Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
2155

Milli irsin yaşadılmasında Azərbaycan Milli Xalça Muzeyinin uğurları

Koronavirus pandemiyası ilə əlaqədar iş ahənginin dəyişməsinə baxmayaraq Azərbaycan Milli Xalça Muzeyi (AMXM) 2020-ci ilin birinci yarısını da uğurla başa vurub.

Bu müddət ərzində muzey beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində fəaliyyətini yüksək səviyyədə davam etdirib. Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq Azərbaycan Milli Xalça Muzeyi dünyanın nüfuzlu muzey təşkilatları ilə əməkdaşlıq haqqında sənədlər imzalayıb. Onların sırasında Mərakeş Milli Muzeylər Fondu, Dövlət Ermitajını qeyd etmək olar. Bununla yanaşı, Azərbaycan Milli Xalça Muzeyi və Rusiya Etnoqrafiya Muzeyinin “Rusiya Etnoqrafiya Muzeyinin kolleksiyasından Azərbaycan inciləri” adlı birgə layihəsinə start verilib.

Fəaliyyəti, unikal kolleksiyası ilə seçilən Azərbaycan Milli Xalça Muzeyi üçün bu dövr maraqlı sərgilərlə də yadda qalıb. Rusiyanın Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi (Moskva ş.) və Mərcani Fondu ilə birgə “Sovet Azərbaycanının sədası. Xalça. Tikmə. Plakat” sərgisində hər üç təşkilatın kolleksiyasından sovet dövrünü əks etdirən əsərlər nümayiş olunub.

Növbəti uğurlu beynəlxalq layihə İstanbulda “Türk və İslam Əsərləri Muzeyinin kolleksiyasından Azərbaycan xalçaları” adlı sərgi və eyni adlı kitab-kataloqun təqdimatı olub. Təqdim olunan xalçalar uzun illərlə fondda saxlanılmış və ilk dəfə olaraq bu sərgidə işıq üzü görmüşdür.

Bütün layihələr “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” və Azərbaycan ənənəvi xalçaçılıq sənətinin UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsinin 10 illiyi çərçivəsində reallaşdırılıb.

Koronavirusla əlaqədar muzeylərdə bütün kütləvi tədbirlərin dayandırıldığı dövrdə isə Azərbaycan Milli Xalça Muzeyi “Zənginləşən xəzinəmiz” adlı sərginin açılışını ölkəmizdə ilk dəfə onlayn şəkildə keçirib. İlk onlayn sərgini dünyanın müxtəlif ölkələrindən 5 min nəfərə qədər insan muzeyin “facebook” səhifəsindən izləyib.

Karantinlə əlaqədar olaraq insanların asudə vaxtını maraqlı və səmərəli keçirtmək məqsədilə Azərbaycan Milli Xalça Muzeyi öz onlayn fəaliyyətini daha da gücləndirərək inkişaf etdirib. Belə ki, bu müddət ərzində muzeyin sosial şəbəkələrdəki səhifələrində ekspozisiya, sərgi, bərpa, nəşriyyat, xalçaçılıq və s. kimi fəaliyyət istiqamətlərinə dair paylaşımlar edilib. Muzeyin eksponatları haqqında məlumatlar, bir-birindən maraqlı viktorinalar hazırlanaraq izləyicilərə təqdim olunub. Muzeydə qorunan ən qiymətli milli irs nümunələr haqqında həm muzeyin işçiləri, həm də dəvət olunmuş ekspertlər tərəfindən virtual mühazirələr keçirilib, qısa videoçarxlar hazırlanaraq paylaşılıb.

Böyük bir komanda tərəfindən elmi faktlara əsaslanaraq hazırlanan bütün məlumatlar izləyicilərə üç dildə (Azərbaycan, rus, ingilis) təqdim olundu. Bunun nəticəsidir ki, hazırda AMXM-nin sosial şəbəkələrdəki səhifələrinin izəyicilərinin ümumi sayı artıq 40 min nəfərdən çoxdur. Bu göstəriciyə görə Azərbaycan Milli Xalça Muzeyi respublikadakı muzeylər arasında liderdir.

Onu da qeyd edək ki, yerli muzeylər arasında Azərbaycan Milli Xalça Muzeyi sosial şəbəkələrdəki səhifələrində öz nəşrlərini paylaşan ilk mədəniyyət ocağı olub. Hazırda sərgi kataloqlarından fundamental nəşrlərə qədər muzeyin hər bir çap məhsulu bütün dünyadan olan oxucular üçün əlçatandır.

Muzeyin onlayn fəaliyyətində önəmli məqamlardan biri də “Sənətə həsr olunmuş ömür” rubrikası altında görkəmli xalça mütəxəssislərinə, həmçinin son illər Milli Xalça Muzeyinin kolleksiyasını nadir eksponatlarla zənginləşməsinndə rolu olan Alberto Boralevi, Stefano İonesku, Mirko Kattai, Andrea Koen, Andrea Paççiani kimi italyan kolleksiyaçılara, xeyriyyəçilərə dair bir sıra paylaşımların edilməsidir.

Ötən altı ay Azərbaycan Milli Xalça Muzeyi üçün maraqlı onlayn layihələrlə də yadda qalıb. Bu dövrdə Azərbaycanla yanaşı, dünyanın müxtəlif ölkələrində yaşayan xalça həvəskarları tərəfindən də böyük maraqla qarşılanan “Xalça hekayələri” adlı beynəlxalq layihəyə start verilib.

Azərbaycan Milli Xalça Muzeyi daha bir ilkə imza ataraq 18 May – Beynəlxalq Muzeylər Günü münasibətilə maraqlı layihə gerçəkləşdirib. Belə ki, tanınmış televiziya aparıcıları muzeyin ekspozisiyası, burada nümayiş olunan xalça və digər dekorativ-tətbiqi sənət nümunələri haqqında bələdçi qismində çıxış ediblər. Qeyd edək ki, bu ekskursiya Azərbaycan muzey tarixində ilk dəfə surdo-tərcümə ilə müşayiət olunub.

Xalça muzeyi karantin rejimi elan edildikdən sonra Mədəniyyət Nazirliyinin təşkil etdiyi “Evim – yeni iş yerim” layihəsinə də qoşulub. Muzeyin əməkdaşlarının onlayn rejimdə fəaliyyətini, bu istiqamətdə əldə edilən uğurları əks etdirən videorolik hazırlanıb.

Bu müddət ərzində AMXM və onun fəaliyyəti, həmçinin xalçaçılıq sənəti ilə bağlı əksər yerli kütləvi informasiya vasitələrində, eyni zamanda dünyada məşhur olan “Halı” jurnalında, ABŞ-ın nüfuzlu nəşri “Forbes”, Yunanıstanın elculture.gr saytında, İtaliyanın məşhur “La Stampa” qəzetində və s. məlumatlar verilib, məqalələr dərc edilib.

Azərbaycan Milli Xalça Muzeyi əvvəlki illərdə olduğu kimi, bu ilin altı ayı ərzində də uşaqları unutmayıb. Muzeyin Uşaq şöbəsi tərəfindən sosial izolyasiya dövründə uşaqlar üçün onlayn şəkildə kölgə teatrı, kukla tamaşaları təqdim edilib, ustad dərslər keçilib, maraqlı layihələr reallaşdırılıb.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 18 may 2020-ci il tarixindən muzey və sərgi zallarının fəaliyyətinin bərpa edilməsi haqqında qərarından sonra Azərbaycan Milli Xalça Muzeyi ICOM Azərbaycan Milli Komitəsi tərəfindən qabaqcıl dünya muzeylərinin praktikasına əsaslanaraq hazırlanan “Karantin dövründən sonra muzeydə sanitar-gigiyenik qaydaların həyata keçirilməsi haqqında tövsiyələr”ə riayət etməklə fəaliyyətə başlayıb. 25-28 may tarixlərində təşkil olunan “Açıq qapı” günlərində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara, metodiki göstərişlərə yüksək səviyyədə riayət etməklə Azərbaycan Milli Xalça Muzeyini iki min nəfərə qədər insan ziyarət edib. Muzeyin bu ilin karantin dövrünəqədərki ilk 3 ayı ərzində isə 12 min nəfərə qədər ziyarətçisi olub.

Hazırda muzeylərin fəaliyyəti koronavirus təhlükəsi ilə əlaqədar yenidən müvəqqəti olaraq dayandırılsa da, Azərbaycan Milli Xalça Muzeyi öz işini onlayn formatda davam etdirir.

Xalça muzeyinin onlayn fəaliyyətini sosial şəbəkələrdən izləyə bilərsiniz:

https://www.facebook.com/AzerbaycanMilliXalcaMuzeyi

https://www.instagram.com/carpetmuseumbaku/

XƏBƏRLƏR

05.02.2023 18:55
Görkəmli bəstəkar Qara Qarayevin doğum günündə məzarı ziyarət olundu
05.02.2023 14:30
Polad Bülbüloğlu ad gününü Akademik Musiqili Teatrının səhnəsində qeyd etdi
05.02.2023 13:40
Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunan IX “Gəncliyin səsi” festivalı keçirilib
03.02.2023 14:18
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.02.2023 13:14
Rumıniya Prezidenti Klaus Yohannis Xalça Muzeyi ilə tanış olub
02.02.2023 09:22
Bu gün Azərbaycan Gəncləri Günüdür
01.02.2023 20:42
“Ölülər” tamaşası ilk dəfə Heydər Əliyev Mərkəzinin səhnəsində nümayiş olunacaq
01.02.2023 12:46
Gənclər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək
30.01.2023 15:47
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti “Gəncliyin səsi” festivalı keçiriləcək
25.01.2023 10:37
“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur
24.01.2023 13:17
İlk fransızdilli azərbaycanlı yazıçı Ümmülbanu Banin
13.01.2023 12:45
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
13.01.2023 11:16
Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13.01.2023 10:11
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
09.01.2023 12:42
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi “Şuşa İli” ilə bağlı çoxsaylı layihələr həyata keçirib
29.12.2022 15:35
Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sərgi açılıb
26.12.2022 17:54
Rumıniyada “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb
26.12.2022 17:00
“Mədəniyyət/Culture” jurnalının dördüncü sayı və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb
26.12.2022 16:03
Xalq rəssamı Arif Əzizin 80 illik yubiley sərgisi açılıb
26.12.2022 12:28
Rabatda ICESCO İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib
23.12.2022 17:55
Milli Kitabxanada Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
23.12.2022 16:49
Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib
23.12.2022 16:24
“Cəngi” estrada folklor ansamblının 30 illik yubileyi qeyd olunub
23.12.2022 15:29
"İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti təlim kursu keçirilib
23.12.2022 14:18
Qobustan Milli Tarix-Bədii Qoruğu beynəlxalq sərgidə təmsil olunacaq
23.12.2022 12:50
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunub