Mahnı, musiqi qədər, incəsənət, mədəniyyət qədər insanları bir-birinə heç nə bağlamır. İncəsənətin, mədəniyyətin, xüsusən də, mahnının, musiqinin oynadığı rolu heç bir vasitə oynaya bilməz.

HEYDƏR ƏLİYEV
786

“MondiaCult2022” konfransı çərçivəsində nazir Anar Kərimov bir sıra mötəbər görüşlər keçirib

Sentyabrın 30-da mədəniyyət naziri Anar Kərimov Meksikada fəaliyyət göstərən aparıcı media təşkilatları və beyin mərkəzlərinin nümayəndələri ilə görüş keçirib. Görüş zamanı nazir erməni işğalı nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş ziyan, işğaldan azad edilmiş ərazilərdə mədəni irsin bərpası istiqamətində görülən işlər və nəzərdə tutulan tədbirlərə dair məlumat verib.

Ümumilikdə işğaldan azad edilmiş ərazilərdə 2600-dən artıq tarixi-mədəni abidənin mövcudluğu, bunlardan 706 abidənin dövlət qeydiyyatında olduğu və onların da böyük əksəriyyətinin dağıdıldığı vurğulanıb. Həmçinin, məscidlərin dağıdıldığı və İslam dinində müqəddəs olan bu din ocaqlarında heyvanların saxlanıldığı diqqətə çatdırılıb. Məscidlərlə yanaşı hətta kilsələrin də vandalizmə məruz qaldığı qeyd olunub. Azərbaycan hökumətinin bu ərazilərdə mədəni irsin bərpası istiqamətində davamlı işlər gördüyü, dağıntılara məruz qalmış, mənşəyindən asılı olmayaraq bütün tarixi-mədəni abidələrin bərpasında qətiyyətli olduğuna diqqət çəkilib. Görüş zamanı, eyni zamanda əsrlər boyu Azərbaycanda formalaşmış dözümlülük ənənələrinə dair məlumat verilib, bu sahədə ölkəmizin müxtəlif təşəbbüslərinin olduğu qeyd olunub, mədəniyyətlərarası dialoqa Azərbaycanın töhfəsi, Bakı Prosesi və "Mədəniyyət naminə sülh" qlobal çağırışı çərçivəsində nəzərdə tutulan fəaliyyətlərə dair məlumat təqdim edilib.

***

Sentyabrın 30-da mədəniyyət naziri Anar Kərimov Serbiya mədəniyyət və informasiya nazirinin müavini Stanko Blaqoyeviçlə görüş keçirib. Görüş zamanı ölkələr arasında əlaqələrin bir sıra vacib istiqamətlərdə inkişaf etdiyi qeyd olunub, mədəniyyət sahəsində əməkdaşlığın da genişləndirilməsinin vacibliyinə toxunulub. Bu kontekstdə, hər iki ölkədə qarşılıqlı mədəniyyət günlərinin təşkilinin bu prosesə töhfə verəcəyinə inam ifadə edilib. Mədəniyyət müəssisələri arasında əlaqələrin dərinləşdirilməsi, muzeylər arasında daha sıx əməkdaşlığın qurulmasının faydalı olduğuna da diqqət çəkilib. Görüşdə həmçinin, UNESCO çərçivəsində ölkələr arasında əməkdaşlığın uğurla inkişaf etdirildiyi və bu platformada qarşılıqlı dəstək kimi məsələlərin mühüm əhəmiyyət kəsb etdiyinə vurğu edilib.

***

Səfər çərçivəsində, həmçinin, Meksika Birləşmiş Ştatlarının mədəniyyət nazirinin müavini Marina Nunyez Bespalova ilə görüş keçirilib. Nazir A.Kərimov Meksika rəsmisinə Azərbaycan ərazilərinin erməni işğalı nəticəsində Azərbaycanın mədəni irsinə vurulmuş ziyan, işğaldan azad edilmiş ərazilərimizdə görülən bərpa işləri, ölkəmizin mədəniyyət siyasəti ilə bağlı ətraflı məlumat verib. Mədəni mübadilələrin iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verəcəyi vurğulanıb. Meksikalı həmsöhbət mədəni irsin qorunması və mədəniyyət obyektlərinin qeyri-qanuni alverinə qarşı mübarizə sahəsində ölkəsinin geniş təcrübəyə malik olduğunu və Azərbaycana bu sahələrdə təlim və ekspertiza yardımı göstərə biləcəklərini əlavə edib. Azərbaycanın Meksikada daha yaxından tanıdılması üçün bu ölkədə Azərbaycan mədəniyyət günlərinin təşkilinin mühüm rol oynaya biləcəyi qeyd olunub.

XƏBƏRLƏR

18.04.2024 16:49
Ölkəmizdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunur
18.04.2024 14:13
Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edir
18.04.2024 13:31
Akademik Opera və Balet Teatrı ilk dəfə İtaliyaya qastrola dəvət olunub
16.04.2024 09:46
“Yaradıcı müzakirələr” (“Creative Talks”) layihəsinə qeydiyyat başlayıb
15.04.2024 15:11
“Səslənən irsimiz” – Mədəniyyət Nazirliyi tərəfindən yeni layihə həyata keçirilir
05.04.2024 12:33
Azərbaycanda keçirilən Belarus Mədəniyyəti Günlərinin geniş icmalı
04.04.2024 12:28
Azərbaycan Respublikasında Belarus Respublikasının Mədəniyyət Günləri çərçivəsində “Belarus rəssamların gözü ilə” adlı sərginin açılışı oldu
03.04.2024 16:20
Azərbaycan və Belarus mədəniyyət xadimlərinin iştirakı ilə dəyirmi masa keçirilib
03.04.2024 15:11
Bakıda Belarus Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib
02.04.2024 12:44
Mədəniyyət naziri Adil Kərimli belaruslu həmkarı Anatoli Markeviçlə görüşüb
22.03.2024 22:10
Parisdə Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişaf etdirilməsi müzakirə olunub
15.03.2024 15:16
Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi açıldı
13.03.2024 14:13
Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 3-cü iclası keçirilib
07.03.2024 15:04
Mədəniyyət naziri Zaqatalada vətəndaşları qəbul edib
05.03.2024 17:19
Heydər Əliyev Mərkəzində Türk dünyası rəssamlarının “Tomris” adlı sərgisi keçirilib
04.03.2024 09:50
"Qarabağ” Futbol Klubu haqqında sənədli filmin təqdimatı keçirilib
01.03.2024 17:22
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirilib
01.03.2024 13:00
“Young Lions” Azerbaijan yaradıcı gəncləri səsləyir!
01.03.2024 12:55
Mədəniyyət Nazirliyində "TikTok" nümayəndə heyəti ilə görüş olub
28.02.2024 18:01
“Salam, Novruz!” 28 fevral – 15 aprel
28.02.2024 15:34
Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert keçirilib
26.02.2024 09:00
CINEMO ilk Mobil Film Festivalının Qala Gecəsi keçirildi
24.02.2024 13:10
Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert keçirilib