Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
1021

Xurşidbanu Natəvanın 190 illiyi münasibətilə “Natəvan” operası nümayiş olunub

Azərbaycan Respublikası Prezidentinin “Xurşidbanu Natəvanın 190 illiyinin qeyd edilməsi haqqında” 2022-ci il 14 mart tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təşkilatçılığı ilə cari ilin oktyabrın 2-də görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Vasif Adıgözəlovun “Natəvan” operasının tamaşası keçirilmişdir.

Tamaşada Xan qızının həyat və yaradıcılığı öz əksini tapmış, bir şairə, dövlət xadimi və ana kimi onun bənzərsiz obrazı yaradılmışdır.

Opera tamaşası ilk dəfə 2003-cü ildə Azərbaycan və Özbəkistanın Xalq artisti, rejissor Firudin Səfərov tərəfindən səhnəyə qoyulmuşdur (libretto müəllifi – Nazim İbrahimov, şeirlərin müəllifi Rüzgar Əfəndiyeva), Tamaşanın musiqi rəhbəri və dirijoru - Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşcu rəssamı – Xalq artisti, Dövlət mükafatı laureatı Rafiz İsmayılov, rəqslərin quruluşcusu – Xalq artisti Tamilla Şirəliyeva, xormeyster – Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır. Bir neçə il ərzində səhnədə olmayan operanı bu dəfə Əməkdar incəsənət xadimi rejissor Hafiz Quliyev təqdim etmişdir.

Tamaşada teatrın təcrübəli solistləri (Azər Zeynalov-Xasay bəy, Cahangir Qurbanov-Xasay bəyin əmisi, Tural Ağasıyev-Qara paltarlı, Təyyar Bayramov-Xanəndə) ilə yanaşı gənc vokalçılar da yer almışlar. Böyük Britaniya Kral Musiqi Akademiyasının məzunu, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Selcan Nəsibli-Natəvan, aparıcı solistlər Taleh Yahyayev-Qasım bəy Zakir, Mahir Tağızadə-Aleksandr Düma, Fəhmin Əhmədli-Hacı Abbas Agah, Rəvanə Əmiraslanlı-Xanəndə qız partiyalarında çıxış etmişlər.

Qeyd etmək lazımdır ki, opera anşlaqla keçmiş və tamaşaçıların böyük marağına səbəb olmuşdur. Tamaşada Xan qızı Xurşidbanunun obrazı ilə yanaşı, o dövrdə Qarabağda baş verən ictimai-siyasi hadisələrə də geniş yer verilmiş və bu günümüzlə səsləşən mövzuya toxunulmuşdur. Belə ki, tamaşanın sonunda Natəvanın dilindən səslənən – “İndi Şuşa azaddır! Mənim ruhum onu qoruyur... Azərbaycan əsgəri Şuşanı azad etdi. Var olsun zəfərimiz!” kimi ifadələr tamaşa zalında əsl coşqu yaratmış və alqışlarla qarşılanmışdır.

XƏBƏRLƏR

24.04.2024 09:23
Bakıda Qırğız Mədəniyyəti Günləri başlanıb
24.04.2024 09:19
Mədəniyyət naziri Adil Kərimli qırğızıstanlı həmkarı ilə görüşüb
19.04.2024 16:59
Mədəniyyət Nazirliyi yanında İctimai Şura “Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar” mövzusunda ictimai müzakirə təşkil edib
18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib