20.09.2023 12:51
Sentyabrın 19-da M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un ənənəvi layihələrindən olan və bu il XXIII dəfə reallaşan “Rəssamlar görüşü”nün yekununa həsr edilən tədbir keçirilib.
“Rəssamlar görüşü” 10-20 sentyabr tarixlərini əhatə edib. Türk dünyasının 6 ölkəsindən 12 rəssamın iştirak etdiyi bu layihədə ölkəmizi Xalq rəssamları Arif Əziz və Sakit Məmmədov təmsil edib.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov layihənin əhəmiyyəti barədə danışıb, iştirakçılara yeni sənət uğurları arzulayaraq TÜRKSOY-un təşəkkürnamələrini təqdim edib.
Xatırladaq ki, TÜRKSOY-un XXII “Rəssamlar görüşü”nə ötən il Türkiyənin Safranbolu şəhəri (Karabük vilayəti) ev sahibliyi etmişdi.