Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
817

“Cəngi” estrada folklor ansamblının 30 illik yubileyi qeyd olunub

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin “Cəngi” estrada folklor ansamblının 30 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə gerçəkləşən tədbirdə Mədəniyyət Nazirliyinin əməkdaşları, Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki müvəqqəti işlər vəkili Hüqo Qevera, baş idarənin rəisi İbrahim Əliyev, mədəniyyət və incəsənət xadimləri, digər qonaqlar iştirak ediblər.

Açılış nitqi söyləyən İbrahim Əliyev qonaqları salamlayıb. Bildirib ki, “Cəngi” ansamblı 30 il ərzində böyük inkişaf yolu keçib: "Ansambl həm Azərbaycanda, həm də xaricdə ölkəmizi uğurla təmsil edib. Bugünkü tədbirdə ansamblın 30 illik yubileyi münasibətilə konsert təqdim olunacaq. Konsertdə xalq mahnıları, Azərbaycan bəstəkarlarının əsərləri və muğam üstündə caz kompozisiyaları ifa ediləcək. Əminəm ki, gecədə iştirak edən qonaqlar konsertdən zövq alacaqlar".

Tədbirin aparıcısı, Əməkdar mədəniyyət işçisi, jurnalist Rahib Azəri vurğulayıb ki, 2002-ci ildə Xalq artisti Mircavad Cəfərovun “Cəngi” estrada folklor ansamblına rəhbər təyin edilməsi nəticəsində ansambla ikinci nəfəs gəlib: "Rafiq Babayev irsini qoruyan, onun ənənələrinə sadiq qalan Mircavad Cəfərov ansamblın nəzdində muğam üçlüyü, folk və modern üslubunda rəqs ansamblı, caz triosu (piano, bas gitara, zərb alətləri) və təbii ki, uzun illərin zəhməti nəticəsində 2013-cü ildən etibarən 15 nəfərlik musiqi qrupu yaradıb".

Çıxışlardan sonra söz musiqiyə verilib.

Konsertdə ansamblın (Xalq artisti Mircavad Cəfərov – ud, Əməkdar artistlər Ruslan Hüseynov – bas-gitara, Kamran Kərimov – nağara, Mircavid Cəfərov – tar, Vasif Hüseyn – piano, Lütfiyar Əliyev – saksofon, Nicat Bayramov – zərb alətləri, Ramin Hüseynov – akkordeon, Tərlan Məmmədhüseynov –piano, solistlər – Ramil Xələfov, Gülbəniz Məmmədova, Əminə Kaykun, Mahir Zeynalov) ifasında "Çahargah" muğam kompozisiyası, "Bura Vətəndir", "Ətrin qalıb güllərdə", "Rəhm elə, ilahi", "Əziz şəhər", "Leyla", "Dağlar", "Məhəbbət çırağı", "Ya sənindir, ya mənim" və digər mahnılar səsləndirilib. Ansamblın məharətli ifası tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, “Cəngi” estrada folklor ansamblı 1992-ci ildə musiqiçi və bəstəkar, cazmen, Xalq artisti Rafiq Babayev tərəfindən yaradılıb. Kollektiv bu illər ərzində ABŞ, Kanada, Fransa, Almaniya, Avstriya, Norveç, BƏƏ, Qətər, Qazaxıstan, Rusiya, Türkiyə və digər ölkələrdə konsert və festivallarda iştirak edib.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib