gününü Akademik Musiqili Teatrının səhnəsində qeyd etdi
05.02.2023 13:40
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan IX “Gəncliyin səsi” festivalı keçirilib
03.02.2023 14:18
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.02.2023 13:14
Rumıniya Prezidenti Klaus Yohannis Xalça Muzeyi ilə tanış olub
02.02.2023 09:22
Bu gün Azərbaycan Gəncləri Günüdür
01.02.2023 20:42
“Ölülər” tamaşası ilk dəfə Heydər Əliyev Mərkəzinin səhnəsində nümayiş olunacaq
01.02.2023 12:46
Gənclər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək
30.01.2023 15:47
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti “Gəncliyin səsi” festivalı keçiriləcək
25.01.2023 10:37
“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur
24.01.2023 13:17
İlk fransızdilli azərbaycanlı yazıçı Ümmülbanu Banin
13.01.2023 12:45
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
13.01.2023 11:16
Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13.01.2023 10:11
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
09.01.2023 12:42
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi “Şuşa İli” ilə bağlı çoxsaylı layihələr həyata keçirib
29.12.2022 15:35
Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sərgi açılıb
26.12.2022 17:54
Rumıniyada “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb
26.12.2022 17:00
“Mədəniyyət/Culture” jurnalının dördüncü sayı və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb
26.12.2022 16:03
Xalq rəssamı Arif Əzizin 80 illik yubiley sərgisi açılıb
26.12.2022 12:28
Rabatda ICESCO İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib
23.12.2022 17:55
Milli Kitabxanada Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
23.12.2022 16:49
Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib
23.12.2022 16:24
“Cəngi” estrada folklor ansamblının 30 illik yubileyi qeyd olunub
23.12.2022 15:29
"İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti təlim kursu keçirilib
23.12.2022 14:18
Qobustan Milli Tarix-Bədii Qoruğu beynəlxalq sərgidə təmsil olunacaq
23.12.2022 12:50
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunub