Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
572

Türk dünyasının birlik simvoluna çevrilən Əhməd Cavadın yubileyi qeyd olunub

Dövlət başçısının sərəncamı ilə bu il anadan olmasının 130 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilən istiqlal şairi Əhməd Cavad (1892-1937) Azərbaycan milli ictimai fikrinin parlaq simalarından biridir. XX əsr Azərbaycan poeziyasında istiqlal ideyalarının yorulmaz təbliğatçısı olan şairin yaradıcılığı həmişə müasirdir.

Noyabrın 29-da Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutu ilə birgə Əhməd Cavadın 130 illiyinə həsr olunan tədbir keçirilib.

İlk olaraq sözləri Əhməd Cavada, musiqisi dahi Üzeyir Hacıbəyliyə məxsus olan Azərbaycanın Dövlət Himni səsləndirilib.

Sonra açılış nitqi ilə çıxış edən Əməkdar artist, xanəndə Nuriyyə Hüseynova qonaqları salamlayıb.

Şairin nəticəsi Cavad Axundzadə qeyd edib ki, Əhməd Cavadın adını daşımaq böyük şərəf və ikiqat məsuliyyətdir: "Mən çalışmışam ki, bu adı hər zaman doğruldum. Əhməd Cavad Azərbaycan ədəbi fikri tarixində istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustalarındandır. Bildiyiniz kimi, Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də Əhməd Cavadın 130 illiyinin qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Mən bir daha Əhməd Cavadın yaradıcılığına göstərilən diqqətə görə ölkə başçısına təşəkkürümü bildirirəm. Əhməd Cavad bütün ömrünü istiqlal ideyalarına, türkçülüyə həsr edib. Birinci Dünya müharibəsi zamanı Osmanlı ordusu sıralarında, Balkan cəbhəsində hərbi əməliyyatlarda iştirak edən şair “Çırpınırdın, Qara dəniz” şeirini yazmaqla bütün Türk dünyasının birlik simvoluna çevrilib”.

Cavad Axundzadə çıxışının sonunda tədbirin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

AMEA Folklor İnstitutu Mifologiya şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Seyfəddin Rzasoy qeyd edib ki, Əhməd Cavadın ədəbiyyatımızdakı rolu bizim üçün milli yaddaşı yaratmağındadır.

Daha sonra institutun nəzdində fəaliyyət göstərən "Qorqud" folklor ansamblı (bədii rəhbər – Əməkdar artist Nuriyyə Hüseynova) tərəfindən musiqili proqram təqdim olunub. Konsertdə Nuriyyə Hüseynova, Ülviyyə Sədaqət, Çilənay Hüseynova, Həlimət Sultan və Aşur Adıgözəlov şairin şeirlərinə bəstələnən "Al bayraq", "Şükriyyə", "Can, Azərbaycan", "Çırpınırdın, Qara dəniz" və digər mahnıları böyük məharətlə ifa ediblər.

İfaçıların çıxışları alqışlarla qarşılanıb.

XƏBƏRLƏR

03.02.2023 14:18
Azərbaycan peşəkar milli teatrının 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
03.02.2023 13:14
Rumıniya Prezidenti Klaus Yohannis Xalça Muzeyi ilə tanış olub
02.02.2023 09:22
Bu gün Azərbaycan Gəncləri Günüdür
01.02.2023 20:42
“Ölülər” tamaşası ilk dəfə Heydər Əliyev Mərkəzinin səhnəsində nümayiş olunacaq
01.02.2023 12:46
Gənclər Gününə həsr olunmuş xeyriyyə konserti keçiriləcək
30.01.2023 15:47
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə növbəti “Gəncliyin səsi” festivalı keçiriləcək
25.01.2023 10:37
“İslam incəsənəti” Biennalesində Azərbaycan pavilyonu təqdim olunur
24.01.2023 13:17
İlk fransızdilli azərbaycanlı yazıçı Ümmülbanu Banin
13.01.2023 12:45
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
13.01.2023 11:16
Fəxri adlara görə aylıq təqaüdün məbləğinin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 4 iyul tarixli 878 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
13.01.2023 10:11
Heydər Əliyev Mərkəzində Heydər Əliyevin ən çox sevdiyi tamaşalar nümayiş olunacaq
09.01.2023 12:42
Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzi “Şuşa İli” ilə bağlı çoxsaylı layihələr həyata keçirib
29.12.2022 15:35
Xurşidbanu Natəvanın 190 illiyinə həsr olunan sərgi açılıb
26.12.2022 17:54
Rumıniyada “Azərbaycan xalçaları: incəsənətlə öyrənmək” adlı sərgi açılıb
26.12.2022 17:00
“Mədəniyyət/Culture” jurnalının dördüncü sayı və “Xarıbülbül” xüsusi buraxılışı işıq üzü görüb
26.12.2022 16:03
Xalq rəssamı Arif Əzizin 80 illik yubiley sərgisi açılıb
26.12.2022 12:28
Rabatda ICESCO İcraiyyə Şurasının 43-cü sessiyası keçirilib
23.12.2022 17:55
Milli Kitabxanada Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
23.12.2022 16:49
Görkəmli tarzən Əhməd Bakıxanovun 130 illik yubileyinə həsr olunmuş konsert keçirilib
23.12.2022 16:24
“Cəngi” estrada folklor ansamblının 30 illik yubileyi qeyd olunub
23.12.2022 15:29
"İrsin idarəedilməsi bacarıqlarının inkişafı” təlim proqramı çərçivəsində növbəti təlim kursu keçirilib
23.12.2022 14:18
Qobustan Milli Tarix-Bədii Qoruğu beynəlxalq sərgidə təmsil olunacaq
23.12.2022 12:50
Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Sərxan Sərxanın yaradıcılıq gecəsi təşkil olunub
23.12.2022 12:13
Xalq artisti Ramiz Quliyevin 75 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
23.12.2022 09:44
Özbəkistanda Azərbaycan dili fakültəsi və “Heydər Əliyev auditoriyası” yaradılacaq
23.12.2022 09:19
"Yeni adlar" layihəsində qanun və tar gecəsi