Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
666

Xalq artisti Fikrət Verdiyev vəfat edib

Azərbaycan mədəniyyətinə ağır itki üz verib. Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, tanınmış tarzən Fikrət Süleyman oğlu Verdiyev vəfat edib.

Fikrət Verdiyev 1947-ci il sentyabrın 2-də Gəncə şəhərində anadan olub. 1957-1962-ci illərdə Gəncə şəhər 1 saylı musiqi məktəbində tar sinfində oxuyub. 1962-ci ildə məktəbi bitirərək Qəmbər Hüseynli adına Gəncə orta ixtisas musiqi məktəbində təhsil almağa başlayıb.

Təhsil illərində bir sıra özfəaliyyət kollektivlərinə rəhbərlik etməyə başlamışdır. 1966-cı ildə Gəncədə təhsilini başa vuraraq Azərbaycan Dövlət Konservatoriyasına daxil olub. 1969-cu ildə Gəncədə istedadlı musiqiçiləri bir araya toplayaraq “Göygöl” Mahnı və Rəqs Ansamblını yaradıb.

Fikrət Verdiyev daim öz sənəti ilə milli ifaçılığımızın ənənələrini qorumağa, özünəməxsus ifa üslubu yaratmağa nail olmuş, böyük dinləyici rəğbəti qazanıb. Məharətlə ifa etdiyi muğamlar, xalq və bəstəkar mahnıları minlərlə dinləyicinin qəlbində silinməz iz buraxıb.

Fikrət Verdiyevin işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

Allah rəhmət eləsin!

XƏBƏRLƏR

17.03.2023 15:54
Parisdə Novruz bayramı təntənəli şəkildə qeyd edilib
13.03.2023 11:43
Ağstafa, Qazax, Tovuz və Şəmkir rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
10.03.2023 09:07
Milli Teatr Günündə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə telemarafon keçiriləcək
06.03.2023 17:59
Xaçmaz, Qusar və Quba rayonlarında mədəniyyət müəssisələrinə baxış keçirilib
06.03.2023 14:13
Uşaq İncəsənət Festivalına qeydiyyat davam edir
03.03.2023 17:21
Heydər Əliyev Mərkəzinin səhnəsində “Qarabağnamə” tamaşası oynanılacaq
03.03.2023 16:25
Tofiq Kazımovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.03.2023 13:39
Milli Muğam Müsabiqəsi başlayır
01.03.2023 15:48
Xalq artisti Oqtay Kazıminin yubileyinə həsr olunan musiqi axşamı keçirilib
01.03.2023 15:36
“Qeyri-maddi mədəni irs haqqında” qanun layihəsi ilə bağlı dinləmə keçirilib
25.02.2023 12:46
Heydər Əliyev Mərkəzində “Ölülər” pyesi anşlaqla izlənildi
23.02.2023 16:11
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili və “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 29 mart tarixli 1932 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
23.02.2023 15:14
Əməkdar rəssam Ağasaleh Nuriyev vəfat edib
21.02.2023 10:53
Xalq artisti Ramiz Novruz vəfat edib
20.02.2023 17:15
Xalq artisti, muğam ustadı Arif Babayevin 85 illiyi qeyd olunub
20.02.2023 16:18
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Birinci Uşaq İncəsənət Festivalı keçiriləcək
20.02.2023 09:34
Mədəniyyət nazirinin birinci müavini Adil Kərimli Şəkidə vətəndaşları qəbul edib