Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
977

“Muzeyi peşəkardan öyrənək” adlı layihə Biləsuvarda təşkil olundu

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə silsiləvi təşkil edilən “Muzeyi peşəkardan öyrənək” adlı layihəyə növbəti dəfə Biləsuvar şəhərində start verildi. Azərbaycan Milli İncəsənət muzeyinin elmi işlər üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru  Xədicə Əsədova tərəfindən Biləsuvar Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən Biləsuvar, Salyan, Neftçala, Cəbrayıl rayon tarix-diyarşünaslıq muzeyləri, rəsm qalereyaları və Heydər Əliyev mərkəzlərinin direktorları, baş fond mühafizləri və məsul işçilərinin iştirakı ilə 3-5 oktyabr 2022-ci il tarixlərində Biləsuvar Heydər Əliyev Mərkəzində təlim-seminar keçirildi.

Təşkil edilən növbəti təlim-seminarda muzey fondlarında qorunan eksponatların sənədləşmə işi, onların mühafizəsi üçün təlimata uyğun şəraitin təşkili, elmi inventarizasiya, muzeyə azyaşlı uşaqların və gənclərin cəlb edilməsi məqsədilə layihələrin hazırlanması, muzeylərin sosial şəbəkələrdə təbliğ edilməsi məqsədilə mütəmadi olaraq maraqlı məlumatların yenilənməsi, posterlərin hazırlanması, ümumilikdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə  dair tövsiyələr verilmiş, ətraflı müzakirələr aparılmışdır. Həmçinin, “Azərbaycan incəsənəti dünya muzeylərində”, müasir üsullarla eksponatların bərpa və konservasiya sahəsində ABŞ-da tətbiq olunan təcrübə mövzusunda təqdimat keçirilmişdir. Qətər, Türkiyə, Rusiya (Dövlət Ermitajı və Etnoqrafiya Muzeyi), İran, Gürcüstan, İsveç, Ukrayna, Böyük Britaniya və digər ölkə muzeylərini, şəxsi kolleksiyaları bəzəyən incəsənət nümunələrimiz haqqında ətraflı məlumat verilmişdir. Tədbirdə ümumilikdə 11 mədəniyyət müəssisəsindən 30-dək muzey əməkdaşı iştirak etmişdir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən “Muzeyi peşəkardan öyrənək” adlı layihə region muzeylərinin və əməkdaşlarının fəaliyyətini daha da peşəkar səviyyəyə yüksəltməyə, müasir tələblərə cavab verən işgüzar mühiti formalaşdırmağa xidmət edir.

Layihənin ilin sonunadək digər regionlar üzrə fəaliyyət göstərən muzey müəssisələrinin əməkdaşları üçün təşkili də nəzərdə tutulur.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib