Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1078

VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılış mərasimi keçirildi

Paytaxtımız növbəti beynəlxalq kitab bayramına ev sahibliyi edir. 2009-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Kitab Sərgisi 8-ci dəfə kitabla bağlı və kitaba bağlı olan hər kəsi – naşirləri, yazarları, kitabın çapı, yayımı ilə məşğul olan təsisatları, kitabxanaları, bu sahədə aidiyyəti dövlət qurumları, ən nəhayət, oxucuları bir araya gətirib.

Oktyabrın 5-də Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VIII Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı keçirildi.

Açılış mərasimində Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, mədəniyyət naziri Anar Kərimov, Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam, bir neçə ölkənin Azərbaycandakı səfirləri, millət vəkilləri, elm və mədəniyyət xadimləri və digər qonaqlar iştirak edirdilər.

Giriş sözü ilə çıxış edən Baş nazirin müavini Əli Əhmədov qonaqları salamladı. Qeyd etdi ki, kitab bəşəriyyətin və insanların həyatında çox mühüm yer tutan atributlardan biridir: "Əsrlər boyu kitab insanı müşayiət edib, onlara biliklər verib. Hətta göylərdən gələn məsləhətlər, tapşırıqlar, müqəddəs kəlamlar da insanlara kitablar vasitəsilə çatdırılıb. Doğrudur, bugünkü dövrdə elm və texnikanın inkişafı ilə əlaqədar kitabın insan həyatında oynadığı rolu oynayan digər vasitələr meydana gəlib. Bütün bunlara baxmayaraq kitab insan həyatında yenə də öz yerini tutmaqdadır".

Dövlətimiz tərəfindən elmə, kitaba böyük diqqət yetirildiyini söyləyən Əli Əhmədov Azərbaycanın kitabla bağlı illər boyu formalaşmış ənənələrinə hər zaman sadiq olduğunu vurğuladı: "Bu sədaqətin bariz nümunələrindən biri artıq səkkizinci dəfədir ki, ölkəmizdə keçirilən Bakı Beynəlxalq Kitab Sərgisidir. Ümid edirəm ki, sərgi kitabın təbliğinə və yayılmasına öz töhfəsini verəcək".

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov bildirdi ki, hər bir xalqın böyüklüyü, onun ədəbiyyatının zənginliyi həm də kitaba və nəşriyyata olan münasibətindən asılıdır: "Əsrlər boyu yazarlarımız, mütəfəkkirlərimiz dünya ədəbiyyatına zəngin töhfələr veriblər. Bununla da Azərbaycanı ədəbiyyat və fikir məkanı kimi dünya xəritəsinə yerləşdiriblər. Ədəbiyyata, mədəniyyətə, kitaba olan diqqət və qayğı ulu öndər Heydər Əliyevin hələ sovet Azərbaycanına rəhbərliyi dövründə başlayıb. Böyük şair və mütəfəkkirlərimizin adları əbədiləşdirilib, təbliğatı istiqamətində mühüm addımlar atılıb. 1982-ci ildə ölkəmizdə Vaqif Poeziya Günlərinin keçirilməsi Azərbaycan milli ədəbiyyatının təntənəsi idi. Bu diqqət və qayğı hazırda Prezident İlham Əliyev tərəfindən yaşadılır. Torpaqlarımızın düşməndən azad edilməsindən sonra Vaqif Poeziya Günləri bərpa olundu və artıq ikinci dəfə gerçəkləşdi. Bu il Azərbaycan ədəbiyyatının dörd görkəmli nümayəndəsi – Xurşidbanu Natəvanın 190, Əhməd Cavadın 130, Hüseyn Cavidin 140, Ömər Faiq Nemanzadənin isə 150 illiyi dövlət səviyyəsində qeyd ediləcək. Natəvanın yubileyi münasibətilə "Məclisi-üns" ədəbi məclisi azad Şuşada bərpa edildi”.

Sərgi haqqında məlumat verən Anar Kərimov vurğuladı ki, “Şuşa İli”nə həsr olunan kitab bayramında 10-dan çox ölkə, 100-dən artıq yerli və xarici nəşriyyat iştirak edir. Beş gün davam edəcək sərgi müddətində müxtəlif formatda ümumilikdə 200-dən çox tədbir təşkil olunacaq: “Xüsusi olaraq qeyd etmək istəyirəm ki, builki sərgimizin fəxri qonağı qardaş Türkiyə Cümhuriyyətidir. Sərgidə Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdam Çamın rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir. Biz əminik ki, Türkiyənin bu sərgidə iştirak etməsi iki ölkə arasında kitab dövriyyəsi, kitab sənayesi və ədəbiyyatla bağlı bütün sahələrdə əməkdaşlığın inkişafına öz töhfəsini verəcək".

Anar Kərimov çıxışının sonunda kitab bayramı münasibətilə bütün kitabsevərləri təbrik etdi, sərgi iştirakçılarına uğurlar arzuladı.

Türkiyə mədəniyyət və turizm nazirinin müavini Serdar Çam çıxış edərək Prezident Rəcəb Tayyib Ərdoğan və nazir Mehmet Nuri Ersoyun salamlarını tədbir iştirakçılarına çatdırdı. 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra belə tədbirlərin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayan nazir müavini sərginin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar sərginin bütün xalqımızın, ən əsası isə yazıçıların bayramı olduğunu söylədi.

Çıxışlardan sonra sərginin rəmzi açılışını bildirən lent kəsildi. Tədbir iştirakçıları sərgi məkanı, stendlərlə yaxından tanış oldular.

Oktyabrın 9-dək davam edəcək VIII Bakı Beynəlxalq Kitab Sərgisi “Caspian Event Organisers” (CEO) şirkətinin təşkilati dəstəyi ilə həyata keçirilir. Sərginin əsas media tərəfdaşı İctimai Televiziyadır.

XƏBƏRLƏR

19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi