Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1073

“İrəvan necə varsa: keçmişdən bu günə” kitabının təqdimatı keçirildi

Mədəniyyət Nazirliyinin dəstəyi ilə “İrəvan necə varsa: keçmişdən bu günə” kitabı çapdan çıxıb. VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 5-də Bakı Ekspo Mərkəzində kitabın təqdimatı keçirildi.

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, dövlətimiz tərəfindən qədim Azərbaycan torpağı olan İrəvandakı mədəni irsimizin öyrənilməsinə və təbliğinə böyük önəm verilir: “İrəvanda Azərbaycan mədəniyyətinə, tarixinə aid çoxlu izlər, əsərlər var ki, geniş ictimaiyyətə təqdim edilməlidir. Eyni zamanda beynəlxalq səviyyədə biz bunu təbliğ etməliyik. Əsrlər boyu İrəvan torpağında olan mədəni irsimizin dağıdılması, onun saxtalaşdırılması kimi faktlar ictimaiyyətə beynəlxalq səviyyədə təqdim olunmur. Ona görə də İrəvanda, Zəngəzurda olan mədəni irsimizi tədqiq edərək ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu sahədə alimlərimizin üzərinə çox önəmli iş düşür. Bu kitabın ərsəyə gəlməsində də məhz o yanaşma sezilir”.

Anar Kərimov qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən qonşu ölkələrin arxivlərində araşdırmalar aparılacaq: "Türkiyə, İran, Rusiya və Gürcüstanın arxivlərində araşdırmalara başlayacağıq ki, belə elmi mənbələr, bu sahədə olan kitablarımız daha da çoxalsın. Belə layihələrimiz çox olmalıdır. “İrəvan necə varsa: keçmişdən bu günə” bu layihə üzrə nəşr olunan ilk kitabdır. Növbəti mərhələdə bu kitabın xarici dillərə tərcümə edilməsi də planlaşdırılır. Beynəlxalq ictimaiyyət bilməlidir ki, indiki Ermənistan ərazisi olan İrəvan tarixi Azərbaycan torpağıdır. Onun da əyani sübutları məhz İrəvanda olan tarixi irsimizdir”.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli bildirdi ki, Azərbaycan tarixşünaslığında İrəvan məsələsi daha çox Ermənistan mövzusunun tərkib hissəsi kimi öyrənilib: “Kitabın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, burada İrəvan qalası haqqındakı rəvayətlərdən tutmuş, İrəvan şəhərinin salınmasından başlayaraq günümüzə qədər ki dövrü, onun ətrafında olan məsələlər zəngin arxiv sənədləri, ilkin mənbələr əsasında ictimaiyyətə təqdim edilir. İrəvan şəhərini XIX əsrin ortalarına qədər idarə edənlərin hamısı azərbaycanlılardır. Bu və ya digər faktlar bir daha onu göstərir ki, İrəvan birmənalı şəkildə Azərbaycan şəhəri olub. Kitabda tədqiq edilən bütün problemlər Qərbi Azərbaycan tarixi və həmin bölgə üzrə həyatın bütün sahələrinə dair materiallar kontekstində nəzərdən keçirilib. Bu da kitabın əhəmiyyətini daha da artıraraq, onu bu sahə üzrə unikal mənbəyə çevirib”.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürov bildirdi ki, kitabda ilk dəfə olaraq Azərbaycanın tarixi İrəvan şəhəri kompleks şəkildə tədqiq olunub: “Kitaba baxanda onun üzərindəki rəng diqqəti cəlb edir. Bu rəng təsadüfi seçilməyib, İrəvan xanlığının bayrağından gələn bir rəngdir. Həmin rəngin fonunda Azərbaycan mədəni irsinin bir nümunəsi olan Göy məscid verilib. Bu, İrəvanın müsəlman şəhəri olmasının bir göstəricisidir”.

Daha sonra çıxış edən tarixçi Səbuhi Hüseynov kitab haqqında məlumat verdi. Dedi ki, kitabın birinci fəsli İrəvan şəhərinin coğrafiyası və tarixinin əsas dövrlərindən bəhs edir. İkinci fəsildə ermənilərin və Ermənistan dövlətinin İrəvanın azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti, üçüncü fəsildə İrəvan şəhəri və ümumən Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) toponimiyası və epiqrafik abidələri araşdırılıb. Dördüncü fəsildə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan dilinin İrəvan dialekti, orada Azərbaycan məktəbləri və müəllimləri, folklor, ədəbi mühit, mətbuat, teatr, memarlıq və s. məsələlər öyrənilib. Beşinci fəsil İrəvan tarixinin erməni saxtalaşdırıcılarının tənqidinə həsr edilib. İrəvan şəhərində Azərbaycan mədəni və tarixi irsinin sonuncu yadigarı – Təpəbaşı məhəlləsinin tarixi, bu günü və mühafizəsi məsələləri isə nəşrin altıncı fəslində araşdırılıb.

Kitab strukturu, irəli sürülən problemlərin əhatə dairəsi və həllinə görə Azərbaycan irəvanşünaslığına böyük töhfə olmaqla onun yeni istiqamətlərini də müəyyən etməyə imkan verir.

Qeyd edək ki, kitab Mədəniyyət Nazirliyinin 1 aprel 2021-ci il tarixli əmri ilə təsdiq olunmuş Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyanın qərarına əsasən, “Aspoliqraf LTD” MMC-nin mətbəəsində çap olunub. Kitabın elmi məsləhətçisi mədəniyyət naziri Anar Kərimov, layihənin rəhbəri və elmi redaktoru AMEA Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürovdur.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi