Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
521

"Yeni adlar" layihəsində qanun və tar gecəsi

Mədəniyyət Nazirliyi tərəfindən bu ilin mart ayından həyata keçirilən “Yeni adlar” musiqi layihəsi davam edir. İstedadlı gənclər böyük səhnələrdə ölkəmizin aparıcı kollektivlərinin müşayiətində öz məharətlərini göstərirlər.

Dekabrın 20-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Yeni adlar” layihəsinin növbəti konserti keçirilib.

Gecədə Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə gənc musiqiçilər – respublika və beynəlxalq müsabiqələr laureatları Aişə Əmrahova (qanun)  və Hüseyn Quliyev (tar) maraqlı proqramla çıxış ediblər.

Konserti Mədəniyyət Nazirliyi İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdir müavini Sara Timurova, mədəniyyət və incəsənət xadimləri, musiqisevərlər izləyiblər.

Orkestr tərəfindən Fikrət Əmirovun "Kürd ovşarı" simfonik muğamından fraqment və Niyazinin "Qaytağı" əsər böyük şövqlə təqdim edilib.

Konsertdə Aişə Əmrahovanın ifasında H.Xanməmmədovun “Tar və simfonik orkestr üçün 2 nömrəli konsert”i, Hüseyn Quliyevin təqdimatında isə yenə də H.Xanməmmədovun "Kamança və simfonik orkestr üçün konsert”i alqışlarla qarşılanıb. İstedadlı gənclər orkestrin müşayiəti ilə hər iki əsəri həm peşəkarlıq, həm də sevgi ilə səsləndiriblər.

***

Aişə Əmrahova 1994-cü ildə Bakı şəhərində anadan olub. 2009-cu ildə Rafiq Babayev adına 25 nömrəli onbirillik Musiqi məktəbini qanun sinfi üzrə bitirərək elə həmin il Azərbaycan Milli Konservatoriyası (AMK) nəzdində Musiqi Kollecinə daxil olub. 2013-cü ildə kolleci fərqlənmə diplomu ilə bitirərək konservatoriyada təhsilini davam etdirib. 2017-ci ildə AMK-nı da fərqlənmə diplomu ilə başa vurub. Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində magistr təhsili alıb.

Aişə Əmrahova 2008-ci ildə Xalq çalğı alətləri üzrə Respublika müsabiqəsində I, 2010-cu ildə "Nazim Əliverdibəyov adına Gənc ifaçıların V Ümumşəhər müsabiqəsi"ndə II, 2011-ci ildə dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Milli musiqi alətləri ifaçılarının Respublika festivalı"nda və bir il sonra Fikrət Əmirovun anadan olmasının 90 illik yubileyinə həsr olunmuş orta ixtisas musiqi məktəbləri arasında gənc ifaçıların Respublika müsabiqəsində diplomlara layiq görülüb. O, 2013-cü ildə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə ümumtəhsil və orta ixtisas təhsil müəssisələrinin şagird və tələbələri arasında gənc musiqi ifaçılarının müsabiqəsində II yerə layiq görülüb. 2015-ci ildə IV Respublika Muğam müsabiqəsində diplomla təltif olunub.

İfaçısı bu il Elm və Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə "Şuşa İli" çərçivəsində keçirilən Qanun festivalında təşəkkürnamə ilə təltif edilib.

***

Hüseyn Quliyev 1999-cu ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə 27 saylı Musiqi məktəbinin tar ixtisası sinfinə daxil olub. 2015-ci ildən təhsilini Bülbül adına Orta İxtisas Musiqi Məktəbində davam etdirib. 2018-2022-ci illərdə isə AMK-nın İfaçılıq fakültəsində tar ixtisası üzrə təhsil alıb. Gənc ifaçı AMK-da təhsil aldığı illərdə bir sıra müsabiqələrdə iştirak edərək nailiyyətlər qazanıb. 2020-ci ildə Moskvada keçirilən "Daha çoxunu edə bilərsən" adlı beynəlxalq müsabiqədə 1-ci dərəcəli diploma, Krasnodar "İstedadların sahilləri" adlı beynəlxalq müsabiqədə Qran-pri mükafatına, Sankt-Peterburqda "Yaşa! Yarat! Arzula!" adlı beynəlxalq müsabiqədə I yerə layiq görülüb. O, həmçinin Kazan şəhərində keçirilən "Lider – 2020" adlı beynəlxalq müsabiqədə I, Azərbaycan-Özbəkistan arasında xalq simli musiqi alətləri ifaçılarının beynəlxalq müsabiqəsində II, Polşanın Varşava şəhərində "Mədəniyyət karvanı" müsabiqəsində Qran-pri mükafatını əldə edib.

Hüseyn Quliyev görkəmli müğənni Bülbülün 125 illik yubileyinə həsr olunmuş və "Şuşa İli" çərçivəsində reallaşan "Milli musiqi ifaçılarının Respublika müsabiqəsində II yerə layiq görülüb.

XƏBƏRLƏR

27.03.2023 17:04
Akademik Milli Dram Teatrının “Məlikməmməd” tamaşası Şəkidə nümayiş olunub
17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib