Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1780

İlk fransızdilli azərbaycanlı yazıçı Ümmülbanu Banin

XX əsr Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri yazıçı, tərcüməçi Ümmülbanu Mirzə qızı Əsədullayeva (Banin) 1905-ci ilin yanvar ayında Bakıda anadan olub. 

O, 19 yaşında Fransaya, qohumlarının yanına gedib. Bir müddət işsiz qaldıqdan sonra şəhərdə dəftərxanada işləməyə başlayıb. Boş vaxtlarında hər kəsə Bakı haqqında danışan Ümmülbanu, fransalı dostlarının məsləhəti ilə xatirələrini qələmə alıb.

Paris həyatı, xüsusilə 30-cu illərin ədəbi mühiti Ümmülbanuda yaradıcılığa xüsusi maraq doğurub. O, daha çox Azərbaycanla bağlı mövzulara müraciət edib. Gənc yazıçının “Hami” adlı ilk romanı 1934-cü ildə çap olunub. Araşdırmalarda qeyd edilir ki, 1946-cı ildə onun “Banin” imzası ilə “Qafqaz günləri” adlı kitabı çapdan çıxıb. Kitab işıq üzü gördükdən sonra Banin Andre Marlo, İvan Bunin, Nikos Kazaçakis, Anri Monterlen, Ernst Yunger kimi Qərb yazıçılarının diqqətini cəlb edib. 

Mövzusu Azərbaycan həyatından götürülən bu əsərdən sonra müəllif  “Paris günləri”, “Ernst Yungerlə görüş”, “Sonra”, “Sonuncu ümidin çağırışı”, “Xarici Fransa”, “Ernst Yungerin portreti” və digər romanları qələmə alıb. Bu əsərlər də geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanıb. O, qələmini tərcümə sahəsində də sınayıb. Rus, ingilis və alman dillərindən tərcümələr edib.

Banin özünün azərbaycanlı mənşəyi ilə həmişə fəxr edib. Yazıçı ana yurdunun həqiqətlərinə biganə qalmayıb. Parisdə fəaliyyət göstərən “Azərbaycan Evi” Assosiasiyasının üzvü olan Ümmülbanu Banin 1990-cı illərin əvvəllərində dövri mətbuat səhifələrində Qarabağ hadisələri ilə bağlı məqalələr yazıb, Fransa ictimaiyyətinə ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklər barədə məlumat verib.

Baninin sonuncu bədii əsəri - “Məryəmin mənə danışdığı” romanı 1991-ci ildə işıq üzü görüb. O, bir il sonra 1992-ci il oktyabrın 29-da vəfat edib. Həmin gün Parisdə çıxan “Fiqaro” qəzetində yazıçının ölüm xəbəri “İlk fransızdilli azərbaycanlı yazıçı Banin vəfat edib” başlığı altında dərc edilib.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib