Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
371

“İgidlərin sözü” adlı antologiyanın təqdimat mərasimi keçirildi

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin dəstəyi, “İgidlərin sözü” layihəsinin müəllifi və rəhbəri şairə Nigar Həsənzadənin təşəbbüsü ilə “İgidlərin sözü” adlı antologiyanın ictimaiyyət üçün geniş təqdimatı keçirildi.

Xatırlatmaq istəyirik ki, “İgidlərin sözü” kitabının ilk təqdimatı bu ilin yay ayında Şuşada Vaqif Poeziya günlərində olub.

Kitab təqdimatında Milli Məclisin deputatları Qənirə Paşayeva, Ceyhun Məmmədov, “YAŞAT” fondunun sədri Elvin Hüseynov, Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli, Vətən müharibəsi iştirakçıları, “Şəhid analarına dəstək” İctimai Birliyininin üzvləri, şəhid ailələri və övladları, Azərbaycan mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Tədbir Azərbaycan Dövlət Himninin səsləndirilməsi və şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Vətən uğrunda döyüşən qəhrəmanlarımızın sözü və əməlinin bir olduğunu qeyd etdi. Qanları ilə tarix yazan igidlərin, həm də tarixdə qalacaq sözlərinin bir kitabda şeir kimi toplanmasını alqışladığını dedi. O, bu gün Azərbaycanın dünyadakı nüfuzundan danışaraq, prezident İlham Əliyevin apardığı siyasətdən, şəhid və qazi ailələrinə göstərdiyi diqqətdən, danışdı.

Kitabın təqdimatında iştirak edən “YAŞAT” fondunun sədri Elvin Hüseynov hələ aprel döyüşlərindən sonra birinci vitse-prezident Mehriban xanım Əliyevanın qazilərlə görüşündə səsləndirdiyi “Bizim oğullarımız tarixi ədaləti bərpa edəcəklər” fikrini səsləndirərək bildirdi ki, bu gün Azərbaycanın mərd oğulları sözün həqiqi mənasında tarixi ədaləti bərpa edirlər.

Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli qələbəmizin tarixi əhəmiyyətini qeyd edərək, Mədəniyyət Nazirliyinin bu sahədə nəşr etdirdiyi kitablardan və keçirdiyi tədbirlərdən danışdı. Akif Marifli bildirdi ki, layihənin həyata keçirilməsində məqsəd 44 günlük Vətən müharibəsində vətənimizin ərazi bütövlüyü uğrunda mübarizə aparan igid oğulların yaradıcılıq nümunələrini nümayiş etdirmək və onların rəşadət və şücaətini gələcək nəsillərə ötürməkdir.

“İgidlərin Sözü” kitabının tərtibatçısı və redaktoru Azərbaycan Yazıçılar Birliyinin üzvü, jurnalist Aida Eyvazlı Göytürk öz çıxışında bildirdi ki, bu kitab asan başa gəlməyib.

Daha sonra kitabda şerləri işıq üzü görən Vətən müharibəsi iştirakçıları Vüsal Hətəmov, Kərəm Aydın, Emin Piri, Sərxan Yolçuyev, Həsən Kür, Orxan Səlifov, Cavid Əli oğlu , Tofiq Əhməd, Eyvaz Əyyub, Səbuhi Qurbanov, Elvin İntiqamoğlu, Oğuz Alparslan, Nicat Ağayevin, Tamerlan Əsədov öz şerlərini səsləndirdilər.

Tədbirin sonunda “Söz” və “İgidlərin Sözü” layihələrin müəllifi və rəhbəri şairə Nigar Həsənzadə çıxış edib. O, qeyd etdi ki, məclisə dəvət edilən şəhid anaları, şəhid övladları, sözü böyük olan qazilərimizin yaxınları, doğmaları bu günü, bu gözəl və həzin, bir az sevinc və kədər qarışıq anları ən əziz xatirə kimi, ən şirin söz kimi hər zaman yaddaşlarında saxlayacaqlar.

XƏBƏRLƏR

07.12.2022 11:02
Mədəniyyət müəssisələrində “Ustad dərsləri” həftəsi keçirildi
06.12.2022 16:48
Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
06.12.2022 15:15
Ustad tarzən Əhməd Bakıxanovun məzarı ziyarət olunub
06.12.2022 14:25
Görkəmli tarzən və mahir pedaqoq, Xalq artisti Əhməd Bakıxanovun 130 illiyi keçirilib
05.12.2022 17:34
Mədəniyyət naziri Anar Kərimov gənc kinematoqrafçılarla görüşüb
05.12.2022 16:52
Maestro Rauf Abdullayevin 85 illiyi qeyd olunub
05.12.2022 10:26
"Şuşa – Zirvədən uca" və "Şuşa – Qarabağın ulduzu" kitablarının təqdimatı keçirilib
02.12.2022 18:14
Heydər Əliyev Sarayında təntənəli konsert proqramı - "Şövkət Ələkbərova 100"
02.12.2022 17:22
Mədəniyyət Nazirliyi tabeliyində olan kitabxanalara işə qəbul üzrə keçirilmiş müsabiqənin test mərhələsinin nəticələrini elan edir
02.12.2022 11:26
“Şuşa İli” çərçivəsində heykəltaraşlıq müsabiqəsinin qalibləri müəyyən olunub
01.12.2022 17:51
Azərbaycanın qeyri-maddi mədəni irsi ilə bağlı daha 4 element UNESCO-nun siyahısına daxil edilib
30.11.2022 16:52
Türkmənistanda dünya xalqlarının musiqi sənətinə həsr olunmuş beynəlxalq festivalda Azərbaycan da təmsil olunur
30.11.2022 16:27
Türk dünyasının birlik simvoluna çevrilən Əhməd Cavadın yubileyi qeyd olunub
30.11.2022 15:58
Tatarıstan Respublikasının mədəniyyət naziri ilə görüş keçirilib
30.11.2022 11:10
Nazir Anar Kərimov Yevlaxda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olub
29.11.2022 15:46
Mədəniyyət naziri Yevlax şəhərində vətəndaşlarla görüşüb
29.11.2022 12:42
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sistemində olan kitabxanalara işə qəbul üzrə test imtahanı keçirilib
29.11.2022 11:46
Anar Kərimov Mingəçevirdə mədəniyyət işçiləri ilə görüş keçirib
29.11.2022 10:37
Özbəkistanda “Türkistan və Qafqazların unikal tarixi xəritələri” adlı sərgi açılacaq
28.11.2022 19:57
Mədəniyyət müəssisələrində fəaliyyət müasir tələblərə uyğun şəkildə qurulmalıdır
28.11.2022 15:41
“Mərmər soyuğu” filmi Estoniyada mükafata layiq görülüb
28.11.2022 15:07
Mədəniyyət naziri Mingəçevirdə müəssisələrin fəaliyyəti ilə tanış olub
25.11.2022 20:06
Nazir Anar Kərimov Azərbaycanda Amerika Ticarət Palatasının təşkil etdiyi növbəti görüşün qonağı olub
25.11.2022 18:05
Avropa Şurasının Mədəniyyət, İrs və Landşaft üzrə Rəhbər Komitəsinin 11-ci plenar iclası öz işini yekunlaşdırıb
25.11.2022 15:43
Görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun 100 illiyi Nyu-Yorkda təntənə ilə qeyd edilib
25.11.2022 14:52
II “4.4 Qısa Tamaşalar Festivalı” çərçivəsində Xalq artisti Cahangir Novruzovun ustad dərsləri keçirilib
25.11.2022 10:15
BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunda Azərbaycanın təşəbbüsləri təqdim edilib
24.11.2022 18:10
“Yuxarı Gövhər Ağa məscidi” adlı sənədli filminin təqdimatı olub
24.11.2022 17:22
Mingəçevir Dövlət Dram Teatrında təyinat
24.11.2022 15:01
Dövlət Xidmətinin əməkdaşları ANAMA-nın təlimində iştirak edib
23.11.2022 12:07
Fikrət Əmirovun 100 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçirilib
22.11.2022 19:15
Mərakeşdə BMT Sivilizasiyalar Alyansının IX Qlobal Forumu keçirilir
22.11.2022 16:29
Fikrət Əmirovun doğum günündə Fəxri xiyabanda məzarı ziyarət olunub
21.11.2022 12:56
“Şuşa mədəniyyətinin inciləri”: maestro Niyazi
21.11.2022 12:25
Özbəkistanda Azərbaycan ədəbiyyatının da yer aldığı “Türk ədəbiyyatının inciləri” adlı 100 cildlik kitablar seriyası nəşr edildi