05.09.2023 01:36
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir.
3-9 sentyabr tarixlərini əhatə edən səfər çərçivəsində mədəniyyət naziri Adil Kərimlinin Pekində dünya şöhrətli çinli fotoqraf Luo Honun (Luo Hong) görüşü keçirilib.
Görüşdə fotoqrafiya sahəsində təcrübə mübadiləsi və gələcək əməkdaşlıq barədə söhbət aparılıb.
Görüşdən sonra Azərbaycan nümayəndə heyəti Luo Honun fotosərgisi ilə tanış olub.