Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1053

Qobustan Milli Tarix-Bədii Qoruğu beynəlxalq sərgidə təmsil olunacaq

Qobustan Milli Tarix-Bədii Qoruğunun direktoru Vüqar İsayevin başçılıq etdiyi nümayəndə heyəti Türkiyə Respublikasında işgüzar səfərdədir. Səfər çərçivəsində nümayəndə heyəti Qobustan abidələrinin  beynəlxalq müstəvidə təbliği məqsədilə 3-5 may 2023-cü il tarixlərində İstanbul şəhərində keçiriləcək "Heritage İstanbul" beynəlxalq "Qoruma, bərpa, arxeologiya, muzeyşünaslıq və texnologiyalar" sərgisində Qobustan Milli Tarix-Bədii Qoruğunun iştirakını təmin etmək üçün sərginin keçiriləcəyi ekspo mərkəzinin rəhbər heyəti  ilə görüş keçirib. Görüş zamanı Qobustan Milli Tarix-Bədii Qoruğunun sərgidə iştirakı barədə razılıq əldə edilib, qarşlıqlı münasibətlər mövzusunda  müzakirələr aparılıb, Qobustan abidələri üçün təqdimat məkanı müəyyən olunub.

Qeyd edək ki, mədəni irs nümunlərinin təbliğinə, qorunmasına xidmət edən, bu məqsədlə müxtəlif məhsul, xidmət və texnologiyaların yaradılmasını və inkişafını hədəf seçən sərgi Türkiyə Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunur. Məlumat üçün bildirək ki, keçiriləcək növbəti "Heritage İstanbul" beynəlxalq "Qoruma, bərpa, arxeologiya, muzeyşünaslıq və texnologiyalar" sərgisində 15-ə yaxın ölkənin təşkilat, şirkət və qurumlarının iştirakı gözlənilir.
Sərgiyə 10 mindən artıq ziyarətçinin gələcəyi proqnozlaşdırılır.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib