Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1353

Azərbaycan Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Çin Xalq Respublikasında səfərdədir

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndə heyəti 3-9 sentyabr tarixlərində Çin Xalq Respublikasında (ÇXR) səfərdədir.

Səfər çərçivəsində Pekin şəhərində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə ÇXR-in mədəniyyət və turizm naziri  Hu Hıpin arasında geniş nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirilib. 
Söhbət zamanı iki ölkə arasında əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə olunub. İkitərəfli əlaqələrin bugünkü inkişafının əsasının Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğu diqqətə çatdırılıb. 

Bildirilib ki, hazırda Prezident İlham Əliyev Çin ilə əlaqələrə xüsusi əhəmiyyət verir. Əməkdaşlığın müxtəlif sahələrində olduğu kimi, mədəniyyət sahəsində də əlaqələrin yaxşı ənənələri formalaşıb. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının Çinin müxtəlif şəhərlərində böyük səhnələrdə nümayiş olunması bunun təzahürüdür. Eyni zamanda teatr, kinematoqrafiya, muzey işi, kitabxana, mədəni irsin qorunması və bərpası, eləcə də dil və ədəbiyyat sahələri üzrə əməkdaşlığın perspektivləri nəzərdə keçirilib. Abidələrin bərpası, kitabxana işi və kinematoqrafiya sahələrdə qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti qeyd olunub, birgə film istehsalı ilə bağlı fikir mübadiləsi aparılıb. Həmçinin yaradıcı sənayelər sahəsində əməkdaşlıq da diqqət mərkəzinə çəkilib.

Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülmüş mədəniyyətlərarası  dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayan Adil Kərimli bu platforma çərçivəsində ölkəmizdə həyata keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna Çin hökuməti tərəfindən həmişə diqqət göstərildiyini bildirib. O, Çin tərəfini  2024-cü ildə Bakıda keçiriləcək növbəti forumda iştiraka dəvət edib. Çinli nazir dəvəti qəbul edərək təşəkkürünü bildirib.

Nazir Hu Hıpin gələn il Azərbaycanda Çin mədəniyyəti həftəsinin keçirilməsi təklifini səsləndirib, bu barədə fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

XƏBƏRLƏR

30.11.2023 14:27
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu başa çatıb
30.11.2023 09:35
"A-hub Akselerasiya Proqramı”nın milli final mərhələsi keçirilib
30.11.2023 09:27
Apellyasiya Komissiyasının iclasıyekunlaşdı
29.11.2023 18:34
Forumda dizayn sənayesinin inkişaf məsələləri də müzakirə olunub
29.11.2023 15:40
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 15:24
Azərbaycan Respublikası Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinə yekun vurulub
29.11.2023 15:10
Mədəniyyət və Yaradıcı Sənayelər Forumu panel sessiyalarla işini davam etdirir
29.11.2023 11:39
Film layihələri müsabiqəsi ilə bağlı Seçim komissiyası və Ekspert şurasının yekun iclası keçirilib
29.11.2023 10:02
Forumun növbəti paneli “Mədəniyyət və yaradıcı sənayelər: ixrac potensialı, beynəlxalq əməkdaşlıq” mövzusuna həsr olundu
29.11.2023 09:57
Forum öz işini “Mədəniyyət və yaradıcı sənayelər ekosisteminin inkişafı: beynəlxalq perspektiv” adlı panel sessiya ilə davam etdirdi
27.11.2023 10:07
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
23.11.2023 14:30
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
22.11.2023 15:49
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
21.11.2023 16:02
“Yaradıcı Həftə” çərçivəsində “Mədəniyyət və Yaradıcı Sənayelər Forumu” keçiriləcək
21.11.2023 14:43
Kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurası yaradılıb
17.11.2023 10:48
Tofiq Kazımovun 100 illiyinə həsr olunmuş gecə keçirildi
16.11.2023 22:25
Film layihələri müsabiqəsinin ikinci mərhələsinə yekun vurulub
16.11.2023 16:36
Azərbaycan IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunur
16.11.2023 12:12
XIV Bakı Beynəlxalq Qısa Filmlər Festivalının qalibləri elan olunub