Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1660

“Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub

Ölkə Prezidentinin 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq keçirilən heykəltaraşlıq müsabiqəsinin əsas məqsədi Azərbaycan incəsənətinin tarixi mərkəzi, Qarabağın baş tacı, Azərbaycanın mədəniyyət paytaxtı - Şuşa şəhərinin zəngin mədəni irsinin təbliği, həmçinin bu irsi özündə təcəssüm etdirən heykəltaraşlıq abidələrinin ərsəyə gətirilməsi və qorunmasına dəstək olmaqdır.

Heykəltaraşlıq müsabiqəsinə ölkəmizin rəssamları tərəfindən 47 əsər təqdim olunub. Təsdiq olunmuş işlərin dəyərləndirilməsi və müsabiqənin yekun nəticələrinin müəyyən olunması məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nəzdində yaradılmış komissiya tərəfindən qaliblər seçilib.

Qaliblərin siyahısı təqdim olunur:

1-ci yer (2 nəfər)

Əhmədov Xanlar – “Xan Şuşinski”

Əhmədov Zakir – “Zəfər Yolu”

 

2-ci yer (2 nəfər)

Rzayev Zamik - “Qayıdış”

Nəbiyeva Gülarə - “Azadlıq qanadları”

 

3-cü yer (1nəfər)

Məmmədov Fərid – “Bizim zaman”

 

Həvəsləndirici mükafat (10 nəfər)

Qaryağdı Cəlil – “Natəvan”

Hüseynov Namiq – “Yaddaş”

Heydərov Müşfiq – “Xarı Bülbül”

Heydərov Müşfiq – “Xanəndə”

Hüseynov Ramiz, Əhmədov Xanlar  –  “Pənahəli Xan”

 

Qaryağdı Cəlil – “Cabbar Qaryağdı oğlu”

Rüstəmov Süleyman – “Quruluş” Pənaxəli xan

Xəlilov Bəhram – “Qarabağ-Azərbaycandır!”

Səmədov Samir – “Xəzinə yüklü Qarabağ gözəli”

Yusubova Aybəniz – “Natəvan”

 

Müsabiqə barədə ətraflı məlumat almaq üçün link:

https://culture.gov.az/az/elanlar/152

XƏBƏRLƏR

10.12.2024 10:21
Görkəmli Qırğız yazıçısı, TÜRKSOY-un Baş katibi Sultan Rayevin “Daşqın” kitabının təqdimatı keçirilib
09.12.2024 15:30
Azərbaycan-Türkiyə Birgə Mədəniyyət Komissiyasının dördüncü iclası keçirilib
06.12.2024 14:36
Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib
05.12.2024 09:24
“Gənclər Paytaxtı” Şuşada təşkil olunan “G-HUB” sammitində islam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub
04.12.2024 16:51
Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət.Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilir
04.12.2024 14:36
Mədəniyyət naziri Adil Kərimli TİKA-nın başqanı ilə görüşüb
04.12.2024 12:18
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
04.12.2024 12:00
Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi
04.12.2024 09:34
"Azərbaycan Atabəyləri" tarixi bədii-sənədli filminin qalası olub
03.12.2024 15:48
Şəkidə IV Beynəlxalq Teatr Festivalı keçirilir
03.12.2024 10:09
İslam ökələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
02.12.2024 10:19
CulTech İnkubasiya proqramına qəbul davam edir!
29.11.2024 17:51
Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
29.11.2024 12:04
Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
25.11.2024 17:34
Azərbaycanlı gənclər “I TÜRKSOY Türk Dünyası Gənclik Görüşü”ndə iştirak ediblər
23.11.2024 17:38
Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb
21.11.2024 11:39
Azərbaycanda ilk dəfə Beynəlxalq Qeyri-Maddi Mədəni İrs Günü qeyd edilib
20.11.2024 16:54
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirilib
20.11.2024 10:57
COP29 çərçivəsində keçirilmiş Mədəniyyət Nazirlərinin II Yüksək Səviyyəli Görüşünün kommunikesi qəbul olunub
20.11.2024 10:43
“İqlim üçün mədəniyyət: gənclərin davranış dəyişikliyinin formalaşdırılmasına cəlb edilməsi" mövzusunda panel sessiyası keçirilib
19.11.2024 12:16
Mədəniyyət Nazirliyində Tiktok platformasının nümayəndə heyəti ilə görüş olub
18.11.2024 11:14
Azərbaycanın irəli sürdüyü “İqlim üçün mədəniyyət” təşəbbüsünün təqdimatı keçirilib
18.11.2024 10:46
Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb
18.11.2024 10:31
Mədəniyyət naziri Adil Kərimli ICCROM-un baş direktoru ilə görüşüb
18.11.2024 10:27
"İqlim üçün mədəniyyət” adlı panel sessiya keçirilib
18.11.2024 09:43
COP29 çərçivəsində Mədəniyyət Nazirlərinin 2-ci Yüksək Səviyyəli Görüşü keçirilib
18.11.2024 09:38
Adil Kərimli Türkiyənin mədəniyyət və turizm naziri ilə görüşüb
14.11.2024 11:14
COP29-un qonaqlarına “Oyanış" adlı konsert-tamaşa təqdim edilib
12.11.2024 12:12
Adil Kərimli Rusiyanın mədəniyyət naziri ilə görüşüb