Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
830

İlber Ortaylının "Azerbaycan ve Kadim şehirleri" adlı kitabının təqdimat mərasimi keçirildi

Oktyabrın 5-də Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xurşudbanu Natəvan təqdimat zonasında türk tarixçisi, böyük elm xadimi İlber Ortaylının "Azerbaycan ve Kadim şehirleri" adlı kitabının təqdimat mərasimi keçirildi. Təqdimatda İlber Ortaylı Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti, tarixi haqqında geniş məruzə etdi. O çıxışında bildirdi ki, Türkiyə və Azərbaycan arasında həmişə dostluq, qardaşlıq olub. Bu baxımdan Türkiyə ilə Azərbaycan birliyi siyasi birlik baxımından bir araya gələn ölkələr deyil, ortaq mədəniyyət, din, dil, sənət biliklərinə sahib məkanlardır. Bu iki dövləti birləşdirən bir çox dəyərlər, mənəvi bağlar var.

İlber Ortaylı çıxışında türk ədəbiyyatı və tarixi ilə bağlı bir çox konseptual məqamlara toxundu. Alim XIV–XV əsrlərdə yaşamış hürufizm tərəfdarı İmadəddin Nəsimidən bəhs edərkən  Nəsiminin ədəbi dili zənginləşdirmək üçün danışıq dilində və şifahi xalq ədəbiyyatındakı bənzətmə, kəlam və deyimlərdən istifadə etdiyini vurğuladı,  Nəsiminin müasirləri Mustafa Zərir, Qazi Bürhanəddin, Şah Qasım Ənvar və Cəlali sultanı Qiyasəddin Əhmədin  türk  dilində yazdıqlarını qeyd etdi.

Alim bildirdi ki, XVI əsrdə Səfəvi hökmdarları I İsmayıl və I Təhmasibin hakimiyyət dövrü inkişafın bu mərhələsində Azərbaycan türk dilinin və ədəbiyyatının tarixində ən parlaq dövr hesab edilir. Şah İsmayıl "Xətai" ləqəbilə əsasən Azərbaycan dilində, qismən fars dilində yazmışdır. Şah İsmayıldan başlayaraq təqribən bir əsr boyunca Səfəvi imperiyasında azərbaycan dili sarayda, orduda və məhkəmədə istifadə edilib. Dövrün qızılbaş eliti linqvistik ideologiya və Azərbaycan dilində ədəbiyyatın inkişafına öz töhfəsini verib. Bu dövrdə İraqda  yaşamış azərbaycanca, farsca, ərəbcə yazan Məhəmməd Füzuli Azərbaycan poeziyasının klassiki hesab edilir.

Daha sonra tarixçi alim ona ünvanlanan sualları cavablandırdı, iki qardaş ölkənin tarixi-ədəbi mətnlərini ortaq ədəbiyyat kontekstindən təhlil predmetinə çevirdi.

Görüş İlber Ortaylının təqdim etdiyi yeni kitabını imzalamaqla başa çatdı.

XƏBƏRLƏR

22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib
23.02.2024 11:48
“TikTok” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə #TikTokdanÖyrən layihəsinə başladı
23.02.2024 10:10
Qətər Milli Kitabxanasında “Qədim köklərə malik Azərbaycan mədəniyyəti” adlı kitab sərgisi açılıb
22.02.2024 18:05
Süleyman Ələsgərovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
17.02.2024 17:43
Mədəniyyət naziri Salyanda vətəndaşların müraciətlərini dinləyib
16.02.2024 18:59
Mədəniyyət və yaradıcı sənayelər sahəsi üzrə mütəxəssislərlə görüş keçirildi
15.02.2024 09:36
Ekspert Şurasının növbəti iclası keçirilib
14.02.2024 09:24
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Təşkilat Komitəsinin iclası keçirilib
06.02.2024 16:54
Tanınmış şair Baba Vəziroğluna “Şərəf” ordeni təqdim olunub
05.02.2024 13:57
Azərbaycan Milli Xalça Muzeyində qobelen ustası Adil Şıxəliyevin “Vətənim mənim” sərgisi açılıb
02.02.2024 14:42
Mədəniyyət naziri Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə görüşüb
01.02.2024 17:53
Mədəniyyət naziri Adil Kərimli üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb