24 noyabr 2023-cü il tarixirində nazir müavini Fərid Cəfərovun sədrliyi ilə kitabxanalara işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticəsindən razı olmayan namizədlərin şikayətlərinə baxılması məqsədilə yaradılmış Apellyasiya Komissiyasının iclasları keçirilmişdir.
İclasda Apellyasiya Komissiyasının üzvlərinin – Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, İnsan kapitalının idarə edilməsi şöbəsinin müdiri Şahin Həsənov, Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin Strateji inkişaf sektorunun müdiri Elgün Əliyev, Hüquq şöbəsinin məsləhətçisi Əsmər Məsimovanın iştirakı ilə 21 nəfər namizədin nəticələrinə yenidən baxılmışdır. 21 namizəddən 9 n
Müzakirələr zamanı namizədlərin müsahibə ilə bağlı fikirləri dinlənilmiş, müsahibələrin videoçəkilişlərinə və sənədlərinə əsasən Komissiya üzvlərinin hazırladığı rəylər müzakirə olunmuşdur.
Feyzullayeva Aybəniz Tahir qızı, Səfərli Aytac Rəşad qızı, Dəmirova İlahə Əhməd qızı, Kərimli Turan Əhməd oğlu iclasda iştirak etmədiyindən onlarla keçirilmiş müsahibənin nəticəsinə dair rəylər Komissiya üzvləri tərəfindən onların iştirakı olmadan müzakirə olunmuşdur. Sonda Komissiya üzvlərinin səsverməsinə əsasən müvafiq qərarlar qəbul edilmişdir.
Qərarlara əsasən Məmmədova Gülarə Etibar qızı (12bal), Nüsrətli Aytac Vüqar qızı (12 bal), Ələkbərova Gülarə Şirin qızı (12 bal), Musayeva Nərmin Valeh qızı (12 bal), Musazadə Pərvanə Səhrab qızı (12 bal), Xələfli Gülnar İkram qızı (12), Güləliyeva Afaq Məzahir qızı (12 bal), Kərimova Səbinə Nemət qızı (12 bal) və Sadıqzadə Lalə Vüqar qızının (12 bal) keçirilmiş müsahibə nəticələrinə dair müraciətləri təmin edilmişdir.
Digər namizədlərin şikayətləri ilə əlaqədar qəbul edilən qərarlara əsasən həmin namizədlərlə keçirilmiş müsahibələrin nəticələrinə dair Müsahibə Komissiyasının qiymətləndirməsi tam obyektiv və əsaslı hesab edilərək dəyişdirilmədən qüvvədə saxlanılmışdır.