Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1596

“Mədəniyyət Könüllüləri” İctimai Birliyinin fəaliyyətinin yekunlarına həsr olunmuş toplantı keçirilib

Dekabrın 26-da Nizami Kino Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2023-cü ilin yekunlarına həsr olunmuş toplantısı keçirilib.

Tədbirdə rəsmilər, mədəniyyət, incəsənət, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar mədəniyyət könüllülərinin il ərzində fəaliyyətini əks etdirən fotosərgi ilə tanış olublar.

Ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrinin ifasında Dövlət Himni səsləndirilib, təşkilatın fəaliyyətlərini əks etdirən videoçarxlar nümayiş etdirilib.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov qonaqları salamlayıb. Bildirib ki, “Mədəniyyətə könül ver!” devizi ilə fəaliyyətə başlayan "Mədəniyyət Könüllüləri" İctimai Birliyi yarandığı bir ildən az dövrdə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən çoxsaylı tədbirlərdə yaxından iştirak edib, mədəni inkişaf proseslərinə öz töhfələrini verməyə çalışıblar: "Həmin tədbirlərin bir çoxunun uğurla keçirilməsində məhz siz könüllülərin əzmi, gülərüzlülüyü və yorulmaz fəaliyyəti də yol oynayıb. Mədəniyyət könüllülərinin üzərinə gələcəkdə daha böyük vəzifələr düşəcək. Prezident İlham Əliyevin müəyyən etdiyi və mədəniyyət siyasətinin qayəsində milli-mənəvi dəyərlərimizin qorunması və gənc nəslə aşılanması, maddi və qeyri maddi mədəni irsimizin ölkədə və beynəlxalq səviyyədə təbliği və tanıdılması dayanır. Nazirlik olaraq gözləntimiz "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin bu işdə daha da yaxından iştirak etməsidir. Sizlərə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram".

Milli Məclisin deputatı akademik Nizami Cəfərov, Xalq artisti Nurəddin Mehdixanlı, Azərbaycan Dövlət Film Fondunun direktoru Əməkdar incəsənət xadimi Cəmil Quliyev, Xalq artisti Faiq Sücəddinov və Xalq rəssamı Ömər Eldarov çıxış edərək mədəniyyət sahəsində könüllülüyün əhəmiyyətindən bəhs edib, gənclərimizin bu prosesdə aktiv iştirakının təqdirəlayiq olduğunu bildiriblər.

“Mədəniyyət Könüllüləri” İB-nin sədri sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli qurumun məqsədi və fəaliyyəti haqqında danışıb. O, Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin İB-nin fəaliyyətinə göstərdikləri dəstəyə görə təşkilat tərəfindən təşəkkürnamə ilə təltif olunduqlarını diqqətə çatdırıb.

Daha sonra 2023-cü il ərzində həyata keçirilən tədbirlərdə xüsusi fəallığı ilə seçilən “Mədəniyyət Könüllüləri” İB-nin 10 üzvünə “İlin mədəniyyət könüllüsü” mükafatı təqdim edilib.

Sonda İB-nin fəxri üzvləri – solistlər Türkay Cəfərlinski, İlkin Dövlətov, Orxan Hüseynli və Ərəstun Quliyev tərəfindən Elza İbrahimovanın "Ey Vətən" mahnısı səsləndirilib.

Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İB 2023-cü ilin aprel ayında fəaliyyətə başlayıb. Ötən müddət ərzində İB-nin üzvləri Teatr, Kino, Azərbaycan Dili və Ədəbiyyatı, Musiqi, Mədəniyyət və Yaradıcı Sənayelər, Mədəni İrs forumlarında, habelə “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” ilinin rəsmi açılış mərasimində, Uşaq İncəsənət, “Muğam Aləmi”, III “Korkut Ata” Türk Dünyası Film festivallarında, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisində aktiv iştirak ediblər. Onlar həmçinin ölkəmizdə keçirilən Özbəkistan və Qazaxıstanın Mədəniyyət günləri, Vaqif Poeziya Günləri, eləcə də Füzuli və Laçın şəhəri günlərində də fəallıq göstəriblər.

“Mədəniyyət Könüllüləri” İB-nin təşkilatçılığı ilə də bu il müxtəlif tədbir və layihələr reallaşıb. Bu sırada “Sən də oxu!” adlı fləşmob, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə konsert, “Zəfərin rəngi” adlı rəsm müsabiqəsi, istedadlı gənclərin tanıdılması və fəaliyyətinin stimullaşdırılması məqsədilə “Aparıcı kastinqi” və bir sıra ali təhsil müəssisələrində gənclərlə görüşlər keçirilib.

XƏBƏRLƏR

26.07.2024 15:32
Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb
24.07.2024 16:55
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin birgə məlumatı
24.07.2024 15:04
Mədəniyyət və yaradıcı sənayelər üzrə xüsusi təqaüd proqramı həyata keçiriləcək
24.07.2024 11:03
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi davam edir
22.07.2024 18:00
Mədəniyyət Nazirliyi Nyu Dehlidə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 46 sessiyasında təmsil olunur
22.07.2024 10:48
Vaqif Poeziya Günlərinin geniş icmalı
22.07.2024 10:09
Musiqi, incəsənət, rəssamlıq, muğam, aşıq məktəb və mərkəzlərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
19.07.2024 17:34
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başa çatıb
19.07.2024 12:06
Şuşada "Məhəmməd Füzuli. Zamanın fövqündə" mövzusunda konfrans keçirilib
18.07.2024 19:44
Vaqif Poeziya Günləri çərçivəsində Şuşada ilk dəfə etno-caz konserti
18.07.2024 16:26
Şuşada poeziya bayramında "Füzuli hücrələri"
18.07.2024 15:19
Mədəniyyət paytaxtımızda növbəti Vaqif Poeziya Günləri başlayıb
12.07.2024 18:07
Beynəlxalq Türk Mədəniyyət Təşkilatı – TÜRKSOY-un 31 yaşı tamam olur
12.07.2024 15:22
Nazir Adil Kərimli ŞƏT-ə üzv ölkələrin mədəniyyət nazirlərinin görüşündə iştirak edib
11.07.2024 14:52
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi post-prodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqladı
11.07.2024 12:37
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
10.07.2024 18:35
Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin Azərbaycan bəstəkarı Bəhram Nəsibovun “Qarabağ” adlı əsərinin musiqisinin qanunsuz mənimsənilməsi və müəlliflik hüququnun digər şəkildə pozulması ilə bağlı BİRGƏ BƏYANATI
05.07.2024 09:18
Qeyri-hökumət təşkilatları üçün mədəni və yaradıcı sənayelərin təşviqi üzrə qrant müsabiqəsi
04.07.2024 17:49
Mədəniyyət Nazirliyinin Apellyasiya Şurasının növbəti iclası keçirilib
03.07.2024 10:01
“Kür – çaylar anası” sənədli filminin çəkilişləri davam edir
02.07.2024 09:52
Korrupsiyaya qarşı mübarizə ilə bağlı maarifləndirici seminar keçirilib
28.06.2024 15:35
Azərbaycanın mədəniyyət naziri Özbəkistanda Beynəlxalq Maqom Sənəti Forumunda iştirak edib
27.06.2024 15:44
Özbəkistanda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilir
25.06.2024 17:11
Akademik Rus Dram Teatrında aktyor sənəti və vokal üzrə ustad dərsləri
25.06.2024 10:57
 Bakıda Rusiya Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub  
25.06.2024 09:54
Mədəniyyətimiz radiodalğalarında – yeni layihələr
24.06.2024 14:57
Media nümayəndələri musiqi və incəsənət məktəblərinə şagirdlərin qəbul imtahanını izləyiblər