Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
363

Fikrət Əmirovun 100 illiyi münasibətilə musiqi festivalı keçirilir

Xəbər verdiyimiz kimi, dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Fikrət Əmirovun 100 illik yubileyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən musiqi festivalı keçirilir. 12-23 noyabr tarixlərini əhatə edən festivalın proqramına silsilə konsert və tamaşalar daxildir.

Noyabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkarın “Nizami” baletinin tamaşası ilə başlayan festival 13 noyabrda F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında davam edib. Burada Akademik Opera və Balet Teatrının truppası bəstəkarın “Sevil” operasını nümayiş etdirib. Festival çərçivəsində Gəncə Dövlət Filarmoniyasında konsert proqramı da nəzərdə tutulub. 18 noyabrda bu məkanda Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.

Noyabrın 15-də isə festival çərçivəsində paytaxtda, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında festivalın ilk konsert proqramı təqdim olunub.

Konsertdən əvvəl çıxış edən musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Səadət Təhmirazqızı bəstəkarın yaradıcılığından söz açıb. Bildirdi ki, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli simalarından olan Fikrət Əmirov musiqinin, demək olar ki, bütün janrlarına müraciət edərək dəyərli əsərlər yaradıb. Onun əsərləri musiqi tariximizin parlaq səhifələridir. Bu nümunələr bədii məzmunu, yüksək fəlsəfi və psixoloji cəhətləri ilə həmişə aktualdır. Çünki bəstəkarın rəngarəng yaradıcılığının əsas qayəsi milli köklərə və professionallığa əsaslanır. Bütün yaradıcılığı boyu bu ideyaya sadiq qalan bəstəkar dünya musiqisində analoqu olmayan simfonik muğam janrının əsasını qoyub.

Qeyd olundu ki, bəstəkarın özünəməxsus musiqi dili olduğuna görə onun simfonizmi çox möhtəşəmdir: “Bunun da əsas səbəbi bəstəkarın milli musiqini dərindən bilməsi və onu Qərb musiqi alətlərinin dilinə çevirmək bacarığından irəli gəlir. Bu cəhətlər Fikrət Əmirovun bütün əsərlərində sanki qırmızı xətlə keçir. Böyük bəstəkar xalq musiqimizə, sadəcə, bəstəkar kimi deyil, onun keşiyində duran və onu qoruyan, yaşadan bir sənətkar kimi yanaşıb”.

Sonra Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin (bədii rəhbər və baş dirijor – Xalq artisti Ağaverdi Paşayev) müşayiəti ilə solistlər – Xalq artistləri Yeganə Axundova (piano), Teyyub Aslanov (xanəndə), respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Lalə İbrahimovanın (soprano) ifaları təqdim olunub.

Orkestr ilk olaraq bəstəkarın “Min bir gecə” baletindən “Şəhrizadın bayramı”nı ifa etdi. Konsert proqramında bəstəkarın “Sevil” operasından Dilbərin ariyası, H.Cavidin “Şeyx Sənan” pyesinin tamaşasına yazdığı “Kor ərəbin mahnısı”, “Fortepiano və xalq çalğı alətləri orkestri üçün 3 hissəli konsert”i təqdim edilib.

Dahi bəstəkarın yaradıcılığından şedevr nümunələrin səsləndirildiyi konsert tamaşaçıların alqışları ilə mükafatlandırılıb.

XƏBƏRLƏR

06.12.2022 16:48
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.12.2022 15:15
Ustad tarzən Əhməd Bakıxanovun məzarı ziyarət olunub
06.12.2022 14:25
Görkəmli tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi keçirilib
05.12.2022 17:34
Mədəniyyət naziri Anar Kərimov gənc kinematoqrafçılarla görüşüb
05.12.2022 16:52
Maestro Rauf Abdullayevin 85 illiyi qeyd olunub
05.12.2022 10:26
"Şuşa – Zirvədən uca" və "Şuşa – Qarabağın ulduzu" kitablarının təqdimatı keçirilib
02.12.2022 18:14
Heydər Əliyev Sarayında təntənəli konsert proqramı - "Şövkət Ələkbərova 100"
02.12.2022 17:22
Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin test mərhələsinin nəticələrini elan edir
02.12.2022 11:26
“Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub
01.12.2022 17:51
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
30.11.2022 16:52
Türkmənistanda dünya xalqlarının musiqi sənətinə həsr olunmuş beynəlxalq festivalda Azərbaycan da təmsil olunur
30.11.2022 16:27
Türk dünyasının birlik simvoluna çevrilən Əhməd Cavadın yubileyi qeyd olunub
30.11.2022 15:58
Tatarıstan Respublikasının mədəniyyət naziri ilə görüş keçirilib
30.11.2022 11:10
Nazir Anar Kərimov Yevlaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
29.11.2022 15:46
Mədəniyyət naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb
29.11.2022 12:42
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalara işə qəbul üzrə test imtahanı keçirilib
29.11.2022 11:46
Anar Kərimov Mingəçevirdə mədəniyyət işçiləri ilə görüş keçirib
29.11.2022 10:37
Özbəkistanda “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı sərgi açılacaq
28.11.2022 19:57
Mədəniyyət müəssisələrində fəaliyyət müasir tələblərə uyğun şəkildə qurulmalıdır
28.11.2022 15:41
“Mərmər soyuğu” filmi Estoniyada mükafata layiq görülüb
28.11.2022 15:07
Mədəniyyət naziri Mingəçevirdə müəssisələrin fəaliyyəti ilə tanış olub
25.11.2022 20:06
Nazir Anar Kərimov Azərbaycanda Amerika Ticarət Palatasının təşkil etdiyi növbəti görüşün qonağı olub
25.11.2022 18:05
Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin 11-ci plenar iclası öz işini yekunlaşdırıb
25.11.2022 15:43
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi Nyu-Yorkda təntənə ilə qeyd edilib
25.11.2022 14:52
II “4.4 Qısa Tamaşalar Festivalı” çərçivəsində Xalq artisti Cahangir Novruzovun ustad dərsləri keçirilib
25.11.2022 10:15
BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda Azərbaycanın təşəbbüsləri təqdim edilib
24.11.2022 18:10
“Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filminin təqdimatı olub
24.11.2022 17:22
Mingəçevir Dövlət Dram Teatrında təyinat
24.11.2022 15:01
Dövlət Xidmətinin əməkdaşları ANAMA-nın təlimində iştirak edib
23.11.2022 12:07
Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib
22.11.2022 19:15
Mərakeşdə BMT Sivilizasiyalar Alyansının IX Qlobal Forumu keçirilir
22.11.2022 16:29
Fikrət Əmirovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
21.11.2022 12:56
“Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi
21.11.2022 12:25
Özbəkistanda Azərbaycan ədəbiyyatının da yer aldığı “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası nəşr edildi
21.11.2022 11:07
Mədəniyyət naziri Anar Kərimov Rabatda ICESCO-nun Baş direktoru ilə görüşüb